Güney Azərbaycanda COVİD-19 fəlakəti: Yoluxma və ölüm sayı yenə artdı

2021-04-05 16:05

Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxma və ölüm halları kəskin artıb.

Gunaz.tv Quote | Gunaz article

Məlumata görə, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəngan, Qəzvin və Həmədan əyalətlərində COVİD-19-a yoluxma və bu xəstəlik səbəbindən ölüm halları ötən günlərlə müqayisədə bir neçə dəfə çoxalıb.

Qərbi Azərbaycan əyalətinin Tibb Elmləri Universitetinin rektoru Cavad Ağazadənin bu gün mətbuata verdiyi məlumata görə, son 24 saat ərzində 719 nəfərdə koronavirus aşkar edilib. Onlardan bir neçəsi xəstəxanaya yerləşdirilib.

Ağazadə hazırda əyalət xəstəxanalarında müalicə alan COVİD-19 xəstələrinin sayının 660 nəfər olduğunu, onlardan 167 nəfərin reanimasiya şöbələrində müalicə aldığını və 42 nəfərin süni tənəffüs aparatına qoşulduğunu bildirib.

Son sutkada 15 nəfərin öldüyünü deyən rektorun sözlərinə görə, bununla da Qərbi Azərbaycan əyalətində koronavirus səbəbindən ölənlərin ümumi sayının 3 min 802 nəfərə çatıb. 

O, əyalətdə koronovirusun 4-cü dalğasının başladığını və bunun öncəki mərhələdən daha təhlükəli olacağını qeyd edib.
  
Şərqi Azərbaycan Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Sominin mətbuata verdiyi məlumatda yoluxma sayının artdığı bildirilir. Onun sözlərinə görə, son sutka ərzində əyalətdə yoluxma sayı 700-dən yuxarı olub. O, dördüncü dalğanın başladığını, 300 nəfərin koronavirusun Britaniya ştammına yoluxduğunu bildirib.

Qeyd edək ki, son günlər, özəlliklə bayram tətillərindən sonra Güney Azərbaycan əyalətlərinin əksəriyyətində COVİD-19 infeksiyasına yoluxma sayında ikiqat artım müşahidə edilib. 

Vaksin çatışmazlığı və mövcud olan vaksinlərin hökumətin məsləhət bildiyi şəxslərə ayrılması durumu daha da çətinləşdirib və adi vətəndaşların həyatını təhlükə qarşısında müdafiəsiz qoyub.

Misal üçün son bir neçə həftə ərzində 4 milyondan çox əhalisi olan Şərqi Azərbaycan əyalətində yalnız 5 min nəfərə vaksin vurulub.


C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12

gun az article

Milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib

2021-05-12

gun az article

Salmasda cinayətkar dəstənin üzvləri həbs olunub

2021-05-12

gun az article

Məzuniyyət müddəti bitən syasi məhbus Əlirza Fərşi həbsxanaya qayıdıb

2021-05-12

gun az article

Parsabadda həbslər: Bələdiyyə məmurları saxlanıldı

2021-05-12

gun az article

"Keçmişdən günümüzə Güney Azərbaycan”-Türkiyədə konfrans keçiriləcək

2021-05-12

gun az article

Güneydə tarixi abidələrə qarşı vandalizm: Vərziğanda 700 illik tarixi məzar daşları dağıdılıb-VİDEO

2021-05-12

gun az article

Urmu gölünə su buraxılmayacaq-Mühafizə Şurası qərar verdi

2021-05-12

gun az article

Futzal üzrə İran Premyer Liqası: Azərbaycan klubu çempion ola bilər

2021-05-12

gun az article

GünazTV May.11.2021-Özümüz: Urartular

2021-05-11

gun az article

GünazTV May.11.2021-GÜNDƏM MASASI: İranda Azərbaycan Türklərinin sıxşdırılması

2021-05-11

gun az article

Təbrizdəki tarixi məzarlıq dağıdılır: Sufi şeyxlərinin qəbirləri məhv edilib

2021-05-11

gun az article

"Türkiyə ilə əlaqələrin genişlənməsinə çalışırıq"- Şərqi Azərbaycan valisi

2021-05-11

gun az article

Neft qazma qurğuları Əhvazdan Muğana köçürülür

2021-05-11

gun az article

Güney Azərbaycanda tarixi abidələri sərhəd qoşunları mühafizə edəcək

2021-05-11

gun az article

Şərqi Azərbaycanda universitet məzunlarının 46 faizi işsizdir

2021-05-11