SON XƏBƏRLƏR

Güney Azərbaycanda gənclər arasında intihar halları günbəgün artır: Mərənddə 16 yaşlı oğlan intihar edib

2021.10.20, 07:36
Güney Azərbaycanda gənclər arasında intihar halları günbəgün artır: Mərənddə 16 yaşlı oğlan intihar edib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Mərənd şəhərində özünə qəsd faktı qeydə alınıb. Bu, Azərbaycan şəhərlərində iki gün ərzində 3-cü intihar faktıdır.

 

Martın 1-də Mərəndin “Tazakənd Axund” kəndində 16 yaşlı bir gənc ailədaxili münaqişə nəticəsində özünü asıb.

 

Yeniyetmə oğlan valdeynləri ilə mübahisə etdikdən sonra onları intihar edəcəyi ilə hədələyib. Bundan sonra evı tərk edən yeniyetmə kəndin ətrafındakı bağların birində özünü asaraq həyatına son qoyub.

 

Çərşənbə günü isə Təbriz və Zəncan şəhərlərində 3 yeniyetmə qız özlərini körpünün üstündən ataraq intihara cəhd etmişdir. Ağır bədən xəsarəti alan qızlar  xəstəxanalara çatdırılıb, həkim nəzarətinə verilmişdir.

 

Gənclər arasında intihar faktlarının artması güney azərbaycanlı ailələrin nigaranlığına səbəb olub.

 

Ekspertlər fikrinə görə, cəmiyyətdə yaranan ümidsizlik, ailədaxili münaqişələr, narkomaniya (mötadlıq), işsizlik, yoxsulluq və s. kimi problemlər İrandakı intiharların əsas səbəbləridir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar