SON XƏBƏRLƏR

Güney Azərbaycan Milli Hərəkatı fəallarının dəstək verdiyi deputatlığa namizədlərin siyahısı

2021.10.20, 07:36
Güney Azərbaycan Milli Hərəkatı fəallarının dəstək verdiyi deputatlığa namizədlərin siyahısı

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycandakı xüsusi şəraiti nəzərə alaraq Azərbaycan Milli Hərəkatının fəalları Urmiyada Ruhulla Həzrətpur, Salman Zakir və Vəhid Calalzadədən ibarət olan “Azərbaycan yatma dur” koalisiyasına dəstək vermək qərarına gəlib.

 

Fəallar şəhər əhalisi ilə məsləhətləşdikdən, namizədlərlə görüşdükdən və onların reytinqini nəzərə aldıqdan sonra bu qərara gəlib.

 

Azərbaycanlı fəallar bildirib ki, bəzi namizədlərlə ciddi fikir ayrılıqlarının olmasına baxmayaraq parlament seçkilərində adlarını çəkdiyimiz namizədlərə dəstək veriləcək.

 

Bir qrup azərbaycanlı fəal Vəhid Calalzadənin yerinə “Urmiya toz altında” kitabının müəllifi xanım Gülşən Novruziyə dəstək verməyi təklif edib. Lakin əksər fəallar Gülşən Novruzinin reytinqinin Vəhid Calalzadədən aşağı olduğunu əsas gətirərək bu qərarın yanlış və riskli olduğunu bildiriblər. Onların fikrinə görə, belə bir qərar radikal kürd namizədlərin xeyirinə işləyə bilər.

 

Fəallar vurğulayıb ki, Qərbi Azərbaycan şəhərlərində (Urmiya, Sulduz, Sayınqala və Tikantəpə) seçkilərdə aktiv olmaq bölgənin kimliyini radikal kürd qüvvələrdən qorumaq məqsədi güdür. Hal-hazırda seçkiləri boykot etmələrinə baxmayaraq kürdlərə mənsub təşkilatlar və kütləvi informasiya vasitələri var gücləri ilə kürdləri adlarını çəkdiyimiz şəhərlərə axışaraq seçkilərdə aktiv olmağa çağırırlar. Onların Azərbaycana qarşı olan planını pozmaq üçün soydaşlarımız seçkilərdə türk namizədlərə dəstək olmalıdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar