Güney Azərbaycan və İranda koronavirusa yoluxma və ölüm sayı artıb

2021-07-21 14:41

İyulun 21-də Güney Azərbaycan və İranda koronavirusa yoluxanların və xəstəlikdən vəfat edənlərin sayı açıqlanıb.

Gunaz.tv Quote | Gunaz article

Qəzvin əyalətinin Tibb Elmləri Universitetinin rektoru Peyman Namdar mətbuata verdiyi aaçıqlamada əyalətdə yoluxma hallarının artdığını deyib.

Namdar son 48 saat ərzində 10 koronovirus xəstəsinin dünyasını dəyişdiyini bildirib.

Onun sözlərinə görə, yoluxmanın bu sürətlə davam edəcəyi təqdir xəstəxanalarda çerpayı və süni tənəffüs aparatları çatışmayacaq.

Rektor son günlər test götürülən şəxslərin 60%-nın COVİD-19-a yoluxduğunu bildirib. 

Qərbi Azərbaycan əyalətində də, durumun ağır olduğu barədə məlumatlar yayılıb. Əyalətin Tibb Elmləri Universitetindən verilən son məlumata görə, 24 saatda daha 653 nəfərin virusa yoluxduğu, onlardan 131-nin xəstəxanalara yerləşdirildiyi və 4 koronavirus xəstəsinin həyatını itirdiyi deyilir.

Bununla da bu günə kimi Qərbi Azərbaycanda COVİD-19-dan ölənlərin ümumi sayı 4849 nəfərə yüksəlib.

Hazırda əyalət xəstəxanalarında 765 koronavirus xəstəsi müalicə olunur. Onlardan 143 nəfər reanimasiya şöbələrində yerləşdirilib, 22 nəfər süni tənəffüs aparatına qoşulub.

Həmədanın Tibb Elmləri Universitetindən verilən məlumatda daha 303 nəfərdə koronavirus infeksiyasının aşkar edildiyi qeyd olunub.

Universitet rektoru Məhəmməd Tahiri son sutkada 1 nəfərin həyatını itirdiyini, bununla da Həmədanda koronavirus qurbanlarının ümumi sayı 2308 nəfərə çatdığını söyləyib.    

Ötən 24 saatda Zənganda daha 1 koronovirus xəstəsinin dünyasını dəyişməsi ilə bu əyalətdə virusdan ölənlərin sayı 1515 nəfərə yüksəlib. hazırda Zəngan xəstəxanalarında 234 COVİD-19 xəstəsi müalicə olunur.

Ərdəbi əyalətində də, koronovirusa yoluxanların sayında çoxalma qeydə alınıb. Son sutkada əyalət xəstəxanalarında daha 54 koronavirus xəstəsi yerləşdirilib.

Hazırda xəstəxanalarda müalicə olunan virus daşıyıcılarının sayı 324 nəfərdir. Ərdəbil Tibb Elmləri Universitetinin rektoru Şəhram Həbibzadə son sutkada daha 4 COVİD-19 xəstəsinin öldüyünü, bununlada ümumi ölü sayının 1859 nəfərə yüksəldiyini deyib. 

Bu saata qədər başqa əyalətlər üzrə koronavirus statistikası verilməyib.
 
İyulun 21-də İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin bildirdiyinə görə, son sutkada ölkə üzrə daha 213 nəfər koronavirus səbəbindən vəfat edib.


Bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 87,837  nəfərə çatıb. Son 24 saatda 27379 yeni növ COVİD-19 infeksiyasına yoluxma halı aşkarlanıb.
Bu günə qədər ümumi yoluxma sayı 3,603,527 nəfərə yüksəlib. 
 
C.E

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda 3 ayda 7 mindən çox azyaşlı qız ərə verilib

2021-07-23

gun az article

“Peyğəmbəri söymək”də günahlandırılan iki azərbaycanlı edam ediləcək- Hökm təsdiq edildi

2021-07-23

gun az article

“Azərbaycan mədənləri talanır, ətraf mühit məhv edilir”- Tanınmış ekoloqdan həyəcan təbili

2021-07-23

gun az article

Soyuqbulaqda faciə: İki nəfər Qızılüzən çayında boğuldu

2021-07-23

gun az article

Təbrizli fəal həbs olunub

2021-07-23

gun az article

Təbriz və Urmuda gərginlik: Mitinq ərəfəsi mlli fəallara təzyiqlər başlandı

2021-07-23

gun az article

Güneyli fəal Əkbər Nəiminin həbsi ilə bağlı xəbərlər Türkiyə mediasında

2021-07-23

gun az article

Milli fəal Şahin Bərzgər həbs olunub

2021-07-23

gun az article

Milli fəal Rza Vasiqi məzuniyyətə buraxılıb

2021-07-23

gun az article

GünazTV July.22.2021-Sözümüz:Zülmə Qarşi Nə Etməliyik?

2021-07-22

gun az article

Qəzvində COVİD-19-a görə yüksək təhlükəli qırmızı vəziyyət elan olundu

2021-07-22

gun az article

Qərbi Azərbaycanda yağıntının miqdarı azalıb

2021-07-22

gun az article

Çaldıranda ağır yol qəzası baş verib- Ölənlər var

2021-07-22

gun az article

Qərbi Azərbaycanın Poldəşt bölgəsi içməli su qıtlığından əziyyət çəkir

2021-07-22

gun az article

Millət vəkilindən gizli su çəkilişi layihələrinə etiraz: "Xuzistanın 700 kənd və 25 şəhərində su çatışmazlığı ağlamalı durumdur"

2021-07-22

gun az article

Tikantəpənin qızıl mədənində qarşıdurma: Müəssisənin rəhbəri hadisə yerindən qaçdı

2021-07-22

gun az article

Təbriz Xuzistan etirazlarına dəstək verdi: Vərəqələr yayıldı, mitinqə çağırış edildi-FOTOLAR

2021-07-22

gun az article

GünazTV July.21.2021-Görüş: Ələhvaz'da son durum, Biz nə etməliyik?

2021-07-21

gun az article

Beynəlxalq Əfv Təşkilatı vicdan məhbusu Əlirza Fərşinin azadlığını tələb edir

2021-07-21

gun az article

Güneyli fəal Zeynəb Həmrəng məzuniyyətə buraxıldı

2021-07-21