GünazTV Oct.28.2020 : "Ermənistan hərbi cinayət edərək mülki insanlara raket hücumu etdi"

2020-10-28 19:56

"Ermənistan hərbi cinayət edərək mülki insanlara raket hücumu etdi"

Gunaz.tv Quote | Gunaz article

"Ermənistan hərbi cinayət edərək mülki insanlara raket hücumu etdi"

Azərbaycan Amerika  Birləşmiş Ştatlarınını təşəbbüsü ilə başladılan atəşkəsə əməl etsə də, Ermənistan yenə də qaydaları kobud formada pozmaqda davam edr. Gün ərzndə cəbhənin müxəlif istiqamətlərində atəşkəsi pozan Ermənistan ordusu, bu dəfə Bərdə şəhərinə raket hücumu etdi. Bərdənin Qarayusifli kəndini müxtəlif istiqamətlərən ağır artlleryadan atəşə tutulması nəticəsində 4 mülki vətəndaşımız həlak olub ki, 14   nəfər isə ağır yaralanıb. Ermənilər  hərbi cinayəti həyata keçirən zaman 7 yaşlı  Aysun İsgəndərova həyətlərində oynayırmış. Atası Rövşən İsgəndərov qızının bədəninin parçalanması  anını junalistlərə danışıb. Aysunun 3  yaşlı bacısı da ağır yaralıdır.Bununla da sentyabrın 27-dən bu günədək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olmuş uşaqların sayı 11-ə çatıb. Ermənistanın həyata keçirdiyi bu hərbi cinayətlərə dünyadan da biganə qalmayanlar oldu. Amerikadakı Azərbaycan icması tvitter üzərindən gün ərzində erməni vandalizmini dünyaya yayaraq, Ermənistanı dəstəkləyən konqresmenlər üçün oxumağa  şərait yaratdılar. Dağlq Qarabağda atəşkəsin pozulması xəbəri Amerika Birləşmiş Ştatlarınını Prezidenti Donald Trampdan da soruşuldu. Donald Tramp xanımı Melana ilə bərabər təyyarəyə  oturarkən jurnalistlər ondan Dağlıq Qarabağdakı atəşkəsi soruşub. Tramp belə cavab verib:

“Ermənistan və Azərbaycan arasında atəşkəsin pozulmasından çox məyus oldum. Onlar 30 ildir bu konfilikti davam etdiririlər. Onlar birlikdə addımlamırlar. İllərdir bu konfilikt davam edir. Əllbətdə mən məyus olmuşam. Təbii iki ölkə üz-üzə olanda belə şeylər baş verir. Bu iki ölkə uzun zamandır münaqişəni həll etməyə çalışırlar. Amma ümid edirəm qısa zamanda onlar birlikdə danışıqlara oturacaqlar.”

Amerikanın Dövlət Katibi Mayk Pompeo bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyanla telefonla danışıb.O, twitter hesbında bunu yazıb: "Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyanla ayrı-ayrılıqda telefon danışığında hər iki liderə bildirdim ki, onların atəşkəsə əməl etmələri vacibdir. Hər ikisinə dedim ki, bu konfilikt diplomatik yolla həll olunmalıdır. Azərbaycan və Ermənilər sülh şəraitində yaşamağa layiqdirlər." Bu gün həm də Türkiyə Prezidenti Rəcə Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında danışıq olub.Kreml xəbər veriri ki, prezidentlər məhz Qarabağı müzakirə ediblər. Rusiya münaqişə ilə bağlı narahatlığını bildirib. Putin yenə də şayə yayır. O, Ərdoğana deyib ki, yaxın şərqdəki terrorçuların münaqişəyə cəlb edilməsindən narahatdırlar.Putin həm də deyib ki, hər iki ölkənin prezidenti ilə mütamadi əlaqədədir. Ankaradan gələn xəbərdə isə deyildi ki, prezidentlər Suriya və Dağlıq Qarabağ əsələsini müzakirə ediblər. Bütün bu danışıqların fonunda isə Ermənistan ordusu xain hücumlar təşkil etməkdə idi. Ermənistanın Baş Naziri Nikol Pasinyan isə  xalqina ylvarış dolu  müraciət etdi. O, Dağlıq Qarabağı itirməyi gözə ala bilmərik deyərək, Azərbaycana  güzəştli təkliflər irəli sürdüklərini dedi. Bakı onları qəbul etməyib.

"Ermənistanin ehtiyyatlari çox deyil, amma müharibəni bitirmək üçün yetərli silahimiz var.Xalqı  müharibəyə getməyə çağırıram. Bu gün yaralı olsaq da , ayaq üstə dayanırıq.Əmrlərə tabe olmayanlar ən ağır formada cəzalandırılacaq.Azərbaycanın hərbi-siyasi rəhbərliyi cəmiyyətini o qədər zəfərli xəbərlərlə bəslədi ki, hər dəqiqə son qələbə xəbərini gözləyirlər, lakin Azərbaycan cəmiyyəti bu xəbəri almayacaq.Bütün dünya ermənilərinin köməyinə ehtiyacımız var. Gəlin razılaşaq ki, heç nədən qorxmayacağıq"

Müzəffər ordusunun başında dayanan Azərbaycan Preidenti İlham Əliyev isə Dağlıq Qarabağın gələcəyi ilə bağı danışıb. İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsində deyib ki,  Qarabağ regionu təkcə Dağlıq Qarabağdan deyil, həm də Aran Qarabağdan ibarətdir.Həm ora qayıtmalı olan azərbaycanlıların, həm də hazırda orada yaşayan ermənilərin dinc yanaşı yaşayacaqlarnı ididən görürük.

“Hesab edirəm ki, tərəflərin qarşılıqlı xoş məramı olsa, buna nail olmaq mümkündür. Ona görə ki, axı, bu gün Bakıda və Azərbaycanın digər şəhərlərində minlərlə erməni yaşayır. Həm Rusiyada, həm də Gürcüstanda azərbaycanlılar və ermənilər biznesə malikdirlər, qarışıq ailələr var. Buna görə də düşünürəm ki, barışıq mümkündür, sadəcə, Ermənistan rəhbərliyi işğalçı siyasətdən imtina etməlidir. Əgər belə olsa, biz öz investisiyalarımızla və ölkənin yenidən qurulması üzrə təcrübəmizlə bu regionu dünyanın ən firavan regionlarından birinə çevirə bilərik. Lakin bundan ötrü müharibənin nəticələri aradan qaldırılmalıdır. İşğal aradan qaldırılmalıdır, azərbaycanlılar əsrlər boyu yaşadıqları torpaqlara qayıtmalı və erməni əhali ilə qonşuluqda, razılıq şəraitində yaşamalıdırlar”, - deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, bu, asan olmayacaq, buna vaxt lazım gələcək. Lakin Avropa ölkələrinin vuruşduğu İkinci Dünya müharibəsindən sonra ölkələrin necə barışdığını bilirik.Bugünkü qonşular o vaxt çox insanı qətlə yetiriblər. Lakin bu, daim yaddaşda yer tutmamalı, nifrət doğurmamalıdır. Erməni ideoloqları bu gün bununla məşğuldurlar. Xoş məram göstərilməlidir. Əgər belə olsa, mənim dediyim olacaq. Əgər olmasa, biz hər bir halda bu torpaqları qaytaracağıq. Döyüş meydanında bugünkü vəziyyət də bunu göstərdi. Biz onları nəyin bahasına olsa, qaytaracağıq. Ya dinc yolla, ya da müharibə yolu ilə, lakin qaytaracağıq. Buna görə düşünürəm ki, Ermənistan rəhbərliyi bu barədə ciddi düşünməli və düzgün addım atmalıdır. Sitatın Sonu.

Qənirə Ataş,GÜNAZTV,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Səid Sultani və Babək Kiyumərsi Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti azadlığıa buraxıldı

2020-12-03

gun az article

Təbrizin Maşınqayırma zavodunun yeni rəisi işçiləri işdən qovmaqla hədələyir

2020-12-03

gun az article

Ötən həftə ərzində Ərdəbildə 78 nəfər koronodan ölüb

2020-12-03

gun az article

Şərqi Azərbaycan valisi: Təbriz avtobus parkının% 70-dən çoxu köhnəlmişdir

2020-12-03

gun az article

Traxturun baş məşqçisi: 35 milyon türk azarkeşə cavab verməliydim

2020-12-03

gun az article

İran silahlı qüvvələri Qərbi Azərbaycanda terroristlər tutduğunu iddia edir

2020-12-03

gun az article

Ərdəbil şəhərinin duvarlarında həbsxanada saxlanılan siyasi məhbuslara dəstək qrafitləri

2020-12-03

gun az article

Ərdəbil həbsxanasında koronovirus tüğyan edir

2020-12-03

gun az article

GünazTV Dec.02.2020: Güney Azərbaycanda mədəni zindanilərimiz,GünazTV Dec.02.2020: Qarabağ Azadlığınan sonra İranın siyasəti

2020-12-03

gun az article

Səid Sultani Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

GünazTV Dec.02.2020: Paylaşım programı 4-cü Bölüm

2020-12-02

gun az article

GünazTV Dec.02.2020 : “Vətən Müharibəsi bitdi! Azərbaycan ərazi bütövlüyünü bərpa etdi”

2020-12-02

gun az article

Azərbaycanlı istedadlı yeniyetmə: "Mən Türkəm və Qalatasarayda oynamağı arzulayıram"- VİDEO

2020-12-02

gun az article

Babak Kiyumərsi Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

Güney azərbaycanlı alim Əhməd Rza Cəlalinin edamı təxirə salınıb

2020-12-02

gun az article

İranda türk dilində milli televiziya kanalının yaradılmasına dəstək kompaniyası

2020-12-02

gun az article

Məhəmməd Rəhmanifər: "Azərbaycanlı siyasi məhbusların həyat və sağlamlığı təhlükədədir"

2020-12-02

gun az article

Qərbi Azərbaycan əyalətinin 1251 məktəbinin istilik sistemi yararsız vəziyyətdədir

2020-12-02

gun az article

Vasiqi qardaşları ailələrinə Ərdəbil həbsxanasının 2-ci bölməsində koronovirusun yayıldığını deyiblər

2020-12-02

gun az article

Təbriz Universitetinin 19 professoru dünyanın ən yaxşı alimləri arasında

2020-12-02