SON XƏBƏRLƏR

Güney Azərbaycanda mədən işçiləri etiraz aksiyası keçirib + VİDEO

2021.10.20, 07:36
Güney Azərbaycanda mədən işçiləri etiraz aksiyası keçirib + VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Qürvə məntəqəsində yerləşən Sarıgünü (Sarı Güney) qızıl mədəni işçiləri etiraz aksiyası keçirib.

 

 

Məlumata görə, Qürvə məntəqəsinin Baharlı kəndində yerləşən mədən işçilərinin etiraz səbəbi yerli fəhlələrin işdən qovulması və məsələyə etiraz edən Baharlı Kənd Şurasının iki üzvünün həbs edilməsidir.

 

 

 

Sarıgünü mədənindən ildə üç ton qızıl və bir ton gümüş istehsal olunur. Lakin İran rejimi tərəfindən  talanan Azərbaycanın digər təbii sərvətləri kimi bu mədənin hasilatından da yerli xalqa gəlir ayrılmır.

 

 

İşsizlik və yoxsulluqdan əziyyət çəkən Baharlı sakinləri dəfələrlə bu məsələyə etiraz edərək aksiyalar keçirib. 2017-ci ildə keçirilən etirazda əhali mədəndən gələn mənfəətin dörd faizinin kəndə ayrılmasını, mədəndə işlər nəticəsində ətraf mühiti çirkləndirmə hallarının ortadan qaldırılmasını tələb etmişdilər.

 

 

Sarıgünü qızıl mədəni bir neçə il bundan öncə Azərbaycanın tarixi ərazisi olan Həmədan əyalətindən qopardılaraq Kürdüstan əyalətinə birləşdirilib. Qürvə, Yasukənd və Bicar məntəqələri də tarixi Azərbaycan əraziləridir və Pəhləvi rejimi dövründə Kürdüstan əyalətinə qatılıb. 

 

 

Ü.F

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar