SON XƏBƏRLƏR

Güney Azərbaycanda ağac qətliamı - GÖRÜNTÜ

2021.10.20, 07:36
Güney Azərbaycanda ağac qətliamı - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın müxtəlif bölgələrində hər gün ağacların məhv edilməsi faktı qeydə alınır.

 

Məlum olduğu kimi, Azərbaycanın əksər şəhər və kəndlərində ekoloji vəziyyət qənaətbəxş deyil, ətraf mühit gün keçdikcə çirklənir. Bu problem əvvəllər əsasən başda Urmu gölü olmaqla göllərin quruması və müxtəlif zavodların köhnə üsulla fəaliyyət göstərməsi nəticəsində baş verirdi. Son vaxtlar isə ekoloji vəziyyətin pisləşməsinə səbəb olan amillərə yaşıllıq ərzilərinin məhv edilməsi və ağacların kütləvi şəkildə kəsilməsi amili də əlavə olunub.

 

Bu barədə ətraf mühit tərəfdarları davamlı olaraq xəbərdarlıq edir, sosial şəbəkələrdə isə ağacların kütləvi şəkildə kəsildiyini əks etdirən materiallar yayılır. Buna baxmayaraq səlahiyyətli orqanlar bölgənin ətraf mühitinə və əhalinin sağlamlığına laqeyd yanaşır və problemin həlli istiqamətində hər hansı addım atılmır.

 

Aşağıdakı şəkillər ağacların növbəti qətliam faktını göstərməkdədir. Görüntüləri yayan “Nəsr” xəbər agentliyi ağacların Azərbaycanın müxtəlif bölgələrində kəsildiyini qeyd edib.

 

 

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar