SON XƏBƏRLƏR

Güney Azərbaycanda həyəcan təbili: mollalar Qumdan Azərbaycan şəhərlərinə qaçır

2021.10.20, 07:36
Güney Azərbaycanda həyəcan təbili: mollalar Qumdan Azərbaycan şəhərlərinə qaçır

Gunaz.tv

GünAz TV: Koronavirusun geniş ölçüdə yayılması ilə yüzlərlə dini tələbə və molla Qumdan Azərbaycanın Ərdəbil, Zəncan və Urmiya şəhərlərinə gəlib.

 

Yerli mənbələrin məlumatına görə, ötən günlərdə yüzlərlə dini tələbəni daşıyan avtobuslar Urmiyanın “Çiçest” və “Bari” istirahət mərkəzlərinə daxil olub.

 

Urmiyanın Tibb Universitetinin və Bələdiyyəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbələri xəbəri təkzib etsələr də tibb universitetinin mətbuat katibi mövzu ilə bağlı açıqlama verməkdən imtina edib.

 

Dünən Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə dolaylı olaraq xəbəri təsdiqləmişdi.

 

“İSNA” xəbər agentliyinin məlumatına görə, Ağazadə “koronavirusun yayıldığı bəzi şəhərlərdən o cümlədən Tehran, Ərak, Qum, İsfahan, Şiraz, Rəşt və Saridən bır sıra vətəndaşlar bizim əyalətə gələrək müxtəlif məntəqələrdə yerlişdiriliblər” deyib.

 

 O, həmin şəxslərdən yerləşdikləri ünvana ən yaxın səhiyyə mərkəzinə müraciət edib qeydiyyatdan keçmələrini istəyib.

 

 

Bir xeyli dini tələbənin Qumdan Zəncan yaxınlığındakı bir şəhərciyə gətirilib yerləşdirildiyi haqda da məlumat yayılıb.

 

 

GünAz TV - yə məlumat verən mənbələr, Qumdan çox sayda mollanın Ərdəbilin Heyran gədiyində villalar icarəyə götürdüklərini və ailələri ilə birlikdə oraya yerləşdiklərini bildiriblər.

 

Bu mənbələrin dediyinə görə, həmin mollalar evdən çıxmamaq üçün müəyyən şəxsləri işə götürüblər və bazarlıq kimi işləri onların vasitəsi ilə həyata keçirirlər.

 

İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alınıb. Rejim şəhəri karantinə almadığı üçün artıq virus təxminən bütün ölkəni, o cümlədən Güney Azərbaycan əyalətlərini bürüyüb.

 

Ü.F

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar