SON XƏBƏRLƏR

Güney Azərbaycan şəhərlərini türkcə yazılmış bannerlər bürüyüb – GÖRÜNTÜ

2021.10.20, 07:36
Güney Azərbaycan şəhərlərini türkcə yazılmış bannerlər bürüyüb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan şəhərlərində Novruz bayramının (Oğuz bayramı) gəlişi xüsusi mərasimlər və milli tədbirlərlə qeyd olunur.

 

Məlumata görə, bayram ərəfəsində Azərbaycan şəhərlərinə səfər edən qonaqlar türkcə yazılmış “xoş gəldiniz” bannerlərləri ilə rastlaşıb. Yerli əhalinin böyük rəğbəti ilə qarşılanan bannerlər Şəhər Şurası və Bələdiyyə İdarələri tərəfindən quraşdırılıb.

 

Şərqi Azərbaycanda Xumarlı Bələdiyyəsi “Əziz, qiymətli və hörmətli xalqımız və şəhərimizə gələn qonaqlar, yeni iliniz mübarək olsun” banneri ilə qonaqları qarşılayıb.

 

 

Qərbi Azərbaycanın Xoy şəhərində asılan bannerin üzərində isə “Bayramınız mübarək olsun” sözləri yazılıb.

 

 

Həmədan Əyalətinin şəhərlərində də oxşar bannerlərdən istifadə olunub. “Qorvə dərcəzeyn”, Famenin və Bahar şəhərlərinin Bələdiyyə İdarələri “Həmvətən bizim şəhərimizə xoş gəlibsiniz”, “Fameninə xoş gəlmisiniz, bayramınız mübarək olsun” və “Bayramınız mübarək olsun - Əziz qonaqlar, Şeyx Məhəmməd Baharinin diyarına xoş gəlmisiniz” bannerləri ilə şəhərə gələn qonaqları qarşılayıblar.

 

 

 

 

Bu arada yerli əhali tərəfindən də bir neçə banner asılıb. Urmiyədəki bannerlərin birində “Oğuz bayramınız qutlu olsun, buradan hər kəsə sevgilər” sözləri yazılıb.

 

 

Ötən günlərdə Güney Azərbaycan şəhərlərində Beynəlxalq Ana Dili Günü münasibəti ilə çox sayda türkcə kitab və bildirişlər paylanıldı. Azərbaycanlı milli-mədəni fəallar sosial şəbəkələrdə yaydıqları məlumatda ana dilinin qorunub saxlanılması üçün builki bayramda uşaqlara türkcə kitab hədiyyə edilməsini istəmişdilər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar