GünazTV Sep.29.2020 : “Azərbaycanın apardığı antiterror hərbi əməliyyatlarının ikinci günündə yaşananlar!”

2020-09-29 19:41

“Azərbaycanın apardığı antiterror hərbi əməliyyatlarının ikinci günündə yaşananlar!”

Gunaz.tv Quote | Gunaz article

“Azərbaycanın apardığı antiterror hərbi əməliyyatlarının ikinci günündə yaşananlar!”

İki gündür Azərbaycan Ordusu Ermənistanın işğalçı və təxribatçı hücumlarına qarşı əks hücum həyata keçirir. Azərbaycan ordusunun bölmələri cəbhənin müxtəlif  istiqamətlərindən Ermənistan ordusunun mövqeylərinə zərbələr endirib.Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, düşmən ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itki verib. Amma Ermənistan tərəfi itkiləri barədə yanlış informasiyalar yayır.Onlar təkcə bu gün  26 hərbçinin öldüyünü  rəsmən təsdiqləyiblər. Bununlada son bir neçə gündə verdikləri itkinin sayı onların rəsmi rəqəmlərində 84 nəfərdir.Azərbaycan ordusu bugün də düşmənə məxsusu çoxlu sayda hərbi texnikanı zərərsizləşdirib. Zərərsizləşdirilən silahlar arasında düşmənə məxsus 15 ədəd OSA tipli özüyeriyən zenit raket kompleksi və hava hücumundan müdafiə sisitemi var.Elə bu səbəblə də Ermənistan hərbiçiləri tez-tez hava hücumuna qarşı xəbərdarlıq siqnalları səsləndirərək insanları zirzəmiyə enməyə məcbur edir. Rusiya mətbuatı isə xəbər veriri ki,  Xankəndində olan ermənilər buranı tərk etməyə başlayıb.Rusiyalı jurnalistlərin Xankəndindən etdiyi canlı yayımlarda da şəhərin boş olduğu  göstərilir. Rusiya və Ermənistan mətbuatı Azərbaycanın itkiləri barədə yanlış informasiyalar yayaraq Azərbatcanlılar arasında ruh yüksəkliyini salmağa çalışırlar. Azərbaycan  ordusu da onların bu hərəkətinə cavab olaraq təmizlədikləri ərazilər barədə video yayıblar. O kadırları şərhsiz təqdim edirik.

Antirettor əməliyyatları zamanı  bu gün həm də Ağdərə şəhəri uğurunda şiddətli döyüşlər gedib. Cənub istiqamətindı isə qüvvələrmiz  Füzuli şəhəri uğurunda döyüşüb.Rəsmi İrəvan  Ermənistanın ordu hissələrini və vəzifəli şəxslərini işğal olunmuş Azərbaycan ərazilərinə göndərməkdə davam edir. Ermənistan Silahlı qüvvələrinin Baş Qərərgahının Kəşfiyyat idarəsinin rəisi, general mayor Arakel Martikyan bu gün  raket zərbəsi nəticəsində məhv edilib. Azərbaycan tərəfi bu əməliyyatı Tovuz döyüşləri zamanı şəhid olan genelar Polad Həşimovun qisası hesab edir. Düşmən ordusunun daha iki yüksəkrütbəli zabiti Xüsusi Təyinatlı Briqadanın komandiri polkovnik leytenat  Vardanyan Lernik və Ağdərə istiqamıtində  polkovnik Nikolay Mikaeloviç zərərsizləşdirilib.    

Erməni hərbi birləşmələri axşam saatlarında Tərtərin Şıxarx qəsəbəsini top atəşinə tutub. Hucum zamanı mülki şəxs olan iki qardaş həyatını itirib, 2 mülki şəxs də ağıq yaralanıb.Günün birinci yarıcında da ermənilər  bu şəhərdə bir mülki şəxsi öldürmüşdü. Dünən isə Naftalan şəhərində  evə  atılan top mərmisi  nəticəsində aralarında iki azyaşlı da olmaqla 5 nəfərdən ibarət bir ailə həlak olmuşdu.

Azərbaycanın apardığı bu antiterror əməliyyatlarına dünyadan reaksiya var. Azərbaycanın haqqlı olduğunu deyən dövlətlərlə yanaşı, Ermənistanın maraqlarını qorumağa çalışanlar da var. Həmin dövlətlərə ən ağır və layiqli cavab   Türkiyənini müdafiə naziri Hulusi Akardan gəlib. O, Azərbaycandan atəşkəs tələb edən ölkə başçılarına sərt cavab verib.

“Sülh yolu ilə həllə çağırış edənlər, “dərhal atəşkəs” istəyənlər, dialoqu indi xatırlayanlar, Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ işğal altında olarkən, Xocalıda minlərlə günahsız insan vəhşicəsinə, haqq-hüquq tanımadan, uşaq, qadın və yaşlı demədən qətlə yetirilərkən, 30 ildir milyonlarla insanın evindən, yurdundan didərgin düşərkən harada idilər? Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər “bir millət, iki dövlət” prinsipinə əsaslanır. Kədərdə də, sevincdə də daim bərabərik. Bu gün doğma torpaqlarını qorumaqda azərbaycanlı qardaşlarımızın yanındayıq. Ermənistan dərhal hücumları dayandırmalı, xaricdən gətirdiyi muzdluları, terrorçuları geri göndərməli və Azərbaycanın işğal edilmiş torpaqlarını boşaltmalıdır. Beləliklə, atəşkəs, sülh və sabitlik təmin edilməlidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdaoğan isə  Azərbaycanın haqq davasını Böyük Britaniyanın Baş Naziri Boris Consonla telefon danışığında müzakirə edib. Ərdoğan bölgədə sülhün  bərqərar olması üçün Ermənistanın Dağlıq Qarabag və ətrafdakı rayonlardan çıxmalı olduğunu bildirib. Türkiyə Prezidentinin bu gün münaqişə barəsində danışdıqları isə hətta Amerika mətbuatının da gündəmində yer tutudu. Ərdoğan bir daha Azərbaycanın haqqını qorudu.

“Dağlıq Qarabağın işgalına artıq son verilməlidir. Ermənistan işgal etdiyi topraqları  tərk etməklə  həm də bölgəyə sülh gələcək. Bunun xaricində bütün dünyanın təklifləri sadəcə haqsız olmaqla qalmayacaq eyni zamanda Ermənistanı şımartmaya davam edəcək. Yaşanan bütün  hadisələr bir fürsətə yol açıb.Bu fürsət  ən yaxşı formada dəyərləndirilməlidir. Xüsusiylə Minsk qrupu deyilən Amerika, Rusya və Fransa tərəfindən. Onlar  bugünə qədər  30 ildir problemi həll etmədilər. Problemi həll etmək üçün heç bir şey etmədilər. İndi İlham Əliyev onlardan icazə almalıdırmı? Azərbaycan işğal etdiyi torpaqlarını azad etməlidir.”

 Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistana xəbərdarlıq edərək təxribatçı hərəkətlərdən əl çəkməyə və işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməyə çağırmışdı. İlham Əliyev antiterror əməliyyatlarına başlayanda da dünya birliyinə xitabən 30 ildir sizin danışıqları gözlədik. Amma münaqişə həll edilmədi, əksinə Ermənistan aqressiv siyasətini daha da gücləndirdi dedi. Azərbaycan haqq davasını davam etdirir. Günaztv olaraq, Azərbaycan ordusunun apardığı əks hücum əməliyyatları barədə sizi  məlumatlandırmaqda davam edəcəyik.

Qənirə Ataş,GÜNAZTV,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19

gun az article

Milli fəal Sara Turi Təbrizdə həbs edilib

2020-10-19

gun az article

"Həsrət körpüsü"nün işğaldan azad edilməsi münasibətilə Tikab əhalisi atəşfəşanlıq edib- VİDEO

2020-10-19

gun az article

İranın təhlükəsizlik qüvvələri rəştli fəallara təzyiq göstərir: İbrahim Gənci həbs edilib

2020-10-19

gun az article

Milli fəal Hüseyn Balaxani 500 milyon tümənlik ağır mülki vəsiqə ilə müvəqqəti azadlığa buraxılıb

2020-10-19

gun az article

Güney azərbaycanlı milli fəal Hüseyn Əmirhicri Təbrizdə tutulub

2020-10-19

gun az article

Rəşt türkləri İranın Ermənistana dəstəyinə etiraz ediblər- FOTO

2020-10-19

gun az article

İranın Ermənistana çörək göndərməsi Güney Azərbaycanda çörək qıtlığına səbəb olub- VİDEO

2020-10-19

gun az article

GünazTV Oct.18.2020: Azərbaycan ordusunun və Güney Azərbaycanın qələbələri.

2020-10-19

gun az article

Təbriz: "Azərbaycan milləti bu zillətlə barışmayacaq, Nurduz gərək bağlana!"- VİDEO

2020-10-18

gun az article

Təbrizdə minlərlə insan birlikdə "Nurduz sərhədi bağlanmalıdır" şüarları səsləndirib- VİDEO

2020-10-18

gun az article

Təbrizdə və Tehranda Qarabağa dəstək aksiyaları keçirilib - FOTOLAR və VİDEOLAR

2020-10-18

gun az article

Güney Azərbaycanda kütləvi həbslərə başlanılıb

2020-10-18

gun az article

Təbrizdə etirazlar: "Ermənini dəstəkləmək cinayətdir"- VİDEO

2020-10-18

gun az article

Təbrizdə Qarabağın azadlığı əməliyyatına dəstək və Nurduzun bağlanması tələbi ilə aksiyalar başlayıb

2020-10-18

gun az article

İran polisi Araz çayının kənarında toplaşan güney azərbaycanlıları döyərək dağıdıb- VİDEO

2020-10-18

gun az article

Güney Azərbaycanlıların İran hökumətinin işğalçı Ermənistan rejiminə hərbi dəstəyinə qarşı etirazlar ərəfəsində 3 milli fəal həbs edilib

2020-10-18

gun az article

GünazTV Oct.17.2020: ermənistan Gəncədə siviləri vurdu

2020-10-18

gun az article

GünazTV Oct.17.2020 : “Ermənistan Gəncə və Mingəçevir şəhərlərinə raketlə hücum etdi.

2020-10-17