Güney Azərbaycanda koronavirusdan öllənlərin sayı açıqlandı

2021-06-19 14:29

İyunun 19-da Güney Azərbaycan və İranda koronavirusa yoluxanların və xəstəlikdən vəfat edənlərin sayı açıqlanıb.

Gunaz.tv Quote | Gunaz article

Qəzvin Tibb Elmləri Universiteti ötən sutkada əyalətdə daha 5 COVİD-19 xəstəsinin vəfat etdiyini açıqlayıb.

Bununla da bu günə kimi bu xəstəlikdən ölənlərin ümumi sayı 1792 nəfərə yüksəlib.

Məlumatda son 24 saatda daha 159 nəfərin infeksiyaya yoluxduğu, onlardan 31-nin tibb məntəqələrində yerləşdirildiyi bildirilir. Hazırda əyalət xəstəxanalarında müalicə olunan koronavirusa yoluxanların sayı 227 nəfərdir. 


Qərbi Azərbaycan əyalətinin Tibb Elmləri və Səhiyyə Xidmətləri Universitetinin rektoru Cavad Ağazadə son sutkada daha 155 nəfərin koronovirusa yoluxduğunu, onlardan 114 nəfərin xəstəxanalarda yerləşdirildiyini  deyib. Son sutkada əyalətdə daha 7 COVİD-19 xəstəsi həyatını itirib. Hazırda 650 COVİD-19 xəstəsinin tibb məntəqələrində müalicə olunduğunu, onlardan 136 nəfərin reanimasiya şöbələrində yerləşdirildiyini və 25 nəfərin süni tənəffüs aparatlarına qoşulduğunu söyləyib.


Ərdəbil əyalətinin Koronovirusu İdarəetmə Qərargahının verdiyi açıqlamada son sutkada 19 nəfərin infeksiyaya yoluxduğu deyilir. Məlumatda son 24 saat ərzində daha 3 COVİD-19 xəstəsinin dünyasını dəyişdiyi və bu günə kimi əyalətdə koronovirus qurbanlarının sayının 1816 nəfər olduğu bildirilir.


Zəngan Tibb Elmləri və Səhiyyə Xidmətləri Universitetinin rektoru Pərviz Qızılbaş son sutkada 1 nəfərin koronovirus infeksiyasına yoluxduğu səbəbindən öldüyünü, bununlada əyalətdə koronovirus qurbanlarının sayının 1485 nəfərə çatdığını deyib. Qızılbaş ötən 24 saatda 6 nəfərin infeksiyaya yoluxduğunu, bu günə kimi əyalətdə ümumi yoluxma sayının 91635 nəfər olduğunu qeyd edib.

 

Həmədan əyalətində daha 2 nəfər koronovirusdan həyatını dəyişib və bu günə kimi əyalətdə koronovirus qurbanlarının ümumi sayı 2233 nəfərə yüksəlib. Həmədan əyalətinin Təcili Yardım Mərkəzinin başçısı Məhəmməd Tahiri ötən 24 saatda daha 91 nəfərin koronovirusa yoluxduğunu, onlardan 73 nəfərin xəstəxanaların adi palatalarında, 13 nəfərin isə reanimasiya şöbələrində yerləşdirildiyini açıqlayıb.

Bu saata qədər başqa əyalətlərdə koronavirus statistikası verilməyib.


İyunun 19-da İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin bildirdiyinə görə, son sutkada ölkə üzrə daha 108 nəfər koronavirus səbəbindən vəfat edib.
 
Bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 82,854  nəfərə çatıb. Son 24 saatda 6448 yeni növ COVİD-19 infeksiyasına yoluxma halı aşkarlanıb.
Bu günə qədər ümumi yoluxma sayı 3,086,974 nəfərə yüksəlib. 
 
C.E

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli veloyürüşçü Rəsulzadənin məzarını ziyarət edib

2021-08-02

gun az article

Ərdəbildə içməli su qıtlığı: Əhaliyə keyfiyyətsiz su verilir

2021-08-02

gun az article

Sel və daşqınlar Şərqi Azərbaycanda ciddi fəsadlar yaradıb- VİDEO

2021-08-02

gun az article

Məşhur “Sizə salam gətirmişəm” şeirinin müəllifi vəfat etdi-VİDEO

2021-08-02

gun az article

Güneyli məktəblilərdən böyük uğur: Qəbul imtahanlarında 9 nəfər ilk yerləri tutub

2021-08-02

gun az article

“Türkiyədə bir ağac yanarsa Azərbaycanda min ürək yanar"- Güney Azərbaycandan Türkiyəyə dəstək

2021-08-02

gun az article

24 İyul Təbriz aksiyasında saxlanılanlardan 3-ü dindirilib

2021-08-01

gun az article

Qəzvində üç məhkum edam edilib

2021-08-01

gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30