Güney Azərbaycanda koronavirus MƏNZƏRƏSİ: 6 vilayətdə yoluxma artdı, 1 kənd karantinə alındı

2021-03-22 14:44

Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxma hallarında artım davam edir. Qəzvin, Həmədan, Ərdəbil, Zəngan, Qərbi və Şərqi Azərbaycan əyalətlərində virusa yoluxma halları çoxalıb.

Gunaz.tv Quote | Gunaz article

Xiyavda (Meşgin) daha bir nəfərin koronavirusun Britaniya ştammına yoluxub. Bununla da Ərdəbil əyalətində mutasiyaya uğramış virusa yoluxanların sayı 12 nəfərə yüksəlib.

Ərdəbil Tibb Elmləri Universitetinin rektoru Şəhram Həbibzadənin verdiyi məlumata görə, hazırda Ərdəbildə 148 nəfər COVİD-19 xəstəliyi səbəbindən xəstəxanalarda müalicə olunur. Onlardan 51 nəfəri vəziyyətlərinin ağır olduğuna görə reanimasiya şöbələrində yerləşdirilib. Ötən gün ərzində isə daha 25 xəstə COVİD-19 diaqnozu ilə xəstəxanalara qəbul edilib.

Ş.Həbibzadə martın 21-i axşam saatlarına kimi Ərdəbil əyalətində koronavirusdan ölənlərin ümumi sayının 1434 nəfər olduğunu deyib.

Urmu Tibb Elmləri Universitetinin rektoru Cavad Ağazadə bu gün, martın 22-i mətbuata verdiyi müsahibədə ötən 24 saat ərzində əyalətdə 78 nəfərin COVİD-19 virusuna yoluxma diaqnozu ilə xəstəxanalara yerləşdirildiyini bildirib. O, bununla da əyalət xəstəxanalarında hazırda koronavirus xəstəliyinə görə müalicə alanların ümumi sayının 474 nəfərə yüksəldiyini vurğulayıb.

Rektorun bildirdiyinə görə xəstələrdən 147 nəfər reanimasiya şöbələrinə yerləşdirilib, 33 nəfər isə durumlarının daha ağır olduğuna görə süni tənəffüs aparatına qoşulub. 

Ağazadə ötən gecə bir xəstənin vəfat etdiyini və bununla da pandemiyanın başladığından bu günə kimi əyalətdə koronavirus qurbanlarının sayının 3722 nəfərə çatdığını açıqlayıb. 

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətində bu günə kimi koronavirusa yoluxanların ümumi sayı 119 min 383 nəfərdir.

Zəngan (Zəncan) Tibb Elmləri Universitetinin rektoru Pərviz Qızılbaş bir neçə gündür gündəlik ortalama 25 xəstənin xəstəxanalara yerləşdirildiyini və müalicə altında olan yoluxanların sayının 130-140 arası dəyişdiyini deyib. O, pandemiya başlayandan martın 21-ə kimi əyalətdə 49 min 981 nəfərin COVİD-19-a yoluxduğunu açıqlayıb.

Qeyd edək ki, bu gün Zəngan əyalətinin Tarım bölgəsinin Zəhtərabad kəndi karantinə alınıb. 

Buna səbəb kənd sakinlərindən ikisində koronavirusun Britaniya ştammının aşkarlanması olub.

Qəzvin Tibb Elmləri Universitetinin müalicə bölməsinin rəhbəri Əliəkbər Kərəmi son sutkada virusa yoluxan 43 yeni xəstənin xəstəxanaya yerləşdirildiyini bildirib.  Əyalət xəstəxanalarında müalicə olunan COVİD-19 xəstələrinin sayının 201-ə çatdığını, onlardan 20 nəfərinin süni tənəffüs aparatına qoşulduğunu qeyd edib.

Bu günə kimi Qəzvin əyalətində 33 min 681 nəfər koronavirusa yoluxub. Onlardan 1342 nəfər dünyasını dəyişib.

Həmədan Tibb elmləri Universitetinin rektoru Məhəmməd Tahiri son 2 ölüm faktı ilə əyalətdə koronavirus qurbanlarının ümumi sayının 555 nəfərə çatdığını deyib.

Tahiri 24 saat ərzində 248 nəfərin koronavirus infeksiyası şübhəsi ilə yoxlanıldığını və onlardan 40 nəfərinin xəstəxanaya yerləşdirildiyini söyləyib. Onun sözlərinə görə, pandemiyanın başlamasından bu günə kimi Həmədan əyalətində xəstəxanalara yerləşdirilən COVİD-19 xəstələrinin sayı 10 min 648 nəfər olub. 

Tahiri reanimasiya şöbələrində yerləşdirilənlərdən 16 nəfərinin durumunun çox ağır olduğunu qeyd edib. Şərqi Azərbaycan Tibb Elmləri Universitetinin Səhiyyə üzrə vitse-prezidenti Abbasəli Dürüsti əyalətdə koronavirusa yoluxma hallarının artdığını, durumun təhlükəli olduğunu deyib. 
O, bu günkü yoluxma sayı ilə açıqlama verməyib. 

Dürüsti Əcəbşer və sarab şəhərlərində yoluxma hallarının çoxaldığını, hər iki şəhərdə durumun kritik olduğunu və vətəndaşların bu şəhərlərə səfərlərinin riskli olduğunu bildirib.
 

C.E

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17

gun az article

Milli fəal Davud Şiri məhkəməyə çağrılıb

2021-05-17

gun az article

Güney Azərbaycanda mədən işçiləri tətilə başladı

2021-05-17

gun az article

Həbs müddəti bitən Həmid Mənafi sürgünə göndərilir

2021-05-17

gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15

gun az article

PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15