Güney Azərbaycan mübarizə yolu və Azərbaycan türkcəsi 

2020-07-15 18:54

Güney Azərbaycan mübarizə yolu və Azərbaycan türkcəsi 

Gunaz.tv Quote | Gunaz article

Güney Azərbaycan mübarizə yolu və Azərbaycan türkcəsi 

 

Uzun illərdir ki, fars millətçiləri Güney Azərbaycan Türk xalqının tarixi yaddaşını öz assimilyasiya siyasətlərinə uyğun formalaşdırmağa çalışırlar. Pəhləvilərin və İran İslam Cumhuriyyəti dövründə Güney Azərbaycan türkləri  İran, Fars və Şiə mərkəzli tarixi siyasi münasibətə məruz qalmışdır. Fars millətçiləri İranda yaşayan Azərbaycan türklərini farslaşdırmaq üçün müxtəlif səylər göstərdilər. Onların uzun illərdir yürütdüyü farslaşma layihələri olan “Azəri dili” və “Azəri” nəzəriyyələri bu işlərin zehni quruluşunu təşkil edir. Azərbaycan türklərinin farslaşması layihəsi bu gün çox uğurla həyata keçir və məktəblər sadəcə fars dilində olduğuna görə yerinə yetirilir. Belə ki, İran Mədəniyyət və Təhsil Nazirliyi Türklərin yaşadığı bölgəyə fars dilinin Azərbaycanlılar üzərində təsirini gücləndirmək üçün o bölgəyə pulsuz kitablar, jurnallar və qəzetlər göndərir. Latın əlifbasına keçmək təkliflərinin qarşısını mütləq şəkildə alaraq Quzey Azərbaycanla fərqi qoruyur. Azərbaycan məktəblərində ibtidai təhsil  yalnız qarşılıqlı söhbət yolu ilə aparılır. Danışmaq vərdişi yarandıqdan sonra şagirdlər daha tez fars dilini öyrənəcək və beləliklə uşaqların fars dilinə yadlaşmasının qarşısı alınacaq.

Bütün bu addımlarla fars millətçiliyi siyasətinin zəruriliyi fikri qanuniləşdirilir . Bu siyasət təhsil sistemindən, itilaate ümümi vasitələri , mədəniyyət sahələri (teatr, musiqi), inzibati sistemlərdən  Azərbaycan (Türk) dilinin işləm sahəsini məhdudlaşdıraraq  yalnız danışıq səviyyəsinə endirir.

Xalqımızın və dilimizin assimiliyasa və  farslaşma siyasətinə qarşı ən etibarlı və düzgün addım Güney Azərbaycan türkləri arasında Milli şüuru formalaşdırmaqdır. Bunun üçün Azərbaycan xalqının tarixi, tarixi şəxsiyyətləri, mütəfəkkirləri öyrənilməli və təbliğ olunmalıdır. Çünkü bu amillər xalqın mənəvi aləminə daxil olur onda ruh yüksəkliyi yaradır. Bundan başqa Şifahi xalq ədəbiyyatı nümunələrinin (nağıllar, əfsanələr, bulmacalar, atalar sözləri və s.) nəşri və təbliği son dərəcə vacibdir. Ana dilinə marağın artması üçün əsas addımlardan biri də İranda bir sıra ədəbi və mədəni dərnəklərin yaranmasına nail olmaqdır.

Milli şüurun əsas ünsürü danışılan dilin milli varlığıdır. Dil insanın dünyanı dərk etməsində, varlığının formalaşmasındakı əsas amildir. İnsan danışdığı dil ilə özünü ifadə edir. Milli şüurun formalaşmasında ən vacib məsələ türk dillərinin qrammatikasına uyğun danışmaq və yazmaq probleminin aşılmasıdır. Bu da yalnız evdə ya məktəbdə tədrislə baş tutar. Hər bir Azərbaycan türkü dilimizin sistemli öyrənilməsinə həftədə üç  dəfə bir saat vaxt ayırarsa Azərbaycan türkcəsində daha düzgün danışar və bu da onları Quzeyli Azərbaycanlılara yaxınlaşdıraraq Azərbaycançılıq ideasının möhkəmlənməsində böyük rol oynayar. Azərbaycan Türkcəsi bizim içtimayi dilimiz olub, bunu yazıb və oxumaq bizim birinci haqqımızdır, çünkü Azərbaycan Cöğrafiyasında Azərbaycan dili danışmaq və oxumaq hər bir Azərbaycanlının haqqıdır, təəssüf ki yazmaq və oxumaqda çoxlu çətinliklər çəkirik, bir insanın əvvəliyə haqqı ana dili və kimliyi sayılır. 

Güney Azərbaycan milli məsələləsinin əsaslarından biri, dilimizin varlığını hər məsələdən üstün olduğunu görürəm və bizi birbirimizə yaxın tutan dilimiz və kimliyimizdir. Ana dilimiz  milli oyanış və istiqlal hərakətının fikrini təşkil edir və bu şüarı millətimizin içində yaymağa yol göstərir. Azərbaycan dili güney Azərbaycan müstəqilliyinə gedən yolun ışığıdır, Azərbaycaçılıq və mübarizəyə addım bu yolda olmalıdır.

 

 

Duman obali 

 

 

 

 

 

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran Zəngəzurda iki tunel tikməyi planlaşdırır

2021-06-18

gun az article

İranda silahlı insident: Qaşqay türkü hücuma məruz qaldı-FOTO

2021-06-18

gun az article

Gilanda həbslər olub: "Seçkini pozmaq" ittihamı ilə 27 nəfər saxlanılıb

2021-06-18

gun az article

Güney Azərbaycanın Şəbistər mahalında seçkilər dayandırıldı

2021-06-18

gun az article

Mərənddə siyasi məhbus Əlirza Fərşiyə dəstək şüarları yazılıb

2021-06-18

gun az article

İranda prezident seçkiləri: Səsvermə sönük keçir-VİDEO

2021-06-18

gun az article

Tanınmış araşdırmaçı Brenda Şaffer Xudafərin körpüsünü ziyarət edib

2021-06-18

gun az article

Beynəlxalq Əfv Təşkilatı: "İbrahim Rəisi cinayət məsuliyyətinə cəlb olunmalıdır"

2021-06-18

gun az article

İranda seçki: Təbriz və Zənganda sistem çökdü, səsvermə 4 saat gecikdi

2021-06-18

gun az article

"İnqilab liderini təhqir etmək"də suçlandırılan milli fəal barədə həbs qərarı çıxarıldı

2021-06-18

gun az article

GünazTV June.17.2021-Sözümüz: Seçkilər

2021-06-18

gun az article

GünazTV June.17.2021- Düşünməyə Çağırı: Milli Simvollarımız, İranda Sözdə Seçkilərdə Azərbaycan

2021-06-17

gun az article

Güney Azərbaycan prezident seçkilərində iştirak etməyəcək: “Hamısı yalan danışır, səs verməyəcəyik”-VİDEO

2021-06-17

gun az article

Sərəskənddə qadın xeyriyyəçi məktəb tikdirir

2021-06-17

gun az article

Güney Azərbaycan üzrə COVİD-19 statistikası açıqlandı

2021-06-17

gun az article

Güneyli siyasi məhbuslar Evin həbsxanasının ETTELAAT bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Urmu Birlik Səsi”nin namizədlər siyahısı ilə bağlı təxribat- Əhməd Obalı xəbərdarlıq etdi-VİDEO

2021-06-17

gun az article

Məhbus qardaşlar Təbriz həbsxanasının “12-ci məhkumlar” bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu seçki siyahısı yayınladı

2021-06-17

gun az article

Prezidentliyə namizəd İbrahim Rəisi Təbrizdə türk dilininin inkişafı ilə bağlı vədlər verdi

2021-06-17