Güney Azərbaycanda növbəti dəfə intihara cəhd hadisəsi baş verib: Bir həftəyə 5 intihar

21.11.2018, 13:33

GünAz TV: Güney Azərbaycan şəhərlərində intihar hadisələrinin ardı-arası kəsilmir.

 

Bu dəfə 15 yaşlı qızın Təbrizdə intihara cəhd göstərdiyi  bildirilir.

 

Mətbuatda yayılan məlumata görə, yeniyetmənin itihar etmək istədiyi ilə bağlı Təcili Tibbi Yardım Mərkəzinə məlumat verilib. Bundan sonra lazımi orqanlarla əlaqə saxlanılıb və Təcili Tibbi Yardım Mərkəzinin işçiləri Təbriz Polis İdarəsinin əməkdaşları ilə birlikdə hadisə yerinə gedərək yeniyetməni ölümün yaxasından qurtarıblar.

 

Məmurlar qızın intihardan vaz keçməsi üçün 3 saat vaxt sərf edib, sonda buna nail olublar. Yeniyetmə müalicə üçün Təcili Tibbi Yardım Mərkəzinə aparılıb.

 

Mətbuatda intihara cəhd edən qızın kimliyi və sui-qəsdin təfərrüatı barədə heç bir məlumat yayılmayıb, məsullar sadəcə baş verən hadisənin ailədaxili ixtilaflarla əlaqədar olduğunu bildirməklə kifayətlənib.

 

Bu hadisə, son bir həftə ərzində Güney Azərbaycan şəhərlərində baş verən 5-ci intihar faktıdır.

 

Noyabrın 13-də 22 yaşlı qız Urmiyənin “Şeyx təpə” məhəlləsində özünü bir binanın üstündən ataraq həyatına son qoyub.

 

Noyabrın 14-də Urmiyənin Sero caddəsində bir 45 yaşlı kişi kimyəvi turşu içərək intihar edib.

 

Noyabrın 15-də Qərb Azərbaycan Əyalətinin Şot şəhərində bir kişi həyat yoldaşını odlu silahla qətlə yetirdikdən sonra öz canına qəsd edib.

 

Noyabrın 17-də isə Urmiyənin “Gülşəhr” şəhərciyində bir qadın özünü binanın 4-cü mərtəbəsindən ataraq həyatına son qoyub.

 

Güney Azərbaycanda intihar faktlarının artması təsadüfi deyil. Bir çoxları bölgədə intihar göstəricilərinin yüksək olmasını sosial ədalətsizliklə əlaqədarir. Ölkə əhalisinin yaşadığı ümidsizlik, ailədaxili münaqişələr, narkomaniya (mötadlıq), işsizlik, yoxsulluq və s. kimi problemlər şübhəsiz ki, insanların ictimai və fərdi həyatını dərindən ətkiləyir və özünə qəsd kimi hadisələrə yol açır.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21