GünazTV Oct.17.2020 : “Ermənistan Gəncə və Mingəçevir şəhərlərinə raketlə hücum etdi.

2020-10-17 20:54

“Ermənistan Gəncə və Mingəçevir şəhərlərinə raketlə hücum etdi.

Gunaz.tv Quote | Gunaz article

Ermənistan Gəncə və Mingəçevir şəhərlərinə raketlə hücum etdi. 12    

Ermənistan ordusu  humanitar atəşkəs dövründə yenə də Azərbaycanın dinc  insanlarının yaşadığı Gəncə və Mingəçevir şəhərlərini  raket atəşinə tutudu.

Gəncəyə düşən raket 20 yaşayış evinin yerlə yeksan edib. İlkin məlumata görə ikisi körpə uşaq olmaqla 12 nəfər həlak olub,40 çox yaralı var. Dağıntılar altında hələ də insanların olduğu xəbər verilir.

İnterşum.

Düşmən cəbhə boyunca da gün ərzində raket, artilleriya və minaatanlardan atəşə tutub.
Gecə boyu hətta bəzi istiqamətlərində  fəallaşmağa da  cəhd  ediblər. Qoşunlarımız tərəfindən bunun qarşısı alınıb, düşmən ciddi itki verib.Əldə olunan məlumata əsasən Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi şəkildə fərarilik halı qeydə alınıb. Bunun qarşısını almaq məqsədilə Ermənistan rəhbərliyi Gorus və Turşsu yaşayış məntəqələrinin avtomobil yollarında hərbi polisin komendant postlarını qurub.
5-ci dağatıcı alayın müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralanan var. Alayın bölmələrində ərzaq və döyüş sursatı çatışmır. 10-cu alayın müdafiə zolağına könüllüləri daşıyan avtomobil texnikasının vurulması nəticəsində ölən və yaralanan var. Geri çəkilən düşmən, xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə buraxaraq qaçıb. Ermənistan ordusu bu gün həm də Naxçıvana raket zərbəsi endirib. Bu barədə  yazan prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter”də bunları deyib. “Ermənistan bütün vasitələrlə münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışır. Ermənistan silahlı qüvvələri Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisinə raket zərbəsi endirib. Bu, Ermənistanın bütün vasitələrlə münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışdığına dəlalət edir. Münaqişə bölgəsindən kənarda olan Azərbaycan şəhərlərinə raketlər atılır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür”. Azərbaycan Prezidentinin “Twitter” açıqlamasında isə bir neçə kəndinin işğaldan azad edildiyi xəbər verilmişdi. "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! İlham Əliyev Türkiyənin A Haber kanalına müsahibəsində isə net açıqlamalar edib.

"İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar".

  Prezident münaqişənin diplomatik həlli ilə bağlı irəli sürülən bəzi təkliflərər də aydınlıq gətirib.

“Bilirsiniz, bundan əvvəlki dövrdə danışıqlar masasında bir çox məsələlər var idi. Bəzi təkliflər ondan ibarət idi ki, yaxşı, Azərbaycan bu beş rayonu alsın, bununla kifayətlənsin. Qalanlar da qalsın, yəni, hər şeyi siz almaq istəyirsiniz, belə şey olmur, kompromis olmalıdır və sair. Ancaq mən heç vaxt buna getməmişəm. Beş rayonu alıb qalan rayonları sonraya, qeyri-müəyyən vaxta saxlayıb, məsələni bitmiş hesab etmək heç cür düzgün olmazdı. Ona görə müxtəlif mərhələlərdə vasitəçilər və bəzi beynəlxalq təşkilatlar təəccüb edirdilər ki, nə üçün İlham Əliyev buna razılaşmır. Axı ona deyirik ki, indi beş rayon, halbuki Ermənistan indi görünür o beş rayonu da vermək istəmirdi. Ancaq belə təkliflər olub. Amma mənim mövqeyim hər zaman belə olub ki, Şuşasız bizim işimiz yarımçıq olar”.

 Dövlət başçısı vurğulayıb ki, Şuşanın işğaldan azad edilməsi qarşıda duran hədəflər arasında xüsusi yer tutur: “Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq. Bu, nə zaman olacaq? Əlbəttə ki, onu yaxın gələcək göstərər”.

Ganira Ataş,GÜNAZTV,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16