GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19 20:06

“Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

Gunaz.tv Quote | Gunaz article


 “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”    

   Azərbaycan ordusunun Ermənistana qarşı sentyabrın 27-dən başlatdığı əsk-hücum əməliyyatları uğurla davam edir. Bu günün ən gözəl, qürurverici və xəbəri əskərlərimizin Xudafərin körpüsünə bayraq sancması oldu.

Əskərlərimiz Azərbaycan bayrağını tarixi Xudafərin körpüsü üzərində dalğalanmaqla yetinmədilər. Eyni zamanda Ali Baş Komandana onun tapşırığını yerinə yetirdiklərini video müraciətlə də göstərdilər.

  Bunun ardınca isə Azərbaycan Prezidenti İlam Əliyev Twitter hesabı üzərindən Xudafərin körpüsününü Azərbaycan ordusunun nəzarətində olduğunu açıqladı. Bu açıqlama Azərbaycanda böyük qələbəlik yaratdı.18 oktyabr Azərbaycanın müstəqilliyini bərpa etməsinin il dönümü idi. Bu gün həm də tarixə ordumuzun qəhrəmanlıq tarixi kimi düşdü. Azərbaycan ordusu Xudafərin körpüsünə doğru irəlləyərkən başqa bir gözəllik isə Cənub Azərbaycanında yaşanırdı. Sərhəddə toplasan soydaşlarımız ordumuzun uğurunu bizimlə bərabər yaşayır, Azərbaycana dəstək şüarları səsləndirirdi.

 Cənub Azərbaycanlı soydaşlarımız müharibə gedəndən bəri demək olar hər gün sərhəddədirlər.Onlar Azərbaycana açıq dəstək olmaqla yanaşı həm də İran  hökumətinin terrorçu Ermənistana dəstək olmasına mane olurlar. Bu gün isə minlərlə Azərbaycanlı Təbriz küçələrinə axışaraq rəsmi Bakıya dəstək nümaiş etdiriblər.

 Qəhrəman  Güney Azərbaycanlılar tarix yazaraq küçələrə axışdı.Onlar İranın  Güney Azərbaycan torpağında Ermənistanla olan sərhəddi, Nurduzun bağlanmasını tələb etdilər."Nurduz gərək bağlana",  “Erməniyə himayət, cinayətdir cinayət” şüarları  ilə Tehran hökumətini silkələməklə yanaşı həm də  dünyanı  düşündürdülər. Amerikalı siyasətçilər Twitter üzərindən etdikləri açıqlamada bu nüansa xüsusi diqqət ayırdılar. Beləliklə, vicdanlı ,ləyaqətli, vüqarlı, sarsılmaz ,uca təbiətli ,alçaq gönüllü Güney Azərbaycan xalqı bir daha böyüklüyünü göstərdi.

     Təbrizdə  təkcə kişilər deyil, qadınlar da  qol-qola verib Qarabağ mitinglərinə qatılıblar. Bu da Azərbaycan qadınının bir daha nə qədər mübariz və qorxmaz olduğunu göstərdi. Bu o qadındır bu gün həm əsgər anası olmağı bacarır, həm  şəhid anası olub ağlamadan məğrur dayanır. Həm də Cənub Azərbaycanda  Azərbaycan naminə həbsə girir. İran rejimi onları işkəncəyə məruz qoyur. Amma onların iradəsini qıra bilmir. Sən yaşa Azərbaycanın mübariz və ləyaqətli qadını.

   Azərbaycanlıların səsi Təbrizlə yanaşı bu gün həm də Nyu Yorkdan gəldi. Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə  Birləşmiş Millətlər Təşkilatının binası qarşısında "Pray for Ganja city"  şüarı ilə izdihamlı aksiya keçirildi.  Aksiyada Azərbaycan, türk diaspor təşkilatlarının nümayəndələri, ABŞ-ın müxtəlif şəhər və ştatlarında, xüsusilə Nyu-York, Boston, Nyu-Jersi və Vaşinqtonda yaşayan Azərbaycan icmasının aktiv üzvləri iştirak edirlər.

Əllərində Azərbaycan və Türkiyə bayraqları, eyni zamanda Qarabağ həqiqətlərinin əks olunduğu plakatlar, şəkillər tutan, şüarlar səsləndirən yüzlərlə həmvətənimizin toplandığı qərargah binasının önündə BMT-dən Azərbaycanın işğal olunmuş ərazilərindən erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atmaq tələb edilib.

Qənirə Ataş,Günaztv,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Beynəlxalq Əfv Təşkilatı: İbrahim Rəisi insanlığa qarşı cinayətlərdə günahlandırılır, andiçmə mərasiminə qatılmayın

2021-08-05

gun az article

GünazTV Aug.04.2021-Görüş: İrançılar nədən Türkiyə də olan çevrə terrorizminə sevinirlər, 2 Mordad qiyamının tələbləri

2021-08-04

gun az article

Urmunun “Urumdəşt” zavodunun işçiləri narazıdır: 15 ildir əmək haqları verilmir

2021-08-04

gun az article

Urmu həbsxanasında daha bir məhbus edam ediləcək

2021-08-04

gun az article

Qaşqay bölgəsində yanğın dəhşəti: Bir ailənin 3 üzvü həlak oldu-VİDEO

2021-08-04

gun az article

Urmu və Ərdəbildə yoluxma kəskin artdı: Xəstəxanalarda yer çatışmır

2021-08-04

gun az article

Güney Azərbaycanda məktəb binaları çatışmır: Xeyriyyəçi iş adamları daha 3 məktəbin tikintisinə başlayıb

2021-08-04

gun az article

Sel və daşqın Qəzvin yollarına 20 milyard tümən ziyan vurub

2021-08-04

gun az article

İranda virus tüğyan edir: Xəstəxanalarda yer çatışmır, ölənlər kütləvi məzarlıqda basdırılır

2021-08-04

gun az article

Güney Azərbaycanda ekoloji böhran böyüyür: 4 göl quruyub-FOTOLAR

2021-08-04

gun az article

Tufarqanda güclü yanğın: 7 nəfər xəsarət alıb-VİDEO

2021-08-04

gun az article

Urmuda avtobus sürücüləri tətilə başladı

2021-08-04

gun az article

Milli fəal Behnam Şeyxinin iki illik sürgün cəzası başlayıb

2021-08-04

gun az article

GünazTV Aug.03.2021-Özümüz: Azərbaycan Sözünün Anlamı və Coğrafiyası

2021-08-03

gun az article

GünazTV Aug.03.2021-GÜNDƏM MASASI: Türkiyədə meşə yanğınları və İrançı-farsların tutumu

2021-08-03

gun az article

GünazTV August.01.2021: HƏFTƏ SONU 7-Cİ BÖLÜM

2021-08-03

gun az article

Zənganın 170 kəndində insanlar içməli su tapmır

2021-08-03

gun az article

İran parlamentinin keçmiş deputatı koronavirusdan öldü

2021-08-03

gun az article

Marağada 9 milyon illik heyvan fosilləri aşkar edilib

2021-08-03

gun az article

Təbrizdə koronavirusla bağlı karantin yenidən sərtləşdirilir

2021-08-03