SON XƏBƏRLƏR

Güney Azərbaycanda meşə ağacları kəsilməkdə davam edir – Zəncan Əyalətində...

2021.10.20, 07:36
Güney Azərbaycanda meşə ağacları kəsilməkdə davam edir – Zəncan Əyalətində...

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın müxtəlif bölgələrində meşə ağaclarının vaxtaşırı dövlətin icazəsi ilə və ya qeyri-qanuni şəkildə kəsilməsi ətraf mühit tərəfdarlarının ciddi nigaranlığına səbəb olur.

 

Son məlumata görə, Zəncan Əyalətinin Tarəm məntəqəsində qaçaq ağac daşıyan bir yük maşını saxlanılıb.


Bu barədə Tarəm Şəhər Polis İdarəsinin rəisi Davud Muradi mətbuata məlumat verib.

“Qaçaqmalla mübarizə çərçivəsində aparılan əməliyyat zamanı Tarəm Şəhər Polis İdarəsinin əməkdaşları bir yük maşınına şübhələnib. Bundan sonra Çəvərzəq-Təhəm yolunda hərəkət edən maşın polis tərəfindən saxlanılıb.”- deyə o bildirib.

 

Polis rəisi maşında 8 ton qaçaq ağac aşkarlandığını bildirib.

 

Davud Muradinin sözlərinə görə, qaçaqmalçılıq ittihamı üzrə saxlanılan şəxs məhkəməyə təhvil verilib.

 

Qeyd edək ki, Urmu gölü böhranı ilə bağlı Güney Azərbaycanda əlavə yaşıllıq sahəsinə ehtiyac var. Bu, ən azı göldən qalxan duz və qum fırtınalarının ətraf məntəqələrə yayılmasının qarşısını almaqda müəyyən qədər rol oynaya bilər. Belə bir vəziyyətdə onsuz da məhdud olan yaşıllıq sahələrinin sıradan çıxarılması Azərbaycanın ətraf mühitini ciddi təhlükə ilə üz-üzə qoyur. Güney Azərbaycanın bütün əyalətlərində meşə ağaclarının kəsilməsi faktına tez-tez rast gəlinir.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar