GünazTV Oct.29.2020 : Oktyabrın 28-i Azərbaycan üçün asan olmadı.

2020-10-29 20:05

Oktyabrın 28-i Azərbaycan üçün asan olmadı.

Gunaz.tv Quote | Gunaz article

Oktyabrın 28-i Azərbaycan üçün asan olmadı.Səhər saatlarından başlayaraq Ermənistan ordusu dinc insanların yaşadığı Bərdə şəhərini raket və mina atanlardan atəşə tutub. Bərdədən dünyaya yayımlanan görüntülər sadəcə dəhşətli idi. Erməistan ordusu SMERC tipli raketdən mülki insanlara qarşı istifadə etməklə terror dövləti olduğunu bir daha göstərmiş oldu. Təhlükəsizlik kamerasından lentə alınan bu görüntüdə isə raketin məhz mülki insanlığa qarşı istiqamətləndiyini göstəriri. Ermənilərin raket atəşi nəticəsində Bərdədə ölənlərin sayı 21 nəfərə çatıb. Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə zamanı 70-də çox insanımız da yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Bundan başqa, təcavüzkar Erməni silahlı qüvvələri tərəfindən dünən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin ağır artilleriyadan atəşə tutulması nəticəsində xəsarət almış daha bir dinc sakin müalicə olunduğu xəstəxanada aldığı xəsarətlər səbəbindən vəfat edib. Bununla da 2020-ci il oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayətlər nəticəsində həlak olanların sayı 5-ə çatıb. Terrorçu Ermənistanın dinc insanlarımızı bilərəkdən atəşdə saxlamasına rəğmən, Azərbaycan xalqı düşmən qarşısnda məğrur dayanır, evlərini tərk etmir. Prezident İlmam Əliyevin İnterfax-a müsahibəsində isə Ermənistanın addımılarını əxlaqsızlıq adlandırıb. O deyib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan üç həmsədrin Ermənistana təzyiq göstərməməsi çoxlu suallar doğurur. İlham Əlyev Azərbaycana istiqamətlənənə raket hücumları ilə bağlı bunları deyib.

“İndi biz texnologiyalar əsrində yaşayırıq. Heç nəyi gizlətmək mümkün deyil. Paşinyan deyəndə ki, Gəncəyə ballestik raketləri Ermənistan atmayıb, bu, sadəcə, axmaqlıqdır. Ona görə ki, hər hansı ballestik raketin buraxılması izlənilir. Bu raketin haradan buraxılmasını, ona hansı döyüş tapşırığı verilməsini Rusiya da çox gözəl bilir, Amerika da, Fransa da.”

Azərbaycan Ordusunun dünyanın aparıcı 50 ordusu sırasında olduğunu söyləyən ali baş komandan həm də peşəkarlıq,  təlim, döyüş qabiliyyəti, ən başlıcası mənəvi döyüş ruhuna görə də öndə olduğumuzu dedi. Biz istənilən anda, günü bu gün müharibəni dayandırmağa hazırıq. Lakin bunun üçün erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürməlidir. Buna görə də hərbi qarşıdurmanın nə qədər uzun müddət davam edəcəyini qabaqcadan deyə bilmərəm. Bu, erməni tərəfindən asılıdır. Sitatın Sonu. Prezident qərbin Ermənistanı dəstəklədiyini deyərək, Pakistan və Türkiyənin isə Azərbaycanın yanında olduğunu xatırladıb. Bu gün Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğan da  Rusiya prezidenti ilə keçirdiyi görüş barədə detallı danışıb.

“Ən son dünən axşam Putinlə daSon hadisələri ətraflı müzakirə etdik. Dedim ki, Qafqazdakı bu işə son verək. İstəyirsənsə, bu işi birlikdə həll edə bilərik. Siz Paşinyanla bunu müzakirə edin, mən də İlham qardaşımla. Amma bir şeyə qərar vermək lazımdır. Bu işi həll edəcəyik, yoxsa etməyəcəyik? Biz səmimiyik, mən sizin də səmimi olmağınıza inanıram. Ancaq qırmızı xəttimizi də dedim. Bu qırmızı xətt keçilərsə, inciməsinlər, atamızın oğlu da olsa gözümüz görməz”

Türkiyə lideri qərbdə və Rusiyada istehsal olunan FAKENEWS olan, Suriyadan Azərbaycana silahlı göndərilməsi barədə deyilənləri də Putinlə müzakirə edib.

“Mən də Putinə söylədim ki, hazırda kəşfiyyat vasitəsilə təsdiq etdiyimiz 2 min civarında PKK və YPG-lilər Ermənistandan aldıqları 600 dollar maaşla orada savaşırlar. Mənə deyir ki, onlardan xəbərim yoxdur. Elə mən də sizə xəbər edirəm bu barədə dedim. Təbii ki, hörmətli Putinin PKK-ya üz verəcəyini düşünmürəm, ancaq Paşinyana bunu deməlidir. Əks təqdirdə lazım olanı edərik.Azərbaycanlı qardaşlarım hazırda itirdikləri torpaqlarının ciddi qismini geri alıblar. İnşallah, ən qısa zamanda itirdikləri torpaqların tamamını geri alacaqlar və Azərbaycan türkləri yenidən torpaqlarına qayıdacaqlar. İnanıram ki, zəfər azərbaycanlı qardaşlarımındır. Rəbb yar və yardımçıları olsun! Buradakı mübarizədə hər an yanlarında olduq, yanlarında olmağa davam edəcəyik”,

 Bu gün Cenevrədə isə ATƏT-in Minsk qrupunun iştirakı ilə Azərbaycan və Ermınistan xarici işlər nazirlərinin görüşü olacaq. Bunadək iki belə görüş, Moskva və Vaşinqtonda baş tutmuşdu. Ermənistanın yalvarışı üzrə əldə olunan atəşkəs, elə Ermənistanın raket hücumları ilə sona çatıb.

Qənirə Ataş,GENAZTV,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Səid Sultani və Babək Kiyumərsi Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti azadlığıa buraxıldı

2020-12-03

gun az article

Təbrizin Maşınqayırma zavodunun yeni rəisi işçiləri işdən qovmaqla hədələyir

2020-12-03

gun az article

Ötən həftə ərzində Ərdəbildə 78 nəfər koronodan ölüb

2020-12-03

gun az article

Şərqi Azərbaycan valisi: Təbriz avtobus parkının% 70-dən çoxu köhnəlmişdir

2020-12-03

gun az article

Traxturun baş məşqçisi: 35 milyon türk azarkeşə cavab verməliydim

2020-12-03

gun az article

İran silahlı qüvvələri Qərbi Azərbaycanda terroristlər tutduğunu iddia edir

2020-12-03

gun az article

Ərdəbil şəhərinin duvarlarında həbsxanada saxlanılan siyasi məhbuslara dəstək qrafitləri

2020-12-03

gun az article

Ərdəbil həbsxanasında koronovirus tüğyan edir

2020-12-03

gun az article

GünazTV Dec.02.2020: Güney Azərbaycanda mədəni zindanilərimiz,GünazTV Dec.02.2020: Qarabağ Azadlığınan sonra İranın siyasəti

2020-12-03

gun az article

Səid Sultani Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

GünazTV Dec.02.2020: Paylaşım programı 4-cü Bölüm

2020-12-02

gun az article

GünazTV Dec.02.2020 : “Vətən Müharibəsi bitdi! Azərbaycan ərazi bütövlüyünü bərpa etdi”

2020-12-02

gun az article

Azərbaycanlı istedadlı yeniyetmə: "Mən Türkəm və Qalatasarayda oynamağı arzulayıram"- VİDEO

2020-12-02

gun az article

Babak Kiyumərsi Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

Güney azərbaycanlı alim Əhməd Rza Cəlalinin edamı təxirə salınıb

2020-12-02

gun az article

İranda türk dilində milli televiziya kanalının yaradılmasına dəstək kompaniyası

2020-12-02

gun az article

Məhəmməd Rəhmanifər: "Azərbaycanlı siyasi məhbusların həyat və sağlamlığı təhlükədədir"

2020-12-02

gun az article

Qərbi Azərbaycan əyalətinin 1251 məktəbinin istilik sistemi yararsız vəziyyətdədir

2020-12-02

gun az article

Vasiqi qardaşları ailələrinə Ərdəbil həbsxanasının 2-ci bölməsində koronovirusun yayıldığını deyiblər

2020-12-02

gun az article

Təbriz Universitetinin 19 professoru dünyanın ən yaxşı alimləri arasında

2020-12-02