“Amerika BMT-dən Çindən hesabat istəməyi tələb etdi.”
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın BMT tribunasından etdiyi çıxışında Çin və İran əsas yeri tuturdu. Donald Tramp, düşünürki BMT Corona virusu nəzarətə almaqda uğursuz olduğu üçün Çindən hesabat almalıdır. Tramp, Amerikada 200 min, dünya miqyasında isə 1 milyon insanın ölümünə görə Çini mühakimə etdi.
“BMT, hadisələrlə bağlı Çindən hesab sormalıdır. Çin virusu hər gün can alır. 2. Dünya müharibəsindən sonra və BMT-nin qurulmasından 75 il sonra, təkrar böyük bir beynəlxalq mübarizənin içərisindəyik. 188 ölkədə sayısız hesabda ölümə səbəb olan Çin virusuna qarşı çətin bir müharibə şəraitindəyik.”
Tramp, vəd etdiki Amerika tezliklə vaksin hazırlayaraq virusa qalib gələcək, virusu sona çatdıraraq dünyanı daha əvvəllər də misli görünməmiş yeni bir sülh dönəminə gətirəcək.O, xüsusi vurğuladı ki, ilk başlarda Çin ölkə daxilində səyahətləri məhdudlaşdırsa da Çindən diğər ölkələrə uçuşlara icazə verməklə virusun dünyaya yayılmasına şərait yaradıb. Dünya Səhiyyə Təşkilatı yenə hədəfdə oldu. “Çin hökuməti və Çinin nəzarətindəki Dünya Səhiyyə Təşkilatı, insandan insana keçməyə dair sübut tapılmadığı istiqamətində səhv açıqlama etdi. Sonra da simptom göstərməyənlərin xəstəliyi yaymayacağı kimi yanlış məlumatlar da verdilər”.Sitatın sonu.İqlim dəyişikliyi mövzusunda danışan Donald Tramp, bu mövzuda Amerikanın haqsız yerə hədəf alındığı mesajını verdi və yenə də Çinə yükləndi. Çinin ətraf mühiti açıq formada çirkləndirdiyini dedi.
“Çin hər il milyonlarla ton plastik və zibili okyana atır, limitləri aşaraq digər ölkələrin sularında balıqların sayının azalmasına səbəb olur.Geniş miqyasda mərcan mənbələrini yox edirlər, atmosferə digər bütün ölkələrdən daha çox zəhər buraxırlar.”
Amerika prezidenti BMT-ni dünyanın real problemləri ilə məşğul olmağa cağırdı. Bura terrorizm, qadınlara istiqamətlənən təzyiq, zorla işlətmə, narkotik qaçaqmalçılığı, insan ticarəti və dini azlıqlara istiqamətlənən etnik təmizləmə daxildir.Amerikan prezidenti Kosova və Serbiya ilə Birləşmiş Ərəb Əmirlikləri, Bəhreynlə İsrail arasında Amerikanın vasitəçiliyi ilə əldə olunan sülh razılaşmalarına da toxundu. İŞİD terror təşkilatını dünyadan silmək üzrə olduqlarını, terrorçu təşkilatın qurucusu və lideri Əl Bağdadini və “dünyanın ən böyük terrorçusu” adını verdiyi İranlı general Kasım Süleymanini də öldürdüklərini xatırlatdı. İndi Amerikanın Əfqanıstanda müharibəni sona çatdırmaq üçün mübarizə apardığını və bu ölkədəki əskərlərini geri çəkmə mərhələsində olduğunu söylədi. Ortadoğudakı sülh anlaşmasına xüsusiylə toxunan Tramp, yaxın zamanlarda yeni sülh razılaşmaları da olacaq mesajını verdi.
Qənirə Ataş,Günaztv,Vaşinqton.