GünazTV Sep.17.2020: “Amerika Prezidentindən vaksinlə bağlı vacib açıqlama.Peyvənd qapıdadır”

2020-09-17 17:56

“Amerika Prezidentindən vaksinlə bağlı vac

Gunaz.tv Quote | Gunaz article

“Amerika Prezidentindən vaksinlə bağlı vacib açıqlama.Peyvənd qapıdadır”

Amerika Birləşmiş Ştatları hökuməti Corona virusu vaksininin bütün Amerikalılara pulsuz verilməsi üçün əhatəli plan açıqladı.Federal sağlıq dairələri və müdafiə nazirliri   tərəfindən  Konqresə göndərilən hesabat da, açıq göstərilir ki, bu ilin sonunda ya da  yanvar ayında  vaksin  kampanyasına mərhələli şəkildə başlanacaq.Vaksinin paylaşdırılması işni  Pentaqon həyata keçirəcək.Mülki tibbi işçilər isə vaksini yerlərdə tətbiq edəcəklər.Xəstəliklərin Qarşısını Alma və Nəzarət Mərkəzi olan CDC-nin  Direktoru  Dr.Robert Redfield, Senatda bununla bağlı konqres üzvülərinin suallarını cavablandırdı. Amerika prezidenti  Donald Trampın vəzifəyə gətirdiyi bəzi rəsmilər, qurumun virusla  bağlı araşdırmalarından narahatlıq bildirilmişdi. Redfield, CDC-nin elmi araşdırmalar baxımından şübhəsi olmadığını  və vəzifədə olduğu müddətdə belə bir durumun yaşanmayacağını söylədi. Prezident Tramp  isə keçirdiyi mətbuat konfransında  dedi ki, ilin sonunadək ən az 100 milyon doz peyvəndi ölkə ərazisinə paylayacaqlar. Amerika prezidenti CDC-nin rəhbərindən fərqli tarix açıqlamasını belə əsaslandırdı.

“Düşünürəm CDC rəhbərinin fikirləri dolaşıb və sualı səhv başa düşüb.Onun məlumatları yanlışdır.Amerika prezidenti olaraq deyirəm ki,  heç bir halda peyvəndin ölkə ərazisində dağıdılması CDC rəhbərinin  verdiyi tarixə  qədər gecikməyəcək.”

  Amerika prezidenti CDC rəhbərinin maska taxmağı  peyvəndən üstün tutmasına da deyindi.Tramp söylədiki, heç  bir halda masqa taxmaq peyvənd olmaqdan güvənli ola bilməz.Xatırladaq ki, CDC rəhbəri vaksinin noyabr ya da dekabr ayında hazır olacağını demişdi. Amma o bildirmişdiki, peyvənd limitli şəkildə hazırlanacağı üçün ilk əvvəl həssas qruplara çatdıracaqlar. Geniş kütləyə isə peyvənd sonrakı  8 ayda  çatacaq. Prezident Tramp  isə dedi ki, FDA  peyvəndi təstiqləyən kimi, bütün ölkəyə dağıtıma başlayacaqlar.

“Vaksini ölkə ərazisinə ordu paylayaçaq. Birinci  məsələ təhlükəsizlikdir. İkinci yerdə isə təbii sürətli olmaq gəlir. Biz hər iki məsələnin vacib olduğunu düşünərək, cox diqqətli davranırıq. Amerika hakimiyyətinin vaksini paylaşdırmaq  planı  “böyük” və “bənzəri olmayan” bir layihədir.”

 Bir sözlə Ağ Ev vəd edir ki, 2021-ci ilin ilk 3 ayında  700 milyon dozunda olan vaksini paylayacaqlar. Onu da deyək ki, peyvəndi ilk olaraq yüksək risk qrupuna daxil olan insanlara vuracaqlar və məhz bu mərhələnin yanvar ayında bitməsi planlaşdırılır. Amerika ictimayyətində isə peyvənd mövzusunda şübhələr var. Associated Press tərəfindən  may ayında aparılan sorğuda   Amerikalıların yalnız  yarısı peyvənd etdirəcəklərini demişdi. Mütəxəsislər isə düşünürlər ki,  bütün ölkənin corona virusundan qorumaq üçün əhalinin 90 faizi  vaksin olunmalıdır.

Qənirə Ataş,Günaztv, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkiyənin İzmir şəhərində 6.6 baş gücündə zəlzələ olub

2020-10-30

gun az article

Ermənistanın sentyabrın 27-dən törətdiyi təxribatlar nəticəsində Azərbaycanın 91 mülki şəxsi həlak olub, 400-ü yaralanıb

2020-10-30

gun az article

İran rəsmisi: “Hər iki ölkəyə tövsiyə edirik ki, beynəlxalq qanunlara hörmətlə yanaşsınlar və beynəlxalq sərhədləri qorusunlar”

2020-10-30

gun az article

İranda daha 365 nəfər koronavirusdan ölüb, 8011 nəfər virusa yoluxub (Rəsmi statistika)

2020-10-30

gun az article

MN: Düşmənin raket-artilleriya silahları anbarı məhv edilib - VİDEO

2020-10-30

gun az article

İran saytı torpaqlarını işğaldan azad etməyə çalışan Azərbaycan hökumətinə qarşı yalan və böhtan dolu məlumatlar yayıb

2020-10-30

gun az article

“Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir” - Arutyunyan təşvişdə

2020-10-30

gun az article

Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur - RƏSMİ

2020-10-30

gun az article

MN: Düşmənin bir sıra texnikası və canlı qüvvəsi məhv edilib

2020-10-30

gun az article

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb

2020-10-30

gun az article

Azərbaycanda mülki əhalinin qorunması üçün israilli diplomatdan - Təklif

2020-10-29

gun az article

MN: Diplomatik nümayəndələrin də olduğu Tərtər rayonunun ərazisi atəşə tutulub

2020-10-29

gun az article

İran ordusunun yüksək rütbəli komandiri koronavirusdan ölüb

2020-10-29

gun az article

İranda koronavirusdan ölənlərin sayı 34 000 nəfəri keçib (Rəsmi statistika)

2020-10-29

gun az article

İranın Zəncan əyalətində koronavirusa yoluxan daha 566 nəfər xəstəxanalara yerləşdirilib

2020-10-29

gun az article

“Cəsədləri qəbul etməsələr, mən heç bilmirəm nə edək?!”

2020-10-29

gun az article

Müdafiə Nazirliyi: Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib

2020-10-29

gun az article

“Səs eşidən kimi siçovul yuvalarına girirlər” - Prezident dronlardan danışdı

2020-10-29

gun az article

Düşmənin nə qədər canlı qüvvəsi məhv edilib? - Prezident açıqladı

2020-10-29

gun az article

İranlı general: “İran sərhədləri yaxınlığında təkfirçi ünsürlərlə kəskin davranacağıq”

2020-10-28