SON XƏBƏRLƏR

Güney Azərbaycan və İranda yeni dərs ili başlayır

2021.10.20, 07:36
Güney Azərbaycan və İranda yeni dərs ili başlayır

Gunaz.tv

GünAz TV: Sentyabrın 23-də (mehrin 1-i) İran və Güney Azərbaycanda yeni dərs ili başlayır.

 

Tədris ilində ümumi təhsil müəssisələrində milyonlarla məktəbli və öyrənci təhsil alacaq, onların əksəriyyəti qeyri-fars millətlərinin mənsublarıdır.

Onlar təhsil müəssisələrində öz ana dili,  tarixi və milli kimliyi ilə tanış olmaq yerinə, rejimin asimilasyon siyasəti ilə üzləşir və tədricən ana dili və milli kimliyindən uzaqlaşdırılır. Sözsüz ki, rejimin həyata keçirdiyi asimilasyon siyasəti hər zaman nəticə vermir və buna qarşı ciddi dirənişlər müşahidə olunur. İran rejimi bütün tarixi həqiqətləri danaraq 30 milyondan çox Azərbaycan türkünün tarixi kimliyini inkar edir, azərbaycanlıların türk olmadığını və moğolların hücumundan sonra türk dilində danışmağa başladıqlarını iddia edir. Pəhləvilər dövrü kimi, İslam adı altında hökmranlıq edən molla rejimi də bu günə qədər Azərbaycana qarşı inkarçı siyasətini davam etdirib. Rejim beynəlxalq qanunları və hətta öz Konstitusiyasında (Anayasa) məhdud da olsa tanınan hüquqlara riayət etmir. Azərbaycanda buna qarşı uzun illərdir mübarizə getsə də hələlik heç bir nəticə əldə olunmayıb və azərbaycanlı məktəbli uşaqlar fars dilində yazıb-oxumağa məcbur edilir. Son zamanların əsas şüarına çevrilən “türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Mənim dilim ölən deyil – Fars dilinə dönən deyil” və s. kimi şüarların da ardı kəsilmir. Hər il yeni dərs ili ərəfəsində Güney Azərbaycanda küçələrə ana dilində təhsil tələbi ilə şüarlar yazılır və müxtəlif bildiriş vərəqələri paylanılır. Ölkənin təhsil müəssisələrində isə xüsusi etiraz tədbirləri keçirilir. Ana dilində təhsilə qoyulan qadağa sosial şəbəkələrdə də ciddi müzakirə olunur. 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar