GünazTV Sep.25.2020 : “Ermənistana artmaqda olan silah təchizatından rəsmi Bakı ciddi narahatdır.”

2020-09-25 19:33

“Ermənistana artmaqda olan silah təchizatından rəsmi Bakı ciddi narahatdır.”

Gunaz.tv Quote | Gunaz article

“Ermənistana artmaqda olan silah təchizatından rəsmi Bakı ciddi narahatdır.

Ermənistan ordusunun cəbhədə aktivləşdiyi bir dönəmdə BMT-nin Baş Assambleyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev  Ermənistanın addımlarından ciddi narahat olduqlarını deyib. Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. Xüsusilə də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra".Sitatın Sonu.  O, dövlət sərhədindəki toqquşmaların qaynar fazasının  iyulun 16-da sona çatdığını deyib.

"Növbəti gün - iyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik.Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq".

İlham Əliyev  bir daha söylədi ki, Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır. O, qətnamələrinin icrası üçün  mexaniz  yaradılmasını təklif edib.Azərbaycan Prezidentinin BMT-dən yayımlanan video çıxışında ikinci ağırlıq coronovirusun qarşısını almaq üçün  görülən işlər idi. O, COVID-19 ilə bağlı vəziyyətin  nəzarət altında olduğunu deyib.

 "Pandemiyanın iqtisadi çətinliklərinə baxmayaraq, vətəndaşlarımızın həyatı və sağlamlığı bizim üçün prioritet təşkil edir. İqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlılığının təmin olunması, habelə işsizliklə bağlı məsələlərin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketi təqdim edilib. Sosial dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı, yəni, ölkə əhalisinin yarısını əhatə edir.”

 Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı da  pandemiya ilə mübarizədə Azərbaycandan narazı görünmür.Hətta Azərbaycan quruma  10 milyon dollar həcmində könüllü yardım edib. Qoşulmama Hərəkatına üzv dövlətlərə də  rəsmi Bakı  30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib.  Azərbaycan Prezidenti  pandemiya dövründə qaçqın və məcburi köçkünlər ən həssas qrupa çevridiyin əsas gətirərək , onların  təhlükəsiz qaydada və ləyaqətli şəkildə doğma torpaqlarına qaytarılması məsələsini aktuallaşdırıb.

Qənirə Ataş, GünazTV, Vaşinqton

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.30.2020 : Qarabağ Cəbhəsində son vəziyyət və İranın müdaxilə cəhdi ,Azərbaycanın Vətən Müharibəsində İran və Rusiyanın mövzei

2020-10-31

gun az article

GünazTV Oct.30.2020-Azadlıq Səsi: Güclü Azərbaycan ordusu və bölgəsəl sabitlik.

2020-10-31

gun az article

GünazTV Oct.30.2020 : “Amnesty International Ermənistanın Bərdəyə istifadəsi qadağan olunmuş kasetli raketlər atdığını təsdiqləyib”

2020-10-30

gun az article

Azərbaycanlı universitet müəllimi: "Zəngilanın azad edilməsi Güney Azərbaycanda böyük ruh yüksəkliyinə səbəb olub"

2020-10-30

gun az article

Təbrizdə İranın Güney Azərbaycana qarşı müstəmləkəçilik siyasətinə qarşı divarlara etiraz şüarları yazılıb- FOTO

2020-10-30

gun az article

‍Ərdəbilin Ciral parkında tutulan bütün milli fəallar müvəqqəti azadlığa buraxılıb

2020-10-30

gun az article

GünazTV Oct.27.2020-Sözümüz: İran Məclisi Və Güney Azərbaycan Məsələləri

2020-10-30

gun az article

GünazTV Oct.29.2020- Düşünməyə Çağırı: Azərbaycan və Qarabağ Savaşı

2020-10-30

gun az article

GünazTV Oct.29.2020 : Oktyabrın 28-i Azərbaycan üçün asan olmadı.

2020-10-29

gun az article

Paniranistlər yenidən Təbrizdə yerləşən "Təkəmçilər" heykəlini dağıdıblar- FOTO

2020-10-29

gun az article

Fəal Məqsud Bağıri Gülzar 300 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azad edilib

2020-10-29

gun az article

GünazTV Oct.28.2020: Qarabağ azadlıqı Dünya mediasında , erməni cinayətləri- Pan-İranizm'in himayəti.

2020-10-29

gun az article

GünazTV Oct.28.2020 : "Ermənistan hərbi cinayət edərək mülki insanlara raket hücumu etdi"

2020-10-28

gun az article

Ərdəbildə Qarabağa dəstək olan fəalların tutulmasına etiraz olaraq divarlara şüarlar yazılıb

2020-10-28

gun az article

Fəal Mehdi Nikazərə qarşı ittihama xitam verilib

2020-10-28

gun az article

GünazTV Oct.27.2020-Özümüz: Kuroş

2020-10-28

gun az article

GünazTV Oct.27.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İranın tutumu

2020-10-28

gun az article

Hərbi tibb qulluqçusu Arəstə xanım yaralı hərbçilərimizi döyüş meydanından çıxaran zaman şəhid olaraq, Azərbaycan Vətən Müharibəsinin ilk xanım şəhidi oldu.

2020-10-27

gun az article

Ermənistanın Baş Naziri Nikol Pasinyan xalqina muraciet etdi.

2020-10-27

gun az article

GünazTV Oct.27.2020 : “Azərbaycan Prezidentinin xalqa müraciətində vacib mesajlar verdi.”

2020-10-27