SON XƏBƏRLƏR

Güney Azərbaycanda milli fəallar maraqlı təklif irəli sürüb: Novruz bayramında türk dilində kitabların hədiyyəsi

2021.10.20, 07:36
Güney Azərbaycanda milli fəallar maraqlı təklif irəli sürüb: Novruz bayramında türk dilində kitabların hədiyyəsi

Gunaz.tv

GünAzTV: Güney Azərbaycanda bir qrup milli fəal, qarşıdan gələn Novruz bayramı günlərində, ən yaxşı bayramlıq olaraq, doğma türk dilimizdə kitabların hədiyyə verilməsi barədə maraqlı təklif irəli sürüb.

 

Yayılan məlumatlara əsasən, son günlər, milli-mədəni fəallar, Güney Azərbaycanın müxtəlif şəhərlərində posterlər və yazılı vərəqələr yayaraq, vətəndaşlarımızı bayram günlərində uşaqlara, tanışlara və qohum-əqrəbaya ana dilimzdə çap olunan kitablar hədiyyə etməyə çağırıblar. Milli fəalların bu təklifi azərbaycanlıların böyük rəğbəti ilə qarşılanıb. Milli fəalların yaydığı həmin posterlərdə, ana dilinin əhəmiyyəti vurğulanaraq, yurddaşlarımız bir-birlərinə türkcə kitablar hədiyyə verməyə çağırılır.

 

Həmin posterlərdən bəzilərinin üzərində bu sözlər yazılıb: “Bu il bayramlıq olaraq türkcə kitab paylayaq. Dilin dadını bilməyən, ağzın dadını bilməz. Gəlin il bayramında ağız dadı yerinə dil dadı paylaşaq”.

 

Milli fəalların yaydığı yazılı vərəqələrdə isə ana dilimizin qorunmasının əhəmiyyətindən danışılır: “Gəlin ana dilimizdə yazılmış, yayımlanmış kitabları alıb oxumaqla, öz dilimizi qoruyaq. Çünki dilimizi hədələyən ən böyük problem kitab oxumamağımızdır”.

 

Qeyd edək ki, son illər Novruz bayramı ərəfəsində uşaqlar arasında ana dilimizdə çap olunan kitabların paylanması və bayramlıq olaraq hədiyyə verilməsi artıq bir ənənəyə çevrilib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar