GünazTV Sep.24.2020 : “İran Prezidentinin “bəraət” cıxışı”

2020-09-24 20:05

“İran Prezidentinin “bəraət” cıxışı”

Gunaz.tv Quote | Gunaz article

“İran Prezidentinin “bəraət” cıxışı”

Birləşmiş Millətlər Təşkilatının tribunası bu gün də maraqlı oldu.Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın İrana yönələn açıq çağırışlarına, İran Prezidenti  Həsən Ruhani cavab verdi. Koronovirus səbəbiylə toplantıya online qatılan Həsən Ruhani dedi ki, Amerika Birləşmiş Ştatları İranı nə müzakirəyə  nə də müharibəyə cəlb edə bilməyəcək. "Hegemonluq   və təzyiq dövrü artıq  geridə qalıb. Zor gücünə və hədə qorxuya yox deməyin zamanı gəlib."söylədi. Bütün dünyanın çətin bir dönəmdən keçdiyini deyən İran prezidenti ölkədəki iqtisadi çətinliyi bu cümlələri ilə etiraf etdi.

 "Millətim dünya ilə əməkdaşlıq yerinə ən ağır  sanksiyalarla  qarşı-qarşıya dayanıb. Bütün beynəlxalq razılaşmalar pozulur.İrana  tətbiq edilən sanksiyalar qəbuledilməzdir. Amerikanın ölkəmə istiqamətlənən embarqoları, beynəlxalq razılaşmalara hörmətsizlikdir.Biz nüvə razılaşmasını 2015-ci ildə  imzaladıq, ancaq yaşanan şərtlər və Amerikanın razılaşmadan   çəkilmısinə rəğmən, biz imzaladığımız anlaşmanın şərtlərini yerinə yetirdik, razılaşmanı pozmadıq”

  İran prezidenti çıxışının böyük qismini Amerikaya yönəltdi. Hətta iddia etdi ki, Birləşmiş Ştatlar özünün yaratdığı İŞİD terror qruplaşması ilə müharibə edir. Amerikadakı seçkilərdən də yan keçmədi. "İran Amerikadakı Prezident seçkilərində daxili siyasət üçün bazarlıq olmayacaq. Amerikada yenidən seçiləcək hakimiyyətin isə  İran xalqının  dirənişinə təslim olmaqdan başqa yolu olmayacaq” Sitatın Sonu.

İran prezideninin BMT-dəki çıxışını şərh edən beynəlxalq müşahidəçilər isə düşünür ki, bu çıxış Həsən Ruhaninin ölkəsində ciddi siyasi fiqur olmadığını göstərmiş oldu. Həsən Ruhaninin də prezidentlik dönəmi başa çatmaq üzrə olduğu üçün, bu gün bəzən hədə bəzən də yalvarış dolu nitqlə yadda qaldı. Xatırladaq ki, dünya Həsən Ruhaninin İranda heç bir çəkiyə sahib olmadığını ən son Kasım Süleynami öldürülürkən şahid olmuşdu. Onun istər Kasım Süleymaninin Amerika tərəfindən öldürülməsi, istərsə  də Ukrayna təyyarəssinin vurulması ilə bağlı ziddiyyətli və yalan informasiyalara sahib olması, Həsən Ruhaninin ölkə idarə etməsindən kənarda saxlanıldığını sübut etmişdi. İran prezidentinin bəzən yalvarış, bəzən isə hədə dolu çıxışına rəsmi Vaşinqtondan cavab var. Amerika Dövlət Departamenti rəsmi  tvitter  hesabindan bildirib ki, İran İslam Respublikasındakı rejim, iqilabdan sonra regiona terrorçuluğu yaymaqla Ortadoğuda stabilliyi pozub. Amerikanın Dövlət Katibi Mayk Pompeyo isə İran rejiminin  dünyanı təhdiddə saxladığını bir daha söyləyib. Amerika İrana qarşı olan sanksiyaları geri gətirmək üçün var qüvvəsi ilə çalışıb. Bu istiqamətdəki təzyiq siyasəti isə sonadək davam edəcək. Sitatın sonu. Dövlət Katibi Pompeyo bütün ölkələri Amerikanın bu mövzudakı duruşunu dəstəkləməyə və İrana qarşı olan sanksiyalara əməl etməyə çağırıb.

Qənirə Ataş,Günaztv,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.30.2020 : Qarabağ Cəbhəsində son vəziyyət və İranın müdaxilə cəhdi ,Azərbaycanın Vətən Müharibəsində İran və Rusiyanın mövzei

2020-10-31

gun az article

GünazTV Oct.30.2020-Azadlıq Səsi: Güclü Azərbaycan ordusu və bölgəsəl sabitlik.

2020-10-31

gun az article

GünazTV Oct.30.2020 : “Amnesty International Ermənistanın Bərdəyə istifadəsi qadağan olunmuş kasetli raketlər atdığını təsdiqləyib”

2020-10-30

gun az article

Azərbaycanlı universitet müəllimi: "Zəngilanın azad edilməsi Güney Azərbaycanda böyük ruh yüksəkliyinə səbəb olub"

2020-10-30

gun az article

Təbrizdə İranın Güney Azərbaycana qarşı müstəmləkəçilik siyasətinə qarşı divarlara etiraz şüarları yazılıb- FOTO

2020-10-30

gun az article

‍Ərdəbilin Ciral parkında tutulan bütün milli fəallar müvəqqəti azadlığa buraxılıb

2020-10-30

gun az article

GünazTV Oct.27.2020-Sözümüz: İran Məclisi Və Güney Azərbaycan Məsələləri

2020-10-30

gun az article

GünazTV Oct.29.2020- Düşünməyə Çağırı: Azərbaycan və Qarabağ Savaşı

2020-10-30

gun az article

GünazTV Oct.29.2020 : Oktyabrın 28-i Azərbaycan üçün asan olmadı.

2020-10-29

gun az article

Paniranistlər yenidən Təbrizdə yerləşən "Təkəmçilər" heykəlini dağıdıblar- FOTO

2020-10-29

gun az article

Fəal Məqsud Bağıri Gülzar 300 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azad edilib

2020-10-29

gun az article

GünazTV Oct.28.2020: Qarabağ azadlıqı Dünya mediasında , erməni cinayətləri- Pan-İranizm'in himayəti.

2020-10-29

gun az article

GünazTV Oct.28.2020 : "Ermənistan hərbi cinayət edərək mülki insanlara raket hücumu etdi"

2020-10-28

gun az article

Ərdəbildə Qarabağa dəstək olan fəalların tutulmasına etiraz olaraq divarlara şüarlar yazılıb

2020-10-28

gun az article

Fəal Mehdi Nikazərə qarşı ittihama xitam verilib

2020-10-28

gun az article

GünazTV Oct.27.2020-Özümüz: Kuroş

2020-10-28

gun az article

GünazTV Oct.27.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İranın tutumu

2020-10-28

gun az article

Hərbi tibb qulluqçusu Arəstə xanım yaralı hərbçilərimizi döyüş meydanından çıxaran zaman şəhid olaraq, Azərbaycan Vətən Müharibəsinin ilk xanım şəhidi oldu.

2020-10-27

gun az article

Ermənistanın Baş Naziri Nikol Pasinyan xalqina muraciet etdi.

2020-10-27

gun az article

GünazTV Oct.27.2020 : “Azərbaycan Prezidentinin xalqa müraciətində vacib mesajlar verdi.”

2020-10-27