GünazTV Sep.26.2020 : “Ermənistanın PKK və kürd terrorcularını Dağlıq Qarabağa yerləsdirməsi Amerika mətbuatında”

2020-09-26 20:02

“Ermənistanın PKK və kürd terrorcularını Dağlıq Qarabağa yerləsdirməsi Amerika mətbuatında”

Gunaz.tv Quote | Gunaz article

“Ermənistanın PKK və kürd terrorcularını Dağlıq Qarabağa yerləsdirməsi Amerika mətbuatında”

 Ermənistan PKK terrorçularını, Azərbaycanın  işğal etdiyi Dağlıq Qarabağ regionuna  məcburi köçkün kimi yerləşdirir. Bu barədə EUReporter dərgisinin jurnalisti James Vilson yazıb. Jurnalist idda edir ki, Dağlıq Qarabağa yerləşdirilən PKK  terrorçuları nəyinki Avropa birliyi,hətta qərb dövlətləri, o cümlədən Amerika Birləşmiş Ştatları da terrorçu kimi tanıyib. 2009-cu ildən başlayan Suriya müharibəsindən yararlanan Ermənistan kürd terrorçularını Dağlıq Qarabağda yerləşdirməyə başlayıb.  Bu ilin avqustun 4-də Beyrutda baş verən partlayışdan sonra isə  kürd terrorçularının qarabağa köçü  sürətlənib.Məqalədə deyilir ki,  Ermənistan  PKK terrorçularını Dağlıq Qarabağda yerləşdirmə   siyasəti ilə həm ordakı  demoqrafik vəziyyəti süni dəyişməklə yanaşı, 30 ildir davam edən işğal siyasətini də  gücləndirir. Bununlada  rəsmi İrəvan beynəlxalq hüququ və Cenevrə konvensiyasını pozur.Profesional olaraq işə götürülən kürd silahlıları və Dağlıq Qarabağa yerləşdirilən PKK terrorçuları  beynəlxalq hüquqa görə  müharibə cinayəti sayılır və onlar bölgədə sülh və sabitliyi risk altına alırlar.

Qahirə24 Xəbər Agentliyinin məlumatına görə,Ermənistanın yüksək çinli məmurları birbaşa olaraq PKK terror təşkilatı ilə danışıqlar aparıblar. Ermənistan əvvəlcə  kürd ordusu ilə razılaşa  bilməyib. Lakin rəsmi İrəvan sonradan  danışıqlarda uğur qazanaraq PKK-nın regiondakı lideri Nechirvan Bərzani ilə razılaşma əldə ediblər. Bunun ardınca PKK-nın İraqda ən sıx fəaliyyət göstərdiyi Süleymaniyə regionundan  yüzlərlə kürd terrorçusu İran ərazisindən transzt istifadə etməklə  işğal altındakı Dağlıq Qarabağa  yerləşdiriliblər. PKK-nın Suriyadakı qanadı olan YPG-nin silahlı terrorçularının böyük bir qrupu Suriya İraq sərhəddindəki Qamışlı bölgəsindən Dağlıq Qarabağa göndərilib. İraqın cənubundakı Mahmur bazasında formalaşmış 3-cü qrupda isə həm YPG-nin, həm də PKK-nın silalhıları cəmləşib. Onlar əvvəlcə  Hizbullahın Bağdadakı qərəgahında təlim görülblər daha sonra İran üzərindən Dağlıq Qarabağa göndəriliblər.Kəşfiyyat məlumatlarına görə, PKK terrorçuları Dağlıq Qarabağa göndərilmədən əvvəl İran ərazisində, İran İnqilabı Keşikçiləri tərəfindən təlim keçirlər. PKK-nın Kandil bazasına edilən hücumlardan sonra terrorçu təşkilat  üçün  İranın ərazisi əlverişli  təlim bazasına çevrilib.

Jurnalist iddia edir ki, Ermənistanın  öz maraqları naminə kürd terrorçularını  və muzdluları cəlb etməsi ilk hal deyil. 1990-cı il, Dağlıq Qarabağ müharibəsi zamanı da eyni ssenari yaşanmışdı. Hələ Sovetlər  dönəmində kürdlərdən  Rusiya və Ermənistan alət olaraq istifadə etmişdi. Rusiya 1923-1929-cu illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Qırmızı Kürdüstan muxtar bölgəsi yaradaraq, Ermənistan və İranda yaşayan kürdləri ora köçürmüşdü.  Məqalədə deyilir ki, mövcud Ermənistan rəhbərliyinin   Azərbaycana qarşı aqressiv siyasəti getdikcə artır. Eyni zamanda Ermənistanda  misli görünməmiş tibbi və iqtisadi böhran səbəbiylə iki xalq arasındakı danışıqlar prosesini pozurlar. Mövcud Ermənistan rəhbərliyi ATƏT-in prinsipcə razılaşdırılmış çərçivə sazişinə sadiq qalmaqla yanaşı, sülh danışıqlarının sıfırdan başlanmasını istəyir. Ermənilər övladlarını cəbhəyə göndərməkdən  imtina etdikləri üçün, Ermənistan rəhbərliyi də kürd terrorçu qruplaşmalarından istifadə etməklə şəxsi itkilərini  minimuma endirmək qərarına gəlib.Ermənistanın  baş naziri Nikol Paşinyan isə ölkədəki xalq milis təşəbbüsünü belə açıqlayıb. “Təhlükəli nümunələr  dünyanın digər münaqişə bölgələrində, Burkina Fasso kimi ölkələrdə də görülüb”.Sitatın sonu.
 

Məqalədə aydın göstərilirki, onun rəhbərliyi altında, Qafqaz regionu  son illər ən pis müharibələrdən birinə şahidlik edib. Ermənistan silahlı qüvvələri 12 iyul tarixində Azərbaycanın Tovuz rayonuna hücum etməklə bu müharibəni alovlandırdı. Hucum zamanı  75 yaşlı bir mülki şəxs olmaqla 12 azərbaycanlının ölümünə səbəb oldu. 4 nəfər yaralandı və Azərbaycanın sərhəd kəndlərinə və təsərrüfatlarına ciddi ziyan dəydi.Ermənistanın atəşkəs razılaşmasına hörmət etməməsi səbəiylə sentyabrın 21-də  Tovuz bölgəsində daha bir Azərbaycan əsgəri həlak oldu.

Jurnalist xatırladır ki, BMT-nin Ermənistan Silahlı qüvvələrinin işğal etdikləri Dağlıq Qarabağ və ətrafındakı yeddi rayondan dərhal geri çəkilməsini tələb edən 4 qətnaməsinin olmasına baxmayaraq  həmin torpaqlar  30 ildir Ermənistanın işğalındadır. Dağlıq Qarabağda bu gün süni artırılan hərbiləşdirmə  və Yaxın Şərqdəki  kürd terrorçu qrupların və  muzdluların  ora cəlb edilməsi münaqişənin beynəlmiləlləşməsinə gətirib çıxaracaq və regional güc mərkəzlərini qarşı-qarşıya qoyacaqdı.

Jurnalist məqalənin sonunda açıq göstərir ki, Ermənistanın təhlükəli hərəkətləri, Avropa üçün strateji əhəmiyyət daşıyan Azərbaycan nefti və qaz kəmərlərinin gələcəyini riskə atır. Bakı-Tiflisi-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri, Bakı-Tiflis-Qars dəmir yolu kimi böyük infrastruktur layihələrini təhlükəyə atmaqla, Ermənistan Avropanın enerji və nəqliyyat təhlükəsizliyini böyük risk altına ala bilər. barədə EUReporter dərgisinin jurnalisti James Vilsonun məqaləsində belə deyilir.

Qənirə Ataş,GÜNAZTV, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19

gun az article

Milli fəal Sara Turi Təbrizdə həbs edilib

2020-10-19

gun az article

"Həsrət körpüsü"nün işğaldan azad edilməsi münasibətilə Tikab əhalisi atəşfəşanlıq edib- VİDEO

2020-10-19

gun az article

İranın təhlükəsizlik qüvvələri rəştli fəallara təzyiq göstərir: İbrahim Gənci həbs edilib

2020-10-19

gun az article

Milli fəal Hüseyn Balaxani 500 milyon tümənlik ağır mülki vəsiqə ilə müvəqqəti azadlığa buraxılıb

2020-10-19

gun az article

Güney azərbaycanlı milli fəal Hüseyn Əmirhicri Təbrizdə tutulub

2020-10-19

gun az article

Rəşt türkləri İranın Ermənistana dəstəyinə etiraz ediblər- FOTO

2020-10-19

gun az article

İranın Ermənistana çörək göndərməsi Güney Azərbaycanda çörək qıtlığına səbəb olub- VİDEO

2020-10-19

gun az article

GünazTV Oct.18.2020: Azərbaycan ordusunun və Güney Azərbaycanın qələbələri.

2020-10-19

gun az article

Təbriz: "Azərbaycan milləti bu zillətlə barışmayacaq, Nurduz gərək bağlana!"- VİDEO

2020-10-18

gun az article

Təbrizdə minlərlə insan birlikdə "Nurduz sərhədi bağlanmalıdır" şüarları səsləndirib- VİDEO

2020-10-18

gun az article

Təbrizdə və Tehranda Qarabağa dəstək aksiyaları keçirilib - FOTOLAR və VİDEOLAR

2020-10-18