Güney Azərbaycanın 3 xalça markası beynəlxalq qeydiyyata alınacaq

2021-06-10 14:40

Güney Azərbaycanın 3 xalça markası beynəlxalq qeydiyyata alınacaq. Bu barədə Həmədanın Sənaye, Mədən və Ticarət təşkilatının rəhbəri Həmidrza Mətin məlumat verib. 

Gunaz.tv Quote | Gunaz article

O, İran Milli Xalça Mərkəzi nümayəndələrinin iştirakı ilə Həmədan Xalça Komitəsində keçirilən görüşdə əyalət üzrə 50 min xalça toxucusu olduğunu deyib.

Həmidrza Mətinin sözlərinə görə, onlardan yalnız 16 min nəfəri siğorta xidmətlərindən istifadə edə bilir. Qalan 34 min xalçaçı bu xidmətdən məhrumdur.

Mətin ötən il beynəlxalq qeydiyyata alınan xalçaların Cozan, İşvənd, Mehriban və Salari markaları olduğunu qeyd edib, yüksək potensilala malik olan Həmədan xalçaçılığının layiq olduğu qiyməti almadığını deyib.

O, xalça istehsalında heç bir problem yaşamadıqlarını, yalnız ixracat sahəsində əngəllərin olduğuna diqqət çəkib. Həmidrza Mətin İran Milli Xalça Mərkəzinin bu məsələyə laqeyd yanaşmasından narazılığını ifadə edib.

Həmədan Xalça Növlərinin İnkişafı Mərkəzinin başçısı Rza Nadiri də bu problemdən danışıb. O, xalçaçılıq sahəsində Həmədanın potensialının başqa əyalətlərə nisbətən daha yüksək olduğunu bildirib. 

Əlavə edib ki, Çahar Mahal və Bəxtiyari əyalətinin xalçalarının İsveçdə satışı mərkəzinin qurulmasına baxmayaraq Həmədan xalçalarının satışı ilə bağlı bu addım atılmır.


O, Almaniya, İsveç, Türkiyə və Avrasiya məkanında Həmədan xalçalarının satışı ilə bağlı verilən təkliflərin ilgili qurumlar tərəfindən cavabsız qaldığından gileylənib.


C.E  
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16