GünazTV Oct.30.2020 : “Amnesty International Ermənistanın Bərdəyə istifadəsi qadağan olunmuş kasetli raketlər atdığını təsdiqləyib”

2020-10-30 21:18

“Amnesty International Ermənistanın Bərdəyə, istifadəsi qadağan olunmuş kasetli raketlər atdığını təsdiqləyib”

Gunaz.tv Quote | Gunaz article

Amnesty International Ermənistanın Bərdəyə, istifadəsi qadağan olunmuş kasetli raketlər atdığını təsdiqləyib 

 

     Ermənistan ordusu gün ərzində Azərbaycanda mülki insnların yaşadığı  əraziləri minaatanlardan atəşə tutmaqda davam etdi.Tapqaraqoyunluda bir mülki vətəndaşımız düşmən gülləsindən vəfat edib. Gün ərzində həmçinin  düşmənin bir neçə istiqamətdə hücum cəhdinin qarşısı alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilib. Görülən cavab tədbirləri nəticəsində düşmənin 1-ci ümumqoşun ordusu komandanının müavini polkovnik Artur Sarqisyan və 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Ğazaryan məhv edilib. Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində həmçinin Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir. Ermənistanın hərbi rəhbərliyi də artıq buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb. Azərbaycan Ordusunun əks-hücum əməliyyatları qarşısında duruş gətirə bilməyən Dağlıq Qarabağda separatçı rejimin rəhbəri Araik Arutyunyan erməni xalqına müraciət edərək  məğlubiyyətin astanasında olduğunu  etiraf etdi. O, Azərbaycan Ordusunun artıq Şuşanın 5 kilometrliyində olduğunu bildirib və təşvişlə erməniləri birləşməyə çağırdı. Rusiya prezidenti Vladimir Putin isə VTB Kapital investisiya forumunun plenar iclası zamanı çıxışında tərəfləri atəşkəsə çağıraraq deyib ki, "Dağlıq Qarabağdakı münaqişəsinin həllinin birinci mərhələsində hərbi əməliyyatları dayandırmaq və danışıqlar masasına oturmaq lazımdır." O, bugünkü çıxışında  yenə də Dağlıq Qarabağ münaqişəsini etnik əsasda təqdim edib. Putin çıxışına belə davam edib:

 

  "Azərbaycan 7 rayonun  nə etnik qarşıdurma, nə də Ermənistanla heç bir əlaqəsi olmadığını söyləyir. Bunlar Azərbaycan əraziləridir. Azərbaycan  deyir: bu əraziləri qaytarmaq və Dağlıq Qarabağla hesab çəkmək hüququmuz var. Başa düşürsünüz - hər kəsin öz həqiqəti var. Sadə həllər yoxdur, çünki düyün vurmaq çox çətindir."

 

Rusiya prezident çıxışının sonunda münaqişənin nizamlanmasında Türkiyənin iştirakını məqsədəuyğun hesab etdiyini bildirib.

 

  Amnesty International təşkilatı isə Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib.Təşkilatın böhrana cavab mütəxəssisləri, şəkillərə əsasən, şəhərə erməni qüvvələri tərəfindən atılan raket qalıqlarının Rusiya istehsalı olan 9M55 "Smerch" 9N235 sursat parçalarının olduğunu təsdiqləyib: "Kasetli sursatlardan mülki ərazilərə qarşı istifadə etmək amansızlıqdır və məsuliyyətsizlikdir. Bu, çoxsaylı insan itkisinə, yaralanmaya səbəb olur". Təşkilat qeyd edib ki, kasetli döyüş sursatlarının hər cür şəraitdə istifadəsi beynəlxalq humanitar hüquqa əsasən qadağandır.Sitatın Sonu. Biz bundan sonra Tərtərə gedirik, atırlarsa atsınlar.Bu fikirin müəllifi Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevdir. O, azərbaycandakı diplomatik korpusun nümayəndələri ilə bərabər Bərdədə olub və deyibki Ermənistan  əsl simasını göstərir:

 

  “Onların gücü yalnız qadınlara, uşaqlara çatır. Bura Bərdənin mərkəzidir. Burada hərbi obyekt yoxdur. Şəhərin mərkəzinə 5 "Smerç" raketi atanın məqsədi başqa nə ola bilər?Bu, hərbi cinayətdir. Bu cinayəti törədən də Ermənistanın baş naziri Nikol Paşinyandır. Baş verənlərə baxmayaraq, Bərdədə insanlarımız Prezidentimizin yanındadırlar.”

 

   Prezident Ilham Əliyev isə tvitterdən, Dağlıq Qarabağın gələcəyi ilə bağlı açıqlamalar etdi. Qarabağda görüləsi hələ çox işimiz var deyən prezident işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzaladı.Həmin ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılır. Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin edəcək  və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil edəcək.Müvəqqəti komendantlıqlar öz fəaliyyətini  Müdafiə Nazirliyi və   Dövlət Sərhəd Xidməti ilə əlaqələndirəcəklər.

 


Qənirə  Ataş,GÜNAZTV,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Səid Sultani və Babək Kiyumərsi Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti azadlığıa buraxıldı

2020-12-03

gun az article

Təbrizin Maşınqayırma zavodunun yeni rəisi işçiləri işdən qovmaqla hədələyir

2020-12-03

gun az article

Ötən həftə ərzində Ərdəbildə 78 nəfər koronodan ölüb

2020-12-03

gun az article

Şərqi Azərbaycan valisi: Təbriz avtobus parkının% 70-dən çoxu köhnəlmişdir

2020-12-03

gun az article

Traxturun baş məşqçisi: 35 milyon türk azarkeşə cavab verməliydim

2020-12-03

gun az article

İran silahlı qüvvələri Qərbi Azərbaycanda terroristlər tutduğunu iddia edir

2020-12-03

gun az article

Ərdəbil şəhərinin duvarlarında həbsxanada saxlanılan siyasi məhbuslara dəstək qrafitləri

2020-12-03

gun az article

Ərdəbil həbsxanasında koronovirus tüğyan edir

2020-12-03

gun az article

GünazTV Dec.02.2020: Güney Azərbaycanda mədəni zindanilərimiz,GünazTV Dec.02.2020: Qarabağ Azadlığınan sonra İranın siyasəti

2020-12-03

gun az article

Səid Sultani Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

GünazTV Dec.02.2020: Paylaşım programı 4-cü Bölüm

2020-12-02

gun az article

GünazTV Dec.02.2020 : “Vətən Müharibəsi bitdi! Azərbaycan ərazi bütövlüyünü bərpa etdi”

2020-12-02

gun az article

Azərbaycanlı istedadlı yeniyetmə: "Mən Türkəm və Qalatasarayda oynamağı arzulayıram"- VİDEO

2020-12-02

gun az article

Babak Kiyumərsi Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

Güney azərbaycanlı alim Əhməd Rza Cəlalinin edamı təxirə salınıb

2020-12-02

gun az article

İranda türk dilində milli televiziya kanalının yaradılmasına dəstək kompaniyası

2020-12-02

gun az article

Məhəmməd Rəhmanifər: "Azərbaycanlı siyasi məhbusların həyat və sağlamlığı təhlükədədir"

2020-12-02

gun az article

Qərbi Azərbaycan əyalətinin 1251 məktəbinin istilik sistemi yararsız vəziyyətdədir

2020-12-02

gun az article

Vasiqi qardaşları ailələrinə Ərdəbil həbsxanasının 2-ci bölməsində koronovirusun yayıldığını deyiblər

2020-12-02

gun az article

Təbriz Universitetinin 19 professoru dünyanın ən yaxşı alimləri arasında

2020-12-02