Güney Azərbaycan imam cümələri Qarabağda gedən əməliyyatlarla bağlı birgə bəyanat yayıb

2020-10-01 11:14

Güney Azərbaycanın 4 əyalətinin imam cüməsi birgə bəyanat yayaraq Azərbaycan ordusunun işğal altındakı torpaqların azad edilməsi uğrunda apardığı əməliyyatlara münasibət bildiriblər.

Gunaz.tv Quote | Gunaz article

Əli Xamneyinin Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan və Ərdəbil əyalətlərindəki təmsilçiləri ictimai rəyin təzyiqi altında Azərbaycan ordusunun əməliyyatlarını dətəkləməyə məcbur olublar.

 

“Şübhə yoxdur ki, Dağlıq Qarabağ Azərbaycana məxsusdur və işğal altında olan torpaqlar Əhli-beyt ölkəsi olan Azərbaycana qaytarılmalıdır. Azərbaycan hökuməti bu torpaqları geri almaq üçün tamamilə qanuni və dini qaydalar çərçivəsində hərəkət edib və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini həyata keçirmək niyyətindədir,” – deyə bəyanatda bildirilib.

 

Tehranın Ermənistana göstərdiyi dəstəyi inkar edən imam cümələr bunu “iki ölkənin dostluq münasibətinin düşmənləri” tərəfindən aparılan təbliğat adlandırıblar.

 

Bəyanatda həmçinin qeyri-ciddi iddialara yer verilib. Belə ki, Ə.Xamneyinin təmsilçiləri Qarabağın işğalı ərəfəsində gedən döyüşlərdə “İranın dəstəyi olmasaydı işğal Bakıya qədər uzanardı” iddiasını irəli sürüblər.

 

Qeyd etmək lazımdır ki, Azərbaycanın Dağlıq Qarabağı erməni işğalından azad etməyə başlamasının ilk günlərindən İran Ermənistana göstərdiyi dəstəyi dəfələrlə artırıb. Ötən günlər ərzində Rusiyadan Ermənistana göndərilən yüzlərlə "Kamaz"ın İran ərazisindən keçərək, silah-sursat və hərbi texnikanı Ermənistana çatdırmasına dair çoxlu sayda video və fotolar yayılıb.

 

Həmçinin Güney Azərbaycan Televiziyasının əldə edə bildiyi sənədlərə əsasən, İran rejiminin son günlər ərzində Ermənistana yüzlərlə tankerdə aviasiya yanacağı, benzin və dizel yanacağı göndərdiyi müşahidə edilir.

 

Neçə gün əvvəl, İran parlament spikerinin keçmiş müavini Əli Mütəhhəri İran Xarici İşlər Nazirliyini “Azərbaycanla Ermənistan arasında əvvəlki müharibədə olduğu kimi etnik narahatlıqlara görə ermənilərin tərəfində yer almamağa” çağırıb.

 

“Sadəcə atəşkəs istəmək və müzakirə çağırışı etmək yetərli deyil. Kimin haqlı olduğunu görmək lazımdır. Bizim vəzifəmiz kimin bu müharibədə haqlı olduğunu bilməkdir,” – deyə Mütəhhəri öz Twitter səhifəsində yazıb.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.30.2020 : Qarabağ Cəbhəsində son vəziyyət və İranın müdaxilə cəhdi ,Azərbaycanın Vətən Müharibəsində İran və Rusiyanın mövzei

2020-10-31

gun az article

GünazTV Oct.30.2020-Azadlıq Səsi: Güclü Azərbaycan ordusu və bölgəsəl sabitlik.

2020-10-31

gun az article

GünazTV Oct.30.2020 : “Amnesty International Ermənistanın Bərdəyə istifadəsi qadağan olunmuş kasetli raketlər atdığını təsdiqləyib”

2020-10-30

gun az article

Azərbaycanlı universitet müəllimi: "Zəngilanın azad edilməsi Güney Azərbaycanda böyük ruh yüksəkliyinə səbəb olub"

2020-10-30

gun az article

Təbrizdə İranın Güney Azərbaycana qarşı müstəmləkəçilik siyasətinə qarşı divarlara etiraz şüarları yazılıb- FOTO

2020-10-30

gun az article

‍Ərdəbilin Ciral parkında tutulan bütün milli fəallar müvəqqəti azadlığa buraxılıb

2020-10-30

gun az article

GünazTV Oct.27.2020-Sözümüz: İran Məclisi Və Güney Azərbaycan Məsələləri

2020-10-30

gun az article

GünazTV Oct.29.2020- Düşünməyə Çağırı: Azərbaycan və Qarabağ Savaşı

2020-10-30

gun az article

GünazTV Oct.29.2020 : Oktyabrın 28-i Azərbaycan üçün asan olmadı.

2020-10-29

gun az article

Paniranistlər yenidən Təbrizdə yerləşən "Təkəmçilər" heykəlini dağıdıblar- FOTO

2020-10-29

gun az article

Fəal Məqsud Bağıri Gülzar 300 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azad edilib

2020-10-29

gun az article

GünazTV Oct.28.2020: Qarabağ azadlıqı Dünya mediasında , erməni cinayətləri- Pan-İranizm'in himayəti.

2020-10-29

gun az article

GünazTV Oct.28.2020 : "Ermənistan hərbi cinayət edərək mülki insanlara raket hücumu etdi"

2020-10-28

gun az article

Ərdəbildə Qarabağa dəstək olan fəalların tutulmasına etiraz olaraq divarlara şüarlar yazılıb

2020-10-28

gun az article

Fəal Mehdi Nikazərə qarşı ittihama xitam verilib

2020-10-28

gun az article

GünazTV Oct.27.2020-Özümüz: Kuroş

2020-10-28

gun az article

GünazTV Oct.27.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İranın tutumu

2020-10-28

gun az article

Hərbi tibb qulluqçusu Arəstə xanım yaralı hərbçilərimizi döyüş meydanından çıxaran zaman şəhid olaraq, Azərbaycan Vətən Müharibəsinin ilk xanım şəhidi oldu.

2020-10-27

gun az article

Ermənistanın Baş Naziri Nikol Pasinyan xalqina muraciet etdi.

2020-10-27

gun az article

GünazTV Oct.27.2020 : “Azərbaycan Prezidentinin xalqa müraciətində vacib mesajlar verdi.”

2020-10-27