SON XƏBƏRLƏR

Güney Azərbaycan şəhərlərində “Çillə gecəsi” münasibəti ilə bannerlər asılıb, çox sayda bildirişlər yayılıb - GÖRÜNTÜ

2021.10.20, 07:36
Güney Azərbaycan şəhərlərində “Çillə gecəsi” münasibəti ilə bannerlər asılıb, çox sayda bildirişlər yayılıb - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Tarixin bütün mərhələlərində ictimai-mədəni tərəqqinin əsas göstəricisi sayılan qədim adət-ənənələr Güney Azərbaycan türkləri üçün xüsusi əhəmiyyət kəsb edir.

 

Son məlumata görə, Azərbaycanın müxtəlif şəhər və kəndlərində “Çillə gecəsi” günlərində sözün həqiqi mənasında el şənliyi və bayram ab-havası yaşanır. Ötən günlərdə bir çox şəhərdə əhalini “Çillə gecəsi” münasibəti ilə təbrik edən müxtəlif bannerlər asılıb, bəzi şəhərlərdə, o cümlədən Qoşaçayın Azad Universitetində çox sayda Bildirişlər yayılıb. Bildirişlərdə ilin ən uzun gecəsi “Çillə gecəsi”nin tarixi kökləri, qədim el bayramının fəlsəfəsi və bu gündə həyata keçirilən müxtəlif mərasimlərdən bəhs olunub.

 

 

Şəhərlərdə asılan bannerlərdə “Çillə gecəsi” türk dilində təbrik edilib.

 

“Çillə gecəsi” bayramı bəzi məktəb və uşaq bağçalartında da qeyd olunub.

 

“Çillə gecəsi” ilin ən uzun gecəsidir. Bu gecə qış fəslinin başlanğıc, payızın isə sonuncu gecəsidir. 3 ay Novruz bayramına qalmış qeyd olunan “Çillə gecəsi” 40 gün davam edən böyük çillənin ilk günüdür. Bundan sonra 20 günlük kiçik çillə gəlir. “Çillə gecəsi” bayramı Azərbaycanın ən qədim el bayramlarından biridir.

 

Muğanın İslamabad vilayətinin Mehr məktəbində "Çillə gecəsi" şənliyi:

 

Təbrizdə Elm və Zendegi məktəbində "Çillə gecəsi" şənliyi:

 

Təbrizdə asılan bannerlər:

 

Xoy şəhərində asılan bannerlər:

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar