SON XƏBƏRLƏR

GÜNEY AZƏRBAYCAN MILLI HƏRƏKAT FƏALI ƏSKƏR ƏKBƏRZADƏ YENIDƏN HƏBS OLUNDU

2021.10.20, 07:36
GÜNEY AZƏRBAYCAN MILLI HƏRƏKAT FƏALI ƏSKƏR ƏKBƏRZADƏ YENIDƏN HƏBS OLUNDU

Gunaz.tv
GÜNEY AZƏRBAYCAN MILLI HƏRƏKAT FƏALI ƏSKƏR ƏKBƏRZADƏ YENIDƏN HƏBS OLUNDU eskerekberzade.jpg DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarında olan Əskər Əkbərzadə 10 iyun 2008-ci il tarixində günortadan sonra faşist molla hakimiyyətinin ETTELAAT məmurları Əskər Əkbərzadənin evinə hücum edərək heç bir məhkəmə qərarı olmadan onu həbs edərək ETTELAAT təcridxanasına aparıblar. Əkbər Əskərzadəyə məxsus olan komputer, CD, fotoaparat və çoxlu miqdarda kitab və şəxsi əşyaları ETTELAAT məmurları özlərilə aparıblar. Əskər Əkbərzadə Ərdəbil Universitetinin kimya fakültəsinin tələbəsidir. Xatırladaq ki, o dəfələrlə milli hərəkat fəalı olduğuna görə həbs edilib. Həbs cəzaları çəkmiş, ağır işgəncələrə məruz qalmış və külli miqdarda nəğd pul cəriməsinə məhkum edilmişdir. Beynəlxalq Əfv Təşkilatı Əkbər Əskrəzadənin həbslərini 17 noyabr 2006 və 2 fevral 2007-ci il tarixlərində İran hakimiyyətindən Əskər Əkbərzadənin dərhal azadlığa buraxılmasını tələb etmişdir. Hal hazırda Əskər Əkbərzadənin ETTELAAT təcridaxanasında işgəncəyə məruz qalması təhlükəsi var. Həbs olunandan bəri onunla əlaqə saxlamaq mümkün olmayıb. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar