Güney Azərbaycanda meşə yanğınları baş verib-VİDEO

2021-06-22 09:35

Son üç gündə Güney Azərbaycanın Muğan, Vərziğan və Nəmin bölgələrində meşə yanğınları baş verib.

Gunaz.tv Quote | Gunaz article

Ərdəbil əyalətinin Təbii Sərvətlər və Su Hövzələri İdarəsinin baş direktoru Mahmud Quluzadənin verdiyi məlumata görə,  Nəmin mahalının Saqqızçı bölgəsində baş verən güclü yanğını yalnız 5 saata söndürmək mümkün olub.

Yanğın söndürülərkən fövqəladə hallar əməkdaşlarından biri xəsarət alıb. Yanğınöndürən Ərdəbil şəhərindəki Fatimi xəstəxanasına köçürülüb.

"Yanğının səbəbləri bəlli deyil, ancaq belə hadisələr məqsədli şəkildə və ya çobanların səhlənkarlığı nəticəsində baş verir”-deyə, Mahmud Quluzadə bildirib.

Şərqi Azərbaycan Əyalətinin Böhran İdarəetmə Mərkəzinin Baş direktoru Məhəmmədbağır Hünərbərin verdiyi məlumata görə,  Vərziğan mahalının “Pir Davud” bölgəsinin meşələrində də güclü yanğınlar baş evrib.

Yanğın yerli əhali və bölgəyə cəlb olunan yanğınsöndürənlər tərəfindən söndürülüb.

"Yanğının miqyasının genişlənəcəyi ehtimalını nəzərə alaraq Tehrandan yanğınsöndürən helikopterlərinin bölgəyə cəlb olunmasını planlaşdırmışıq”-deyə, o, “İRNA” xəbər agentliyinə açıqlamasında bildirib.

Parsabad-Sərbənd yolu üzərində, Arazqırağı bölgələrində bir neçə gün öncədən başlayan yanğınlar meşə zolağını və bitki örtüyünü məhv edib.

Lazimi texnikanın bölgəyə cəlb olunmadığı üçün yanğının söndürülməsi mümkün olmayıb.

Sosial mediada yanğın hadisəsindən paylaşılan görüntülərdə yanğının geniş ərazini əhatə etdiyi bəlli olur.

Təbrizin “azərəncümən” xəbər saytının bu gün verdiyi məlumata görə, Vərziğan mahalının Ətraf Mühit Mühafizəsi İdarəsinin əməkdaşı olan Məhəmməd Hadi mahalın Pir Davud bölgəsində baş verən meşə yanğınlarının söndürülməsi zamanı xəsarət alıb.


O, yanıq xəsarətləri və zəhərləmə diaqnozu ilə xəstəxanaya köçürülüb. Saytın verdiyi xəbərə görə, yanğın zamanı 15 hektar meşə zolağı tamamilə yanaraq məhv olub.

 

C.E


Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:
Araz sahilində meşə yanğını baş verib

Heyran gədiyində meşə yanğını davam edir+video

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda 3 ayda 7 mindən çox azyaşlı qız ərə verilib

2021-07-23

gun az article

“Peyğəmbəri söymək”də günahlandırılan iki azərbaycanlı edam ediləcək- Hökm təsdiq edildi

2021-07-23

gun az article

“Azərbaycan mədənləri talanır, ətraf mühit məhv edilir”- Tanınmış ekoloqdan həyəcan təbili

2021-07-23

gun az article

Soyuqbulaqda faciə: İki nəfər Qızılüzən çayında boğuldu

2021-07-23

gun az article

Təbrizli fəal həbs olunub

2021-07-23

gun az article

Təbriz və Urmuda gərginlik: Mitinq ərəfəsi mlli fəallara təzyiqlər başlandı

2021-07-23

gun az article

Güneyli fəal Əkbər Nəiminin həbsi ilə bağlı xəbərlər Türkiyə mediasında

2021-07-23

gun az article

Milli fəal Şahin Bərzgər həbs olunub

2021-07-23

gun az article

Milli fəal Rza Vasiqi məzuniyyətə buraxılıb

2021-07-23

gun az article

GünazTV July.22.2021-Sözümüz:Zülmə Qarşi Nə Etməliyik?

2021-07-22

gun az article

Qəzvində COVİD-19-a görə yüksək təhlükəli qırmızı vəziyyət elan olundu

2021-07-22

gun az article

Qərbi Azərbaycanda yağıntının miqdarı azalıb

2021-07-22

gun az article

Çaldıranda ağır yol qəzası baş verib- Ölənlər var

2021-07-22

gun az article

Qərbi Azərbaycanın Poldəşt bölgəsi içməli su qıtlığından əziyyət çəkir

2021-07-22

gun az article

Millət vəkilindən gizli su çəkilişi layihələrinə etiraz: "Xuzistanın 700 kənd və 25 şəhərində su çatışmazlığı ağlamalı durumdur"

2021-07-22

gun az article

Tikantəpənin qızıl mədənində qarşıdurma: Müəssisənin rəhbəri hadisə yerindən qaçdı

2021-07-22

gun az article

Təbriz Xuzistan etirazlarına dəstək verdi: Vərəqələr yayıldı, mitinqə çağırış edildi-FOTOLAR

2021-07-22

gun az article

GünazTV July.21.2021-Görüş: Ələhvaz'da son durum, Biz nə etməliyik?

2021-07-21

gun az article

Beynəlxalq Əfv Təşkilatı vicdan məhbusu Əlirza Fərşinin azadlığını tələb edir

2021-07-21

gun az article

Güneyli fəal Zeynəb Həmrəng məzuniyyətə buraxıldı

2021-07-21