SON XƏBƏRLƏR

Güney Azərbaycanda rumın dilində danışan böyük kənd...

2021.10.20, 07:36
Güney Azərbaycanda rumın dilində danışan böyük kənd...

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Qəzvin Əyalətində rumın dilində danışan bir kənd var, bu Kənd Rumano və ya Zərgər adlanır.

 

Rumano kəndi Abyekə tərəf Tehran-Qəzvin arasında yerləşir, bu kəndin Tehranın qərb məntəqəsi ilə 100 kilometr arası var. kənd əhalisi əslən rumıniyalıdır, onlar hazırda rumın dilini ərəb əlifbası ilə yazır.

 

Əslində kənd əhalisi rumın dili və Azərbaycan türkcəsində danışır. Onlar müsəlmandır, kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurlar.

 

200 ailənin yaşadığı Rumano kəndinin min nəfərdən çox nüfusu var.

 

Kənd əhalisi dilləri unudulmasın və gələcək nəsillərə ötürülsün deyə uşaqları ilə rumın dilində danışırlar.

 

Əhməd Fərəci, Şəhriyar şəhərinin ensiklopediyasında bir məqalədə bu mövzuya işarə edib. Bildirilib ki, “Rumınlər Şərqi Roma və ya bugünki Türkiyədə də yaşayıblar. Onlar 600 il əvvəl yaylaq-qışlaq axtarışı səbəbindən Anadoludan Qəzvinə gəlib və Səfəvilər dövründə bu ərazidə məskunlaşıblar.”

 

Rumınlər də İrandakı digər qeyri-fars millətləri kimi ana dilində təhsil ala bilmir.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar