Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-16 16:45

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində 471 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Gunaz.tv Quote | Gunaz article

Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 187 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayı isə 939 nəfərə çatıb.

“İnfeksiyaya yoluxanlardan 128 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 32 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə açıqlamada bildirilib.

 

 

Zəncan əyalətində isə Tibb Universitetinin rektoru Pərviz Qızılbaşın verdiyi məlumata əsasən, bu günə kimi 10 min 602 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alıb.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 14 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 2 nəfər isə bu xəstəlikdən dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 464 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 3 min 11 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 317 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.

 

 

Güney Azərbaycanın Ərdəbil əyalətində son bir sutka ərzində 18 yeni koronavirusa yoluxma halı aşkarlanıb, daha 6 nəfər xəstəlikdən vəfat edib.

Bu barədə məlumat verən Ərdəbil Tibb Universiteti rektoru Şəhram Həbibzadə deyib ki, Ərdəbil əyalətinin xəstəxanalarında 214 nəfər müalicəsini davam etdirir. Onlardan 58 nəfərinin vəziyyəti ağırdır.

 

 

Həmədan əyalətində də COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 3 min 948 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 521 nəfərə çatıb.

 

 

Qəzvin Tibb Universitetinin rektoru Peyman Namdarın verdiyi məlumata əsasən, bu əyalətdə COVID-19 virusuna yoluxan 318 nəfər müalicəsini davam etdirir və onlardan vəziyyəti ağır olan 65 nəfəri reanimasiya şöbələrində saxlanılır.

O həmçinin keçən gün daha 28 nəfərin koronavirusa yoluxduğunu, 4 nəfərin isə bu xəstəlikdən öldüyünü bildirib.

 

  

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Sep.23.2020: İranda dil tədrisinin vəziyyəti: Fars dili vacib, Çin dili müstəhəb, Türk dili isə haramdır

2020-09-23

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-23

gun az article

Zəncanda 65 min nəfər şəhərətrafı məhəllələrdə yaşayır

2020-09-23

gun az article

Güney azərbaycanlı milli fəal Cəfər Rüstəmirad azadlığa buraxılıb

2020-09-23

gun az article

Şəbistərdə ağır yol qəzası: 1 nəfər ölüb

2020-09-23

gun az article

Qərbi Azərbaycanın yerli olmayan valisi əyalətin təhlükəsizlik işlərini kürdlərə tapşırıb

2020-09-23

gun az article

Həbsdə olan milli fəal Əlirza Fərşi yeni korpusa köçürülüb

2020-09-23

gun az article

GünazTV Sep.22.2020-Özümüz: Məşrutəçilik Düşüncəsi

2020-09-23

gun az article

GünazTV Sep.22.2020 -GÜNDƏM MASASI: İranda rejimin media üzərindən yürütdüyü siyasət

2020-09-23

gun az article

GünazTV Sep.22.2020 : “Dalana dirənən İran! Vaşinqton rəsmi Tehrana qarşı təzyiq siyasətini sonadək qoruyacağını açıqladı”

2020-09-22

gun az article

Şərqi Azərbaycanda hər gün 7 nəfər koronavirusdan ölür

2020-09-22

gun az article

Qızılözən çayı ətrafında yaşayan nadir heyvanın nəsli kəsilməkdədir

2020-09-22

gun az article

Güney Azərbaycanda növbəti ətraf mühit faciəsi: Zəncanda minlərlə balıq tələf olub

2020-09-22

gun az article

Təbrizdə baş verən yol qəzasında 2 nəfər ölüb

2020-09-22

gun az article

Şərqi Azərbaycan əyalətində davada xəsarət alanların sayı artıb

2020-09-22

gun az article

GünazTV Sep.21.2020: PARLAQ GƏLƏCƏK: Tetik Mexanizmi'nin Tə'sirləri

2020-09-22

gun az article

Təbriz Universitetində türk dili və ədəbiyyatı üzrə təhsil alan ilk tələbələr məzun olub + GÖRÜNTÜ

2020-09-21

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-21

gun az article

İran rəsmisi Muğanda neft yataqlarının axtarışına başlanacağını açıqlayıb

2020-09-21

gun az article

Həbsə məhkum edilən 2 milli fəalın məzuniyyəti uzadılıb

2020-09-21