Güney Azərbaycanda "yaşıl soyqırım": Nadir ağaclar məhv edilir-VİDEO

2021-04-17 11:55

Qaradağ və Zəngan meşələrində nadir ağac növlərinin məhvi davam edir. 

Gunaz.tv Quote | Gunaz article

"Yaşıl soyqırım" indi də Ərdəbilin Niyarıq meşələrində aparılır.

Ərdəbilli fəalların sosial şəbəkələrdə yaydığı videolardan aydın olur ki, Niyarıq meşələrində minlərlə ağac kəsilib. Qəribədir ki, əlaqədar qurumlar, məsul şəxslər baş verənlərə laqeyddir.

Bundan öncə 2018-ci ildə Qaradağ meşələrində çoxlu sayda ağac kəsilmişdi. 

 

Məsullar bundan xəbərsiz olduqlarını bildirsələr də, sonradan yayınlanan sənədlər bu işin Təbii Sərvətlər Təşkilatı və başqa əlaqədar dövlət qurumlarının yazılı icazəsi ilə həyata keçirildiyini sübut etdi.

Məsələ ilə bağlı Kəleybərin İran parlamentində o vaxtkı nümayəndəsi Qulu Allahquluzadə öz çıxışında bunu Şimal (Gilan) meşələrində ağac kəsilməsinə 10 il müddətində qoyulan qadağa ilə əlaqələndirmişdi.

 

O, Şimalın kağız və karton zavodlarının xam malının təmin olunması üçün Azərbaycan meşələrinin talan edildiyini bildirmişdi.

Yerli əhali və ətraf mühit fəalları Güneydə meşələrin məhvindən narahatdır. Onlar hesab edir ki, Güney Azərbaycan meşələri məhv edilməkdə olan Urmu gölünün taleyini yaşaya bilər. 

 

C.E


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu İran Premyer Liqasında dördüncü dəfə çempion oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12

gun az article

Milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib

2021-05-12

gun az article

Salmasda cinayətkar dəstənin üzvləri həbs olunub

2021-05-12

gun az article

Məzuniyyət müddəti bitən syasi məhbus Əlirza Fərşi həbsxanaya qayıdıb

2021-05-12

gun az article

Parsabadda həbslər: Bələdiyyə məmurları saxlanıldı

2021-05-12

gun az article

"Keçmişdən günümüzə Güney Azərbaycan”-Türkiyədə konfrans keçiriləcək

2021-05-12

gun az article

Güneydə tarixi abidələrə qarşı vandalizm: Vərziğanda 700 illik tarixi məzar daşları dağıdılıb-VİDEO

2021-05-12

gun az article

Urmu gölünə su buraxılmayacaq-Mühafizə Şurası qərar verdi

2021-05-12

gun az article

Futzal üzrə İran Premyer Liqası: Azərbaycan klubu çempion ola bilər

2021-05-12

gun az article

GünazTV May.11.2021-Özümüz: Urartular

2021-05-11