SON XƏBƏRLƏR

Güney Azərbaycan yolları can almaqda davam edir

2021.10.20, 07:36
Güney Azərbaycan yolları can almaqda davam edir

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Əyalətinin Sərdəşt-Soyuqbulaq (Mahabad) magistral yolunda baş verən qəzada iki nəfər canını itirib.

 

Hadisədə beş nəfər isə  müxtəlif dərəcəli bədən xəsarəti alıb. Məlumata görə, aprelin 20-də baş verən yol-nəqliyyat qəzasında “Pejo Pars” markalı minik avtomobili yoldan çıxaraq aşıb.

 

Xəsarət alanlar Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb. 

 

 
Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər.

 


Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.

 

 

Ü.F

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar