SON XƏBƏRLƏR

GÜNEY AZƏRBAYCANIN 9 MILLI HƏRƏKAT FƏALINA AĞIR HƏBS CƏZALARI VERILDI

2021.10.20, 07:36
GÜNEY AZƏRBAYCANIN 9 MILLI HƏRƏKAT FƏALINA AĞIR HƏBS CƏZALARI VERILDI

Gunaz.tv
GÜNEY AZƏRBAYCANIN 9 MILLI HƏRƏKAT FƏALINA AĞIR HƏBS CƏZALARI VERILDI azerbaijani-political-prrisoners-2.jpg DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Tehran İnqilab məhkəməsinin 15-ci şöbəsində hakim Səlavatinin sədrliyi ilə 9 nəfər Güney Azərbaycanın milli, mədəni və siyasi fəallarına ağır həbs cəzaları verilib. Onlardan jurnalist və hüquq müdafiəçisi Səid Mətinpur, casusluq və hakimiyyət əleyhinə mübarizə ittihamı ilə ümumilikdə 8 il həbsə məhkum edilib. Başqa hökmlərlə Saleh Kamrani hüquq müdafiəçisi hakimiyyət əleyhinə mübarizə ittihamı ilə bir il həbsə məhkum edilib. Iki universitet ustadı olan Abdullah Abbasi Cavan və doktor Məhəmmədəli Heydəri, Cəlil Qənilu, Əlirza Mətinpur, Yəqub Salikiniya, Mirqasım Seyyidinzadə, Behruz Səfəri və xanım Leyla Heydəri siyasi mədəni fəaliyyətlərinə görə hakimiyyət əleyhinə mübarizə ittihamı ilə 5 il şərti həbs cəzasına məhkum ediliblər. Xatırladaq ki, yuxarıda adları çəkilən soydaşlarımız may hadisələri və beynəlxalq ana dili günlərində faşist molla hakimiyyətinin təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq həbs edilmiş, aylarla ağır işgəncə və təzyqilərə məruz qaldıqdan sonra külli miqdarda girov qoymaqla müvəqqəti azadlığa buraxılmışlar. Son günlərdə Tehran İnqilab məhkəməsinin 15-ci şöbəsində qapalı məhkəmələrdə soydaşlarımıza qarşı həqiqətə uyğun olmayan ittihamlar irəli sürülmüş və onlar barəsində ədalətsiz hökmlər verilmişdir. Beynəlxalq İnsan Haqları təşkilatları və Beynəlxalq Əvf Təşkilatı dəfələrlə İran hakimiyyətinə onların dərhal azadlığa buraxılmasını tələb etmiş, lakin faşist molla hakimiyyəti heç bir beynəlxalq təşkilatın verdiyi qərarlara məhəl qoymamışdır. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar