Güney Azərbaycanda meşə ağacı qaçaqçılığı artıb

2021-02-20 09:52

Şərqi Azərbaycan əyalətinin Kəleybər şəhərinin Təbii Sərvətlər İdarəsinin direktoru 120 meşə ağacının qaçaqçılardan müsadirə edildiyini bildirib.

Gunaz.tv Quote | Gunaz article

İSNA xəbər agentliyinin məlumatına görə, Qaradağ bölgəsinin meşələrində İdarənin Mühafizə Vahidinin qüvvələri keşik çəkərkən 100-dən çox kəsilmiş meşə ağacına rast gəliblər. Qaçaqçıların bir yük maşını dolu ağacı buraxıb, qaçdıqları bildirilir.


Tasnim xəbər agentliyi Qərbi Azərbaycan əyalətində ağacların kəsilərək İranın mərkəzi vilayətlərinə daşınma məsələsinin bir neçə ildir davam etdiyini yazıb.


Xalq tərəfindən çəkilərək sosial mediada paylaşılan və Güney Azərbaycanda son illərdə ağacların kəsilərək İranın mərkəzi şəhərlərinə və İranın Xəzər dənizi sahillərində yerləşən vilayətlərinə daşındığını göstərən video və fotolar ətraf mühit fəallarının narahatlığına və etirazına səbəb olub.


İran parlamentinin Ziraat Komissiyası sədrinin müavini Cəlal Mahmudzadə deyir ki, parlament meşə ağaclarının daşınması və kəsilməsinin qaçaqmalçılığın bir növü kimi qəbul edib və yollarda görünən ağac daşımaqla məşğul olan yük maşınlarının ələ keçirilərək cərimələnməli olduqlarını təsdiqləyib, lakin buna əməl olunmur.

 

İran mediasında yer alan məlumatda Azərbaycan əyalətlərində qanunsuz ağac qaçaqçılığının artmasına səbəb olaraq parlamentdə 5 il müddətinə İranın Xəzər dənizi sahili bölgələrində ağacların kəsilməsinə qadağa qoyan layihənin təsdiq olunması göstərilir.

 

Parlametdə qəbul edilən bu layihə "Tənəffüs planı" adı ilə həyata keçirilr. Həmin layihə ağac sənayesi fəallarına ağac kəsməyə imkan vermir. Bu, vasitəçilər tərəfindən Şərqi Azərbaycanın Qaradağ meşələrində qanunsuz şəkildə ağacları kəsərək, onları İranın Xəzər dənizi sahillərində və digər mərkəzi vilayətlərdəki kağız fabriklərinə satmaq və beləliklə mənfəət əldə etmək kimi dəyərləndirilir.


Güney Azərbaycanın Qaradağ bölgəsində, yəni Əhər, Kəleybər və Vərziğan rayonu kimi zəngin təbiəti ilə böyük meşəliklərə sahib olan bu ərazidə son illərdə qanunsuz ağac qaçaqçılığı artıb və ətraf mühit fəalları bunun davam etdiyi təqdirdə bölgənin ekosisteminə ciddi ziyan verəcəyi barədə xəbərdarlıq edirlər.

 

C.E

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.18.2021-Azadlıq səsi: Seçki biabırçılıqı

2021-06-19

gun az article

GünazTV June.18.2021: Körpü: Batı Azərbaycanda şəhər şura seçkiləri

2021-06-19

gun az article

İran Zəngəzurda iki tunel tikməyi planlaşdırır

2021-06-18

gun az article

İranda silahlı insident: Qaşqay türkü hücuma məruz qaldı-FOTO

2021-06-18

gun az article

Gilanda həbslər olub: "Seçkini pozmaq" ittihamı ilə 27 nəfər saxlanılıb

2021-06-18

gun az article

Güney Azərbaycanın Şəbistər mahalında seçkilər dayandırıldı

2021-06-18

gun az article

Mərənddə siyasi məhbus Əlirza Fərşiyə dəstək şüarları yazılıb

2021-06-18

gun az article

İranda prezident seçkiləri: Səsvermə sönük keçir-VİDEO

2021-06-18

gun az article

Tanınmış araşdırmaçı Brenda Şaffer Xudafərin körpüsünü ziyarət edib

2021-06-18

gun az article

Beynəlxalq Əfv Təşkilatı: "İbrahim Rəisi cinayət məsuliyyətinə cəlb olunmalıdır"

2021-06-18

gun az article

İranda seçki: Təbriz və Zənganda sistem çökdü, səsvermə 4 saat gecikdi

2021-06-18

gun az article

"İnqilab liderini təhqir etmək"də suçlandırılan milli fəal barədə həbs qərarı çıxarıldı

2021-06-18

gun az article

GünazTV June.17.2021-Sözümüz: Seçkilər

2021-06-18

gun az article

GünazTV June.17.2021- Düşünməyə Çağırı: Milli Simvollarımız, İranda Sözdə Seçkilərdə Azərbaycan

2021-06-17

gun az article

Güney Azərbaycan prezident seçkilərində iştirak etməyəcək: “Hamısı yalan danışır, səs verməyəcəyik”-VİDEO

2021-06-17

gun az article

Sərəskənddə qadın xeyriyyəçi məktəb tikdirir

2021-06-17

gun az article

Güney Azərbaycan üzrə COVİD-19 statistikası açıqlandı

2021-06-17

gun az article

Güneyli siyasi məhbuslar Evin həbsxanasının ETTELAAT bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Urmu Birlik Səsi”nin namizədlər siyahısı ilə bağlı təxribat- Əhməd Obalı xəbərdarlıq etdi-VİDEO

2021-06-17

gun az article

Məhbus qardaşlar Təbriz həbsxanasının “12-ci məhkumlar” bölməsinə köçürülüb

2021-06-17