SON XƏBƏRLƏR

Güney Azərbaycan Televiziyasında “Bütöv Azərbaycanın yaranmasında gənclərimizin rolu” mövzusu müzakirə olundu.

2021.10.20, 07:36
Güney Azərbaycan Televiziyasında “Bütöv Azərbaycanın yaranmasında gənclərimizin rolu” mövzusu müzakirə olundu.

Gunaz.tv
Güney Azərbaycan televiziyasında (Gün Az.Tv)yayımlanan Persona” verilişində “Bütöv Azərbaycanın yaranmasında gənclərin rolu” mövzüsündə Aygün Diridağlının aparıclığı ilə veriliş oldu. Bu dəfə ki,verilişin qonaqları Ümid partiyasının ideoloji məsələlər üzrə müavini, politoloq Taleh Əliyev, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Seymur Həsənli, Bakı Strateji Araşdırmalar Mərkəzinin başqanı Elnur Eltürk idi. Verilişin aparıcısı Aygün Diridağlı Güney Azərbaycanda cərəyan edən hadisələr haqqında bilgi verdi və Bütöv Azərbaycan ideologiyasının geniş yayıldığını, xüsusi ilə məsələdə gənclərin mühum rol oynadığını söylədi. Verilişdə politoloq Taleh Əliyev İranda son vaxtlar cərəyan hadisələr və Güney Azərbaycan gedən prosesləri təhlil edərək, milli hərəkatın son illərə nisbətən güclü inkişaf etdiyini və milli hərəkatın beynelxalq müstəviyə qalxdığını bildirdi. Bu yöndə də, Güney Azərbaycan televiziyasının gördüyü işlər hərəkatın inkişafına səbəb olduğunu və ancaq coxlu milli informasiya mərkəzlərimizin qurulmasını, bunun vahid mərkəzdən idarə olunmağın zəruriyyətliyini qeyd etdi. Bakı Strateji Araşdırmalar Mərkəzinin başqanı Elnur Eltürk Güney Azərbaycan milli hərəkatında informasiya sahəmizin güclü qurulmasını və xüsusi ilə güney və qüzey Azərbaycanda olan gənclərin arasında informasiya sisteminin, rabitə əlaqələrinin qurulmasının vacibliyini qeyd edərək, bu sahədə kifayyət qədər uğurların əldə olunduğunu bildirdi. Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Seymur Həsənli güney və qüzey Azərbaycanı arasında inteqrasiyanın bacibliyini bildirirərək və bu istiqamətdə işlərin görüldüyünü çatdırdı. İran rejimi nə qədər gəncləri sıxsada,milli hərəkatın qarşısını ala bilmədiyini qeyd edərək, Azərbaycanın bütövləşməsi tarixi zərurət olduğunu bildirdi. Sonda, iştirakçılar dəvətə görə Güney Azərbaycan televiziyasının aparıcısına və rəhbərliyinə öz təşəkkürünü bildirdilər. “Yeni Nəfəs” İnformasiya Mərkəzi Mehman Həsənli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar