Güney Azərbaycan əyalətlərində “Covid-19”la bağlı son vəziyyət

2020-09-07 14:38

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində 398 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Gunaz.tv Quote | Gunaz article

Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının müavini İrəc Mühibbinin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 171 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

Mühibbi Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 891 nəfərə çatdığını bildirib.

“İnfeksiyaya yoluxanlardan 108 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 30 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə o qeyd edib.

 

 

Zəncan əyalətində isə Tibb Universitetinin rektoru Pərviz Qızılbaşın verdiyi məlumata əsasən, bu günə kimi 10 min 141 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alıb.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 15 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 2 nəfər isə bu xəstəlikdən dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 445 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 843 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 293 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.

 

 

Güney Azərbaycanın Ərdəbil əyalətində son bir sutka ərzində 38 yeni koronavirusa yoluxma halı aşkarlanıb, daha 3 nəfər xəstəlikdən vəfat edib.

Bu barədə məlumat yayan Ərdəbil Tibb Universiteti rektoru Şəhram Həbibzadə deyib ki, son bir gün ərzində 34 nəfər xəstəlikdən sağalaraq evə buraxılıb.

Hazırda isə Ərdəbil əyalətinin xəstəxanalarında 220 nəfər müalicəsini davam etdirir və onlardan 54 nəfərinin vəziyyəti ağırdır” –deyə, Həbibzadə bildirib.

 

 

Şərqi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Sominin verdiyi məlumata əsasən, hazırda koronavirusa yoluxan 780 nəfər Şərqi Azərbaycan xəstəxanalarında müalicə alır. Onlardan 110 nəfəri süni tənəffüs aparatına bağlıdır.

O, son 24 saatda daha 200 nəfərin koronavirusa yoluxduğunu, 4 nəfərin bu xəstəlikdən öldüyünü bildirib.

Somi əlavə edib ki, Şərqi Azərbaycan əyalətində koronavirus infeksiyasına yoluxanların sayı 30 min  nəfərə çatıb. Yoluxanlardan 4.5 faizi dünyasını dəyişib.

 

 

Güney Azərbaycanın Qəzvin əyalətində də koronavirusa yoluxanların ümumi sayı 8 min 879 nəfərə çatıb. 

 

 

Həmədan əyalətində isə dünən verilən məlumata əsasən, COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 3 min 739 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 497 nəfərə çatıb.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.23.2020-Azadlıq Səsi: Qarabağda son durum və Güneydə həbs edilən milli-mədəni fəallar

2020-10-24

gun az article

GünazTV Oct.23.2020 : Qarabağ Muharibəsində Məğlub ermənistanın Son Durumu ,Azərbaycanın Zəfəri və Qarabağın Gələcəyi

2020-10-24

gun az article

Milli fəallar azadlığa çıxan Zeynal Tənhayi ilə görüşüblər

2020-10-23

gun az article

Güney azərbaycanlı 10 xanım fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-23

gun az article

Ərdəbilin petrokimya zavodunun işçiləri 7 aydır əməkhaqqı ala bilmirlər

2020-10-23

gun az article

Əhməd Obalı Amerika Radiosuna Güney Azərbaycanın Quzey Azərbaycan ordusuna dəstəyilə bağlı müsahibə verib

2020-10-23

gun az article

GünazTV Oct.22.2020-Sözümüz: Qarabağ Savaşı və Milli Oyanış

2020-10-23

gun az article

GünazTV Oct.22.2020- Düşünməyə Çağırı: Türkistandan Qarabağa

2020-10-23

gun az article

GünazTV Oct.22.2020 : “Paşinyan müharibə istəyir. Bu halda rəsmi Bakının addımları nə olacaq?”

2020-10-22

gun az article

Son etirazlarda tutulan 66 fəalın adı məlum olub

2020-10-22

gun az article

Milli fəal Əli Əzizinin məhkəmə iclası keçirilib

2020-10-22

gun az article

Xanım Həkimə Əhmədi mülki vəsiqə qərarına rəğmən, məhkəmədən Təbriz zindanına aparılıb

2020-10-22

gun az article

Bir qrup milli fəal müvəqqəti azadlığa buraxılan Səccad Colani ilə görüşüb

2020-10-22

gun az article

Milli fəallar Təbriz həbsxanasında aclıq aksiyasına başlayıblar

2020-10-22

gun az article

İranın Ermənistana dəstəyinə qarşı keçirilmiş etirazlarda tutulan xanımlardan bəzilərinin adları məlum olub

2020-10-22

gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21