GünazTV Sep.23.2020: İranda dil tədrisinin vəziyyəti: Fars dili vacib, Çin dili müstəhəb, Türk dili isə haramdır

2020-09-23 19:52

İranda dil tədrisinin vəziyyəti: Fars dili vacib, Çin dili müstəhəb, Türk dili isə haramdır

Gunaz.tv Quote | Gunaz article

İranda dil tədrisinin vəziyyəti: Fars dili vacib, Çin dili müstəhəb, Türk dili isə haramdır

İran məktəblərində İngilis dilinin tədrisi ilə bağlı məhdudiyyətlərin artması, fars dilinin məcburi tədris olunması və türk dilinin qadağan olunması ilə birlikdə, İran Təhsil Nazirliyinin bir rəsmisi Çin dilinin İran məktəblərində xarici dil tədris listinə əlavə edilməsinin mümkünlüyünü açıqladı.

İranın Təhsil Araşdırma və Planlaşdırma Təşkilatının Tədris Planlaşdırma Bölümünün başçısı Əli Mühibbi, Çin dilini xarici dillər listinə əlavə etmək təklifləri barədə bunları söylədi: "Şübhəsiz xarici dil dediyimiz zaman, başqa bir rəsmi beynəlxalq xarici dil varsa, onu təsdiqlənmiş dillər listinə əlavə etməliyik."

O habelə öyrəncilərə təklif olunan dillər arasından xarici dil seçmək haqqının verildiyini iddia etdi. Baxmayaraq ki, ölkə əhalisinin təxminən 70% -ni təşkil edən qeyri-fars millətlər, öz ana dillərindən və onu təhsil dili olaraq seçmək hüququndan məhrumdurlar və Cənubi Azərbaycanda türk dilində təhsil tələb edən mədəni fəallar tutuqlama, həbs, sürgün və işgəncə ilə üzləşirlər.

İranda Çin dilinin tədrisi barədə danışıqlar elə halda ortaya qoyulur ki, İslam Respublikası rəsmiləri əvvəllər İngilis dilinin əhali tərəfindən sıcaq qarşılanmasından narazılığını bildirmişdilər. 2016-cı ildə İslam Respublikasının Rəhbəri İranın təhsil müəssisələrində İngilis dilinin yayğın olmasını tənqid edərək söyləmişdi ki: "indi iş elə bir nöqtəyə gəlib çatıb ki, İngilis dili uşaq bağçaların belə tədris olunur".

Əli Xameneinin bu sözlərindən sonra İran Təhsil Nazirliyi ibtidai məktəblərdə ingilis dilinin tədrisini qadağan etdi. Keçən ilin sentyabr ayında da İslami Məşvərət Məclisinin 57 üzvü İran Liderinin dediklərinə istinad edərək, ingilis dili dərslərinin bütün İran məktəblərindən çıxarılması üçün bir plan təqdim etdilər.

İran məktəblərində Çin dilinin xarici dillər listinə əlavə edilməsi məsələsi, Çinin İranın müxtəlif iqtisadi və siyasi sahələrinə girməsindən bəri daha da vurğulanmışdır.

Misal üçün, İngilis jurnalist Simon Watkins, bu yaxınlarda İran hökumətindəki mənbələrə istinadən bir məqalə yayımlayaraq mübahisə etmişdi ki Pekin ilə Tehran arasında 25 illik əməkdaşlıq müqaviləsi çərçivəsində, İran əvvəlcə İngilis dilinin yanında xarici dil olaraq çin dilini geniş tədris etməyə başlayacaq, ancaq tədricən ingilis dilinin ortadan qaldırılması ilə birlikdə Çin dili İran məktəblərində tədris ediləcək yeganə xarici dil olacaqdır.

Görünən odur ki, mövcud vəziyyətin davam etməsi ilə fars dili vacib olaraq məcburiyyətli bir şəkildə öyrətiləcək, Çin dili müstəhəb olaraq İran məktəblərində tədris ediləcək, türk dili isə haram bir dil kimi öyrənilməsi qadağan olaraq qalacaq.

Güney Azərbaycanda isə məktəblərdə və bilimyurdlarında Azərbaycan türkcəsinin tədris edilməsinin qadağan edilməsi, elə bir halda davam edir ki türklər ölkə əhalisinin təxminən yarısını təşkil edirlər.

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.30.2020 : Qarabağ Cəbhəsində son vəziyyət və İranın müdaxilə cəhdi ,Azərbaycanın Vətən Müharibəsində İran və Rusiyanın mövzei

2020-10-31

gun az article

GünazTV Oct.30.2020-Azadlıq Səsi: Güclü Azərbaycan ordusu və bölgəsəl sabitlik.

2020-10-31

gun az article

GünazTV Oct.30.2020 : “Amnesty International Ermənistanın Bərdəyə istifadəsi qadağan olunmuş kasetli raketlər atdığını təsdiqləyib”

2020-10-30

gun az article

Azərbaycanlı universitet müəllimi: "Zəngilanın azad edilməsi Güney Azərbaycanda böyük ruh yüksəkliyinə səbəb olub"

2020-10-30

gun az article

Təbrizdə İranın Güney Azərbaycana qarşı müstəmləkəçilik siyasətinə qarşı divarlara etiraz şüarları yazılıb- FOTO

2020-10-30

gun az article

‍Ərdəbilin Ciral parkında tutulan bütün milli fəallar müvəqqəti azadlığa buraxılıb

2020-10-30

gun az article

GünazTV Oct.27.2020-Sözümüz: İran Məclisi Və Güney Azərbaycan Məsələləri

2020-10-30

gun az article

GünazTV Oct.29.2020- Düşünməyə Çağırı: Azərbaycan və Qarabağ Savaşı

2020-10-30

gun az article

GünazTV Oct.29.2020 : Oktyabrın 28-i Azərbaycan üçün asan olmadı.

2020-10-29

gun az article

Paniranistlər yenidən Təbrizdə yerləşən "Təkəmçilər" heykəlini dağıdıblar- FOTO

2020-10-29

gun az article

Fəal Məqsud Bağıri Gülzar 300 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azad edilib

2020-10-29

gun az article

GünazTV Oct.28.2020: Qarabağ azadlıqı Dünya mediasında , erməni cinayətləri- Pan-İranizm'in himayəti.

2020-10-29

gun az article

GünazTV Oct.28.2020 : "Ermənistan hərbi cinayət edərək mülki insanlara raket hücumu etdi"

2020-10-28

gun az article

Ərdəbildə Qarabağa dəstək olan fəalların tutulmasına etiraz olaraq divarlara şüarlar yazılıb

2020-10-28

gun az article

Fəal Mehdi Nikazərə qarşı ittihama xitam verilib

2020-10-28

gun az article

GünazTV Oct.27.2020-Özümüz: Kuroş

2020-10-28

gun az article

GünazTV Oct.27.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İranın tutumu

2020-10-28

gun az article

Hərbi tibb qulluqçusu Arəstə xanım yaralı hərbçilərimizi döyüş meydanından çıxaran zaman şəhid olaraq, Azərbaycan Vətən Müharibəsinin ilk xanım şəhidi oldu.

2020-10-27

gun az article

Ermənistanın Baş Naziri Nikol Pasinyan xalqina muraciet etdi.

2020-10-27

gun az article

GünazTV Oct.27.2020 : “Azərbaycan Prezidentinin xalqa müraciətində vacib mesajlar verdi.”

2020-10-27