Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi Azərbaycan prezidentinə müraciət ünvanlayıb

2020-05-20 20:14

GünAz TV: Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə Güney Azərbaycanda yaşayan Azərbaycan türklərinin hər bir şəraitdə Azərbaycan dövlətinin yanında olduğu vurğulanıb.

 

 

Güney Azərbaycan Mıllı Azadlıq Cəbhəsinin Azərbaycan Respublikasının Prezidenti Cənab ilham Əliyevə açıq müraciəti:

 

Cənab prezident!

Məlumunuzdur ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra bir çox ölkələr kimi İran da Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü rəsmi olaraq tanımışdır. Azərbaycan dövlət olaraq öz xarici siyasətini, işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu ölkələrlə, o cümlədən İranla yaxın qonşuluq və əməkdaşlıq çərçivəsində quraraq ona sadiq qalmışdır.

 

 

Azərbaycanın İranla apardığı şəffaf siyasət təəssüf ki, İran tərəfindən eyni şəkildə qarşılanmamaqdadır. Belə ki, İran Azərbaycan dövlətinin siyasi iradəsinə təsir məqsədilə Ermənistanla birlikdə Azərbaycanda əsassız etnik və dini-siyasi separatizm meyllərinin formalaşmasına dəfələrlə cəhd etmiş, həmçinin, Azərbaycan ərazilərini işğal altında saxlayan separatçı Ermənistana hərtərəfli yardım göstərmişdir.

 

 

İran Ermənistana iqtisadi dəstək vermək məqsədilə onlara Güney Azərbaycan ərazilərində də iqtisadi imkanlarının artırılması üçün şəraitin yaradımlasına cəhd etmişdir. Lakin, bir çox hallarda Güney Azərbaycanda yaşayan azərbaycanlıların kəskin etirazından sonra onlar bu planları dayandırmaq məcburiyyətində qalmışlar.

 

 

1997-ci ildə İrana səfər edən Azərbaycan prezidenti Heydər Əliyev İranın dini rəhbəri ilə görüşərkən Ermənistana bəzi dövlətlərin, o cümlədən İranın siyasi və iqtisadi dəstək verməsindən təəssüfləndiyini bildirmişdi. Azərbaycan dəfələrlə Ermənistanın işğalçı siyasətinə qarşı İranın konstruktiv mövqedən çıxış etməsini tələb etsə də, bu günə kimi bütün diplomatik cəhdlər və xəbərdarlıqlar İran tərəfindən etinasızlıqla qarşılanıb və İran israrla Ermənistanın Azərbaycana qarşı olan bu təcavüzkar siyasətinin davam etdirməsini dəstəkləməkdədir.

 

 

Azərbaycanın işğal altında olan ərazilərində Araz çayı üzərində qanunsuz olaraq körpülərin, SES-larının tikintisi, suvarma kanallarının salınması, Dağlıq Qarabağda separatçı qüvvələrin ərzaq və yanacaqla təmin olunması, işğal olunmuş ərazilərdən narkotik qaçaqmalçılığı üçün tranzit kimi istifadə olunması danılmaz faktlardır.

 

 

Azərbaycan dövlətçiliyinə və ərazi bütövlüyünə qarşı bu yanaşma İranın dövlət strukturlarında da aparılır. Dəfələrlə İranın rəsmi dövlət saytlarında yerləşdirilən xəritələrdə Azərbaycanın sərhədləri dəyişdirilərək, işğal olunmuş ərazilər qondarma “Dağlıq Qarabağ Respublikası” kimi göstərilib. Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn bu təxribat, yalnız Güney Azərbaycandan gələn kəskin etirazlar nəticəsində aradan qaldırılıb.

 

Cənab prezident!

İranın, işğal olunmuş Azərbaycan ərazilərində separatçı erməni qüvvələrini dövlət səviyyəsində dəstəkləməsi Güney Azərbaycanda yaşayan Azərbaycan türklərini narahat edən və dərindən sarsıdan ümummilli bir məsələdir. Belə olan təqdirdə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) olaraq Sizdən, Azərbaycan dövlətinin İrana yönəlik strategiyasının formalaşmasında 50 milyonluq Azərbaycan türkünün əksəriyyətini təşkil edən, Güney Azərbaycanda yaşayan Azərbaycan türklərinin böyük potensialını və bu potensialın hər bir şəraitdə Azərbaycan dövlətinin yanında olmasının unudulmamasını xahiş edirik.

 

 

Biz, bu yanaşmanı Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və işğal olunmuş ərazilərimizin geri qaytarılması prosesində, həmçinin ümummilli maraqlarımızın təmin olunmasında zəruri tarixi addım kimi dəyərləndiririk.

 

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi

19.5.2020

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14

gun az article

Muğanda yeni neft qazma avadanlıqları quraşdırılıb-VİDEO

2021-05-14

gun az article

Zənganda qədim əl işləri sənətləri unudulmaqdadır

2021-05-14

gun az article

Xamneyini tənqid etdiyi üçün öldürülən güneyli gəncin videosu yayıldı

2021-05-14

gun az article

"Gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq"-Güney azərbaycanlı ziyalıların müraciəti yayıldı

2021-05-14

gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu ölkə çempionu oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12