GünazTV Oct.13.2020 : “Azərbaycan Prezidenti İlham Əliyevdən önəmli açıqlamalar”

2020-10-13 19:14

“Azərbaycan Prezidenti İlham Əliyevdən önəmli açıqlamalar”

Gunaz.tv Quote | Gunaz article

“Azərbaycan Prezidenti İlham Əliyevdən önəmli açıqlamalar

 Vətən müharibəsinin 15-cü günü əslində Moskvada əldə olunmuş  humanitar sülhün tərkib hissəsi olaraq nisbətən sakit  keçməli idi. Amma terrorçu Ermənistan dövləti özünü sözdə atəşkəs istəyən kimi göstərsə də cəbhədə  təxribatdan əl çəkmədi. Azərbaycanın müdafiə nazirli  səhər saatlarında elan etdi ki, Ağdam rayonu ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə  məruz qalır. Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Əldə olunan məlumata əsasən döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya rəisi tabeliyində olan bölmə ilə Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilib, alayın 5-ci taborunun şəxsi heyəti isə təhkim olunmuş texnikanı döyüş mövqelərində qoyub qaçıb. Bundan əlavə, 5-ci və 522-ci alayın şəxsi heyəti avtomobil və zirehli texnikalarını da mövqelərdə ataraq geri çəkilib. Qırmızı Bazar məntəqəsi istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində 1-ci alayın daimi dislokasiya məntəqəsində yeraltı sığınacaq və düşmənin geri çəkilən bölməsinin 2 texnikası məhv edilib. Məlumata əsasən canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 246-cı alayın tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan da var. Ermənistan silahlı qüvvələrinin 1-ci alayının müdafiə sahəsində geri çəkilən bölmələr arasında rabitə və qarşılıqlı əlaqənin pozulması səbəbindən bölmələr bir-birinə atəş açıb. Tankəleyhinə və digər bölmənin şəxsi heyəti də döyüş mövqelərini tərk edib. Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir. Günün ikinci yarısında isə  düşmənin Tovuz rayonu istiqamətində 2, Ağdam istiqamətində isə 1 PUA-sı hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Diplomatik korpusun və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncədə olublar.Səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlər  Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olublar. Onları Prezidentin köməkçisi Hikmət Hacıyev müşayət edib. Prezident İlham Əliyev  isə Türkiyənin Haber Global televiziyasına verdiyi müsahibəsində münaqişə ilə bağlı önəmli açıqlamalar edib. Dövlət başçısı deyib ki, işğaldan azad edilən bəzi yaşayış məntəqələrinə ordumuz nəzarət etsə də hələ ora girməmişik.

 “İlk növbədə, Ermənistanın terror mahiyyətini nəzərə almaq lazımdır, çünki onlar döyüş meydanında uduzurlar. Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır, hər gün ya hansısa kənd, ya şəhər işğaldan azad edilir, yaxud da kəndlərin yerləşməsi nəzarət altına alınır. Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi bizim tam nəzarətimiz altındadır, sadəcə olaraq, biz hələlik o yaşayış məntəqələrinə girməmişik. Çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik. Ermənistan cəbhənin bütün istiqamətlərində məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini, öz məğlubiyyətini, öz acısını mülki əhalidən çıxarmaq istəyir. Bu onların xislətidir. Gəncə hücumunu törədənlər də məhz Xocalı soyqırımını törədənlərdir

Azərbaycan Prezidenti onu da əlavə etdiki, onda olan məlumata görə, Gəncəyə hücum qərarını  şəxsən Nikol  Paşinyan verilib.

Gəncə hücumunun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilib.Bizdə dəqiq məlumat var ki, Paşinyan hazırda psixoloji sarsıntılar keçirir. Onun mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlar verir”.

Prezident  deyib ki, Ermınistan ordusunun humanitar atəşkəs dönəmində də Hadrut qəsəbəsini yenidən işğal etmək üçün hücuma keçib. Ordumuz   bu gecə Hadrutu yenidən işğal etməyə çalışan xüsusi təyinatlılardan ibarət böyük bir qrupu zərərsizləşdirib.

Onlar Hadrutu yenə işğal altına salmaq üçün bir neçə dəfə cəhd göstəriblər. Mənə bu səhər verilən məlumata görə, bu gecə Ermənistandan gəlmiş xüsusi təyinatlılardan ibarət böyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıb. Halbuki strateji nöqteyi-nəzərdən bunun Ermənistan üçün o qədər də böyük önəmi yoxdur. Sadəcə, olaraq gedib orada selfi çəkdirmək, yaxud öz əhalisinə hesabat vermək üçün belə addım atırlar. Azərbaycan Ordusu o böyük qrupu zərərsizləşdirdi. Orada bu gecə Ermənistanın verdiyi qurbanlar Paşinyanın məsuliyyətsiz və yırtıcı siyasətinin qurbanlarıdır” .

Azərbaycan Prezidenti qərb dövlətlərinin Ermənistanın maraqlarına xidmət edən açıqlamalarına da  mövqe bildirib.O, deyib ki, bunun bir neçə səbəbi var, onlardan biri də bəzi ölkələrdə erməni diaspor təşkilatlarının fəaliyyətidir. Onların fəaliyyətinin hədəfində isə  Azərbaycanı ləkələmək  dayanıb.

Ganira Ataş,Günaztv. Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.22.2020 : “Paşinyan müharibə istəyir. Bu halda rəsmi Bakının addımları nə olacaq?”

2020-10-22

gun az article

Son etirazlarda tutulan 66 fəalın adı məlum olub

2020-10-22

gun az article

Milli fəal Əli Əzizinin məhkəmə iclası keçirilib

2020-10-22

gun az article

Xanım Həkimə Əhmədi mülki vəsiqə qərarına rəğmən, məhkəmədən Təbriz zindanına aparılıb

2020-10-22

gun az article

Bir qrup milli fəal müvəqqəti azadlığa buraxılan Səccad Colani ilə görüşüb

2020-10-22

gun az article

Milli fəallar Təbriz həbsxanasında aclıq aksiyasına başlayıblar

2020-10-22

gun az article

İranın Ermənistana dəstəyinə qarşı keçirilmiş etirazlarda tutulan xanımlardan bəzilərinin adları məlum olub

2020-10-22

gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21