GünazTV Sep.28.2020 : “Azərbaycan ordusu əks hücuma başladı, işğal altında olan torpaqlarımızdan 7 kənd azad edildi”.

2020-09-28 19:43

“Azərbaycan ordusu əks hücuma başladı, işğal altında olan torpaqlarımızdan 7 kənd azad edildi”.

Gunaz.tv Quote | Gunaz article

“Azərbaycan ordusu əks hücuma başladı, işğal altında olan torpaqlarımızdan 7 kənd azad edildi”.      

Sentyabrın 27-də səhər saatlarına  Ermənistan Silahlı qüvvələri Azərbaycanın Tovuz rayonun istiqamətində  atəşə açaraq mükli şəxslər arasında itkilərə səbəb olublar. Son illər xüsusən də  son aylarda Ermənistan ordusu cəbhədə xüsusilə  aqressivləşmiş, davamlı olaraq mülki şəxslərlə və hərbi mövqeylərimizə hücum edirdi. Azərbaycan Prezidenti İlham Əliyevin hələ bir neçə gün əvvəl, kəşfiyyat məlumatlarına əsaslanaraq Ermənistanın Azərbaycana hücum edəcəyini söyləmişdi. Bu səhər Ermənistan ordusu çirkin niyyətini həyata keçirmək istəyərkən Azərbaycan ordusu əks hücumla onlara cavab  verdi.  Əks hücum başlayandan bir az sonra isə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciət edərək, ordumuzun hərbi təxribata cavab verdiyini deyərək xalqı  təbrik etdi.

  “Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər. Baxmayaraq ki, artıq onların ocaqları vəhşilər tərəfindən dağıdılıb. Baxın Ağdam şəhərinin qalıqlarına. Baxın Füzuli şəhərinin qalıqlarına. Baxın bizim işğal edilmiş ərazilərdə məscidlərimizin dağılmış vəziyyətinə, qəbiristanlıqlarımızın dağılmış vəziyyətinə. Bütün bunları erməni cəlladları törədib və biz tam haqlıyıq. Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, biz bu dəstəyi daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır və 30 ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm ki, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq”.

  Əks hücum zamanı Azərbaycan ordusu işğal altındakı yaşayış məskənlərindən 7-ni  azad edib. Müdafiyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Eyvazov.

“Mən sizə bir az əvvəl aldığım yeni bəyanatını təqdim etmək istəyirəm. Azərbaycan ordusunun qoşun növlərinin həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində işğal altında olan bir sıra kəndlərimiz və vacib yüksəkliklər azad edilib. Hazırkı məlumata görə, cəbhənin Fizuli və Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyatlar nəticəsində uzun illər ərzində işğal altında olan Fizuli rayonunun Qaraxanbəyli,Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdulrahmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.”

    Əks-hücum əməliyyatı zamanı düşmənin müdafiə xətti qırılıb, 7 kənd, o cümlədən əhəmiyyətli yüksəkliklər işğaldan azad olunub. Artıq Ermənistan tərəfi ağır itkilər verdiyini rəsmən etiraf edib. Qarabağdakı qondarma rejimin rəhbəri Arayik Arutyunyan brifinq zamanı baş verənləri indiyə kimi olan ən geniş əməliyyatlar adlandırıb. Artunyan bildirib ki, yeni ərazilərin də itirlməsi ehtimalı var.  Azərbaycanın  Müdafiə Nazirliyinin açıqlamasına görə, Ermənistan ordusu döyüşlər nəticəsində ciddi itkilərə məruz qalıb: “ Belə ki, düşmənin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə onun 3 silah-sursat anbarı məhv edilib”.Məlumata görə, Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri polkovnik-leytenant Lernik Babayan məhv edilib, onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalıb: “Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur. Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də ordusundakı döyüş itkilərinin real sayını ictimaiyyətdən gizlədir”. Azərbaycan ordusunun əks hücumları zamanı heç bir Erməni mülkü vətəndaşına zərər dəyməyib.Ümumiyyətlə Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur. Müdafiyə Nazirliyi rəsmi surətdə bəyan edir  ki, Azərbaycan Ordusu mülki əhalini, mülki obyektləri və mülki xarakterli infrastrukturları hədəfə almır. Azərbaycan işğalçı Ermənistandan fərqli olaraq hərbi əməliyyatlar zamanı Cenevrə konvensiyaları da daxil olmaqla beynəlxalq humanitar hüququn müddəalarının tələblərinə riayət edir. Ermənistan ordusu özünün atəş nöqtələrini qəsdən mülki əhalinin yaşayış yerlərinin içərisində və yaxınlığında yerləşdirir.Azərbaycan Ordusu işğal altında olan ərazilərdəki mülki əhalini hərbi obyektlərdən kənar durmağa çağırır”.Sitatın Sonu.  Azərbaycanda həmçinin hərbi vəziyyət də elan  edildi. - Ermənistanın cəbhədəki hücumlarına Türkiyə Respublikasından sərt reaksiya gəldi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidentinə zəng edərək dəstəyini bildirib."Bugünkü telefon danışığı zamanı bacarıq və qətiyyətinə bir daha şahid olduğum Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə də bildirdiyim kimi, Türkiyə “bir millət, iki dövlət” anlayışı ilə azərbaycanlı qardaşları ilə həmrəyliyini gücləndirməyi davam etdirəcək". O, bu barədə özünün tvitter hesabında da yazıb. Türkiyə Prezidenti əlavə edib ki, Azərbaycana qarşı yeni hücumlar edən Ermənistan bölgədə sülhün və sabitliyin qarşısında ən böyük təhlükə olduğunu bir daha göstərdi:"Türk milləti hər zaman olduğu kimi, bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır. Erməni xalqını onları fəlakətə aparan hakimiyyətinə və onları oyuncaq kimi istifadə edənlərə qarşı gələcəklərinə sahib çıxmağa dəvət edirik. Bütün dünyanı işğala qarşı apardığı mübarizədə Azərbaycanın yanında olmağa çağırırıq".Sitatın Sonu. Eyni  dəstək Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlundan da gəlib.  Azərbaycan ordusunun əks hücum əməliyyatlarına ən böyük dəstək həm də Cənubi Azərbaycandakı soydaşlarımızdan gəldi. Ordumuzun cəbhədəki uğurlarına sevinən cənublu soydaşlarımız qələbəlik yaşayıblar. Güney Azərbaycan Milli Azadlıq cəbhəsinin bəyanatında Azərbaycanın haqq davasına dəstək nümayiş olunub. Onlar Azərbaycan ordusu ilə bərabər Dağlıq Qarabağın İşğaldan azad olunmasında rol almaq üçün Azərbaycan hakimiyyətinə müraciət də ünvanlayıblar. Ermənistanın bölgədəki ən böyük dayağı olan Rusiya isə tərəfləri danışıqlar masasında oturmağa dəvət edib. Baş verən hadisələrə Amerika Prezidenti Donald Trampdan da cavab istənilib. O, isə belə cavab verib. Amerika Birləşmiş Ştatlarının bu bölgə ilə yaxşı münasibətləri var. Bu, təzə baş verib, bu barədə məlumatım var. Baxacağıq, görək bunu dayandıra bilirikmi?!”Sitatın sonu.

Qənirə Ataş,Günaztv, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19

gun az article

Milli fəal Sara Turi Təbrizdə həbs edilib

2020-10-19

gun az article

"Həsrət körpüsü"nün işğaldan azad edilməsi münasibətilə Tikab əhalisi atəşfəşanlıq edib- VİDEO

2020-10-19

gun az article

İranın təhlükəsizlik qüvvələri rəştli fəallara təzyiq göstərir: İbrahim Gənci həbs edilib

2020-10-19

gun az article

Milli fəal Hüseyn Balaxani 500 milyon tümənlik ağır mülki vəsiqə ilə müvəqqəti azadlığa buraxılıb

2020-10-19

gun az article

Güney azərbaycanlı milli fəal Hüseyn Əmirhicri Təbrizdə tutulub

2020-10-19

gun az article

Rəşt türkləri İranın Ermənistana dəstəyinə etiraz ediblər- FOTO

2020-10-19

gun az article

İranın Ermənistana çörək göndərməsi Güney Azərbaycanda çörək qıtlığına səbəb olub- VİDEO

2020-10-19

gun az article

GünazTV Oct.18.2020: Azərbaycan ordusunun və Güney Azərbaycanın qələbələri.

2020-10-19

gun az article

Təbriz: "Azərbaycan milləti bu zillətlə barışmayacaq, Nurduz gərək bağlana!"- VİDEO

2020-10-18

gun az article

Təbrizdə minlərlə insan birlikdə "Nurduz sərhədi bağlanmalıdır" şüarları səsləndirib- VİDEO

2020-10-18

gun az article

Təbrizdə və Tehranda Qarabağa dəstək aksiyaları keçirilib - FOTOLAR və VİDEOLAR

2020-10-18