GünazTV Sep.30.2020 : “Vətən müharibəsinin ücüncü günündə yaşananlar!”

2020-09-30 20:35

“Vətən müharibəsinin ücüncü günündə yaşananlar!”

Gunaz.tv Quote | Gunaz article

“Vətən müharibəsinin ücüncü günündə yaşananlar!

   Azərbaycan ordusu Vətən Müharibəsinin 3-cü günündə də düşmən ordusuna ağır zərbələr endirməkdə davam edir. Əməliyyatın birinci günündə Azərbaycan xalqı cəbhədən ildırım sürətli müharibə gözlədiyi halda, gələn xəbərlər və ordumuzun  texniki addımları göstərdiki bu sürətli müharibədən daha çox, az itkilərə hesablanmış nisbətən uzunmüddətli  müharibə ola bilər. 30   ildir Rusiyanın və İranın köməkliyi ilə Dağlıq Qarabağ və işğal edilmiş ərazilərdə kök atmağa çalışan  ermənilər burda özlərinə istehkamlar qurub.Bu gün Azərbaycan ordusunun ilk işi həmin istehkamları bir-bir yarmaqdır.Təbii Azərbaycan münaqişədə haqqlı tərəf olmaqla yanaşı həm də güclü olandır. İstər psixoloji istərsə də maddi texniki baza baxımından. Amma Ermənistanın havadarı olan Rusiya İran vasitəsi ilə düşmənimizi silahla təmin etməkdə davam edir. Digər bir əsas element isə BMT Təhlükəsizlik Şurasının  4 qətnaməsidir.Həmin qərarda  da Ermənistanın qeyd şərtsiz Azərbaycan torpaqlarından çıxmaları tələb olunur.

Qayıdaq Müharibəyə. Sentyabrın 28-dən 29-na keçən gecə bütün cəbhə boyu gərgin döyüşlər davam edib. Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərib. Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq düşmənin bütün cəhdlərinin qarşısını dərhal alıb. Gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətdə yerləşən qoşunlarımız tərəfindən məhv edilib. Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində səhər saatlarında yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə məhv edilib. Ermənistan ordusu gün ərzində Daşkəsən bölgəsini Ermənistanın Vardenis rayonundan artilleriya atəşinə məruz qoyub. Azərbaycan ordusu həmən istiqamətə adekvat raket atəşi ilə Ermənistan tərəfi susdurub.İşğal olunmuş torpaqlarımız uğurunda döyüşən ordumuz, Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu  ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayını da darmadağın edib. Bunu Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.O, qeyd edib ki, canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan Ermənistan ordusunun alayı tam dağıdılıb.Müdafiə Nazirliyi həmçinin bildirir ki, Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan Cəbrayıl rayonu ərazisində məhv edilib. Erməni ordusunun hərbi hissəsinin mühəndis alayının komandiri Spartak Koçaryan da öldürülüb. Alay Eçmiadzin rayonunda yerləşdirilbmiş və işğal olunmuş ərazilərdə döyüşlərə cəlb olub. Bu gün həm də Ermənistan silahlı qüvvələri bölmələrinin “Uraqan” yaylım atəş sistemi  məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Eyvazov bildirib.

Ermənistan rəhbərliyinin  Dağlıq Qarabağa cəlb etdiyi muzdlu əskərləri gətirən avtobus da   döyüş zonasında zərəsizləşdirilib. Erməni komandanlığı hər kəsə müraciət edərək ölən və yaralıların təxliyə edilməsi üçün nəqliyyat vasitələri ilə kömək edilməsini istəyib. İşğal olunmuş Xankəndinin əhalisi kütləvi surətdə İrəvana göndərilir. Rusiyanın “İzvestiya” qəzetinin müxbiri bu barədə məlumat yayıb.  Onu da əlavə edək ki, Azərbaycan ordusu hələ bu anadək heç bir mülki insana atəş açmayıb. Düşmən isə bunun əksini edir. Erməni separatçıları  Cəbrayıl rayonunda mülki insanların yaşadığı əraziləri atəşə tutub.Cocuq Mərcanlı kənd sakini, 2006-cı il təvəllüdlü Həziyev Hilal İlqar oğlu kənd ərazisində qoyun otararkən erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində baş nahiyəsindən qəlpə yarası xəsarəti alaraq xəstəxanaya aparılıb.Ermənilər ərazidə işləyən yerli və xarici jurnalistləri də atəşə məruz qoyublar. Azərbaycanın İTV-nin maşını atılan atəşdən yanıb. Azərbaycan ordusundan şəhidlər də var. Azərbaycanın üç rəngli bayrağına bürünən əskər tabutları “Şəhidlər ölməz, vətən bölünməz” şüarları ilə dəfn edilir. Şəhid qarşılayan analarımız isə övladlarının vətən qarşısındakı borcunu yerinə yetirdiyini deyərək, vətən sağolsun söyləyir. Azərbaycanın haqq davasına dəstək olan Pakistan  bu mövqeyini bir daha bildirdi. Pakistanın Azərbaycana gələn yeni səfiri Prezident İlham Əliyevə dedi ki, ölkəsinin qəlbi Azərbaycanla və Qarabağda döyünür.

  Prezident Ilham Əliyev bu gün həm də  Rusiya televiziyasına verdiyi müsahibədə Ermənistanın yalan informasiyalar yaydığını bir daha vurğuladı. Azərbaycan Prezidenti ordumuzun Türkiyəyə məxsus F16 qırıcılarından istifadə etməsi barədə iddiaları fake-xəbər adlandırdı. Daha bir yalan xəbər isə Suriyalı muzdluların Azərbaycana cəlb edilməsi idi. Azərbaycana ən böyük dəstək olan Türkiyə  bu gün də yanımızda olduğunu bəyan etdi. AK partiyanın sözcüsü  Ömər Çelik jurnalistin Türkiyə Azərbaycana əskər göndərəcəkmi sualına belə cavab verdi.

Rusiya Prezidenti Vladimir Putin isə Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.Erməni tərəfinin təşəbbüsü ilə baş tutan görüşdə Dağlıq Qarabağdakı son vəziyyət müzakirə edilib. Putin davam edən hərbi əməliyyatlardan narahat olduğunu dilə gətirib. Tərəflərin atəşi dayandırmaq məqsədi ilə tədbirlər görməyə təcili ehtiyac olduğunu qeyd edilib. Amerika Birləşmiş Ştatllarının Dövlət Katibi Mayk Pompeyo da bu barədə danışaraq tərəfləri şiddəti dayandırmağa və danışıqlar masasına qayıtmağa cağırıb.  Beləliklə Azərbaycan haqq davasını davam etdiriri. Ordumuz cəbhədə antiterror əməliyyatıarı aparır. Bəzi dövlətlər münaqişəni dondurulmuş vəziyyətə qaytarmağa cəhd etsələr də Azərbaycanın dostları bizim yanımızdadır. Dost və qardaş Cənubi Azərbaycanda olan soydaşlarımız isə Rusiyanın İran ərazisindən istifadə etməklə Ermənistana göndərdiyi hərbi karvandan birini sıradan çıxardıqlarına dair məlumat yayıblar.Cənubdakı soydaşlarınmız eyni zamanda İranın Ermənistanın mövqeyini dəstəkləməsinə etiraz edirlər.

Qənirə Ataş,GÜNAZTV, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.30.2020 : Qarabağ Cəbhəsində son vəziyyət və İranın müdaxilə cəhdi ,Azərbaycanın Vətən Müharibəsində İran və Rusiyanın mövzei

2020-10-31

gun az article

GünazTV Oct.30.2020-Azadlıq Səsi: Güclü Azərbaycan ordusu və bölgəsəl sabitlik.

2020-10-31

gun az article

GünazTV Oct.30.2020 : “Amnesty International Ermənistanın Bərdəyə istifadəsi qadağan olunmuş kasetli raketlər atdığını təsdiqləyib”

2020-10-30

gun az article

Azərbaycanlı universitet müəllimi: "Zəngilanın azad edilməsi Güney Azərbaycanda böyük ruh yüksəkliyinə səbəb olub"

2020-10-30

gun az article

Təbrizdə İranın Güney Azərbaycana qarşı müstəmləkəçilik siyasətinə qarşı divarlara etiraz şüarları yazılıb- FOTO

2020-10-30

gun az article

‍Ərdəbilin Ciral parkında tutulan bütün milli fəallar müvəqqəti azadlığa buraxılıb

2020-10-30

gun az article

GünazTV Oct.27.2020-Sözümüz: İran Məclisi Və Güney Azərbaycan Məsələləri

2020-10-30

gun az article

GünazTV Oct.29.2020- Düşünməyə Çağırı: Azərbaycan və Qarabağ Savaşı

2020-10-30

gun az article

GünazTV Oct.29.2020 : Oktyabrın 28-i Azərbaycan üçün asan olmadı.

2020-10-29

gun az article

Paniranistlər yenidən Təbrizdə yerləşən "Təkəmçilər" heykəlini dağıdıblar- FOTO

2020-10-29

gun az article

Fəal Məqsud Bağıri Gülzar 300 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azad edilib

2020-10-29

gun az article

GünazTV Oct.28.2020: Qarabağ azadlıqı Dünya mediasında , erməni cinayətləri- Pan-İranizm'in himayəti.

2020-10-29

gun az article

GünazTV Oct.28.2020 : "Ermənistan hərbi cinayət edərək mülki insanlara raket hücumu etdi"

2020-10-28

gun az article

Ərdəbildə Qarabağa dəstək olan fəalların tutulmasına etiraz olaraq divarlara şüarlar yazılıb

2020-10-28

gun az article

Fəal Mehdi Nikazərə qarşı ittihama xitam verilib

2020-10-28

gun az article

GünazTV Oct.27.2020-Özümüz: Kuroş

2020-10-28

gun az article

GünazTV Oct.27.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İranın tutumu

2020-10-28

gun az article

Hərbi tibb qulluqçusu Arəstə xanım yaralı hərbçilərimizi döyüş meydanından çıxaran zaman şəhid olaraq, Azərbaycan Vətən Müharibəsinin ilk xanım şəhidi oldu.

2020-10-27

gun az article

Ermənistanın Baş Naziri Nikol Pasinyan xalqina muraciet etdi.

2020-10-27

gun az article

GünazTV Oct.27.2020 : “Azərbaycan Prezidentinin xalqa müraciətində vacib mesajlar verdi.”

2020-10-27