SON XƏBƏRLƏR

Güney Azərbaycan türklərinin müraciətini BMT 65 ildir görmür

2021.10.20, 07:36
Güney Azərbaycan türklərinin müraciətini BMT 65 ildir görmür

Gunaz.tv

GünAzTv: 1925-ci ildə xarici qüvvəllərin, özəlliklə Böyük Britaniya imperiyasının birbaşa müdaxiləsi ilə Qacar sülaləsinin sonuncu şahı Əhmədin taxt-tacdan rəsmən devrilmiş sayıldı. 

Onun yerinə həmin il dekabrın 12-də özünə Pəhləivi soyadını götürmüş Rza şah gətirildi. Onun taxt-taca yiyələnməsinin 20-ci ilində isə Güney Azərbaycanda Milli Hökumət quruldu. Bundan  ayyarım sonra 1946-cı il yanvarın 28-də Azərbaycan Milli Hökumətinin başçısı Seyid Cəfər Pişəvəri BMT-nin Baş Assambleyasına müraciət etdi.

Ötən bu illər ərzində dünyanın siyasi xəritəsində çoxlu dəyişiklər baş verib. SSRİ (Şorəvi) kimi böyük şər impariyası çöküb, Afrika xalqları müsətəmləkədən qurtulub, ərəblər dövlətə yiyələnib, hətta Küveytin belə dövlət olmasına icazə verilib, Hindistan azad olub, Çin Xalq Respublikası yaranıb, ikinci dünya savaşından sonra yaranmış Yuqoslaviya Federativ Sosialist Respublikası parçalanıb və s. Ancaq beynəlxalq ictimaiyyət hələ də 65 il öncə Güney Azərbaycanda qurulmuş Milli Hökumətin müraicətinə cavab verməyib.

Ötən bu illər ərzində İranda iki dəfə dərin böhran baş verib. Bunlardan biri 1952-ci ildə Məhəmmədrza şahın Müsəddiq aşda olmaqla  demokrat sayılan qüvvələr tərəfindən devrilməsi, habelə sonradan aparıcı güclərin yardımı onun hökumətinin aradan götürülməsi və şahın yenidən tax-taca oturması, o biri isə 1979-cu ilin fevral inqilabıdır.

Bu hadisələrdən sonra da Güney Azərbaycan türklərinin milli haqları təmin edilməyib. 30 il öncə qəbul edilmiş İran İslam Respublikasının Ana Yasasında milli haqların təmin edilməsi ilə bağlı bəzi  maddələr öz əksini tapsa da həmin müddəalar indiyə qədər gerçəkləşdirilməyib. Öz milli-mədəni, təbii və qanuni haqlarının təmin olunmasını istəyən Azərbaycan türkləri isə təqib təzyiqlə üzləşir, həbs olunur, həbsxanada işgəncəyə məruz qalır, bir sıra hallarda belə insanlar müəmmalı şəkildə qətlə yetirilirlər, «yoxa» çıxırlar.

Ötən 65 il ərzində Güney Azərbaycan türkləri milli haqlarının təmin olunması istiqamətində beynəlxalq ictimaiyyətə çeşidli dillərdə bu və başqa belə müraciətlər ünvanlayıblar.

S.C.Pişəvərinin həmin müraciətindən  xəbəri olub, özlərinə bilməzliyə vuranların diqqətinə həmin sənədi çatdırırq: «Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı zəngin milli tarixə malikdir. Əsrlərin keşməkkeşində o, öz milli dilini, adət və ənənələrini qoruyub saxlaya bilmişdir.

İran zülmkarları Azərbaycanı öz hakimiyyətləri altına alaraq, onun sərvətini amansızcasına taladılar, Nəticədə Azərbaycanın çiçəklənən kənd və şəhərləri dağılmaq həddinə gəlib çatdı.

Şovinist, böyük dövlətçilik siyasəti yürüdən İran hökümdarlar azərbaycanlıların mövcudluğunu tamamilə inkar etməyə cəhd göstərir, onların dilini əlindən almaqdan, hər cür təhqiredici əməllərdən çəkinmirdi.

Buna baxmayaraq, Azərbaycan xalqı bir hün də olsun öz azadlığı uğrunda mübarizəni dayandırmadı. Azərbaycanlıların öz mili azadlıqları uğrunda mübarizənin ən parlaq nümunəsi Səttarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani və başqalarının hərəkatlarıdır...

Qanlı faşizm üzərində demokratik dövlətlərin qələbəsi Azərbaycan xalqının mübarizəsinə yeni təkan verdi, yeni şərait yarandı.

Tehran hakimiyyətinin müqavimətinə baxmayaraq, bu il Azərin 21-də (Dekabrın 12-də) Azərbaycan xalqının əsrlərdən bəri apardığı azadlıq mübarizəsi qələbə ilə başa çatdı. Atlantik Xartiyasına uyğun olaraq, Milli Məclisi, Azərbaycan Milli Hökumətinin qşurulması ilə nəticələndi.

Azərbaycanda demokratik əsaslara dayanan bir Milli Hökuməti qurub və öz fəaliyyəti barədə bütün dünyaya məlumat yayıb.

5 milyonluq (o vaxt Milli Hökumət ərazsindəki azərbaycanlıların sayı nəzərdə tutulur-S.S) Azərbaycan xalqı milli dilinin, Tarixinin, mədəniyyətinin köməyi ilə özünün müasir bir xalq olduğunu dərk etdi və bir də heç vaxt fars zülmünün altında inləməyə, fars dilinin İrandakı başqa xalqların dilləri üzərində ağalıqlarına icazə verməyəcəkdir...

Yeni demokratik Azərbaycan hökuməti qısa bir vaxt ərzində ictimai, iqtisadi, mədəni sahələrdə ciddi dəyişikliklər edə bilib, daxili təhlükəsizlik tam bərqərar olunub.

Yeni, Milli Hökumətin fəaliyyəti sayəsində əsrlərlə istismar olunan xalq adi insani şəraitdə yaşamağa başlayıb. Bununla o, öz milli dövlətini qurmağa, onu idarə etməyə qadir olduğunu göstərir.

Azərbaycan xalqının iradəsi ilə Atlantik Xartiyasına, yəni böyük dövlətlərin vədinə uyğun olaraq, qurulan Azərbaycan Milli Hökuməti artıq danılmaz faktdır.

BMT (Sazemane Meləle Mottəhed) Baş Assambleyasına müraciətlə Azərbaycan xalqı xahiş edir ki, Azərbaycan Milli Hökumətinin mövcudluğu faktı tanınsın və kənardan müdaxilə olmadan, ona öz taleyinin özü tərəfindən müəyyənləşdrilməsinə təmina verilsin».

Azərbaycan Milli Hökuməti dünyəvi bir sistem qurmuşdu. Sosial ədalət bu hökumətin başlıca prinsipi idi. Mədəniyyətə önəm verilirdi. Dağılmaqda olan məscidlər bərpa edilirdi. Həmin illərdə Təbrizdə Konsert və Opera zalı da tikilmişdi. Məhəəmmədraz Pəhləvi kimi əli Azərbaycan türklərinin qanına batmış  bir şah belə bu zalı uçurmadı.

Təbrizin bu məşhur konsert və opera zalı 1979-cu il inqilabından sonra sökülüb, dağıdıldı. GünAzTV-nin məlumatına görə, həmin binanını sökülməsindən bu günlərdə  30 il keçdi. Bu zal Bakıdakı və Tbilisidəki tarixi-memarlığı özündə əks etdirirmiş.  Bina Memarı haqda məlumat hələ ki yoxdur. Ancaq zalın İtaliya memarlıq üslubunda tiklib, amansayağı naxışlarla bəzədilibmiş. Sədrəddin Soltan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar