SON XƏBƏRLƏR

Güney Azərbaycan şəhərlərində İlaxır çərşənbə şənliklərində çox sayda gənc xəsarət alıb

2021.10.20, 07:36
Güney Azərbaycan şəhərlərində İlaxır çərşənbə şənliklərində çox sayda gənc xəsarət alıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda ilaxır çərşənbədə bayram şənlikləri zamanı gənclərin partlayıcı maddələrdən istifadə etdiyi üçün çox sayda soydaşımız xəsarət alıb.

 

Gecə saatlarında yayılan rəsmi məlumata görə, Şərqi Azərbaycan əyalətində 24-ü qız uşağı olmaqla 94 nəfər, Qərbi Azərbaycanda 8, Ərdəbil Əyalətində 53, Qəzvin Əyalətində 39 və Zəcan Əyalətində 49 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəsarət alanların əksəriyyəti xəstəxanaya çatdırılıb, onların bəziləri həkim nəzarətinə götürülüb.

 

Xəsarət alanların əksəriyyəti azyaşlı gənclərdən ibarət olub.

 

Qərbi Azərbaycan Tibb Universitetinin rəsmisi Baqir Bəhrami bildirib ki, bu il əyalətdə ötən ilə nisbətən xəsarət alanların sayı 50 faiz azalaraq 8-ə düşüb.

 

İran və Güney Azərbaycan şəhərlərində “İlaxır çərşənbə”si şənlikləri vətəndaşlar tərəfindən kütləvi şəkildə keçirildiyinə üçün hökumət qüvvələri həmin gün qoyduqları qadağalara nəzarət edə bilmir. Bu fürsətdən istifadə edən gənc qız və oğlanlar tonqallar üstündən tullanır, hətta bir çox hallarda bir-biri ilə rəqs edirlər. Bəzi gənclər isə şənliklərdə əldəqayırma alovlandırıcı vasitələrdən istifadə edir, bu isə belə xoşagəlməz halların yaranmasına səbəb olur.

 

Qeyd edək ki, hökumət koronavirus epidemiyası ilə bağlı çərşənbə şənliklərinin keçirilməsi haqda əhaliyə xəbərdarlıq etmişdir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar