Güney Azərbaycanda koronavirus HƏYƏCANI: Bir neçə şəhərdə “qırmızı vəziyyət" elan olundu

2021-03-25 16:15

Güney Azərbaycan əyalətlərində koronovirusa yoluxma hallarında kəskin artım qeydə alınıb.

Gunaz.tv Quote | Gunaz article

Qərbi Azərbaycan Tibb Elmləri Universitetinin rektoru Cavad Ağazadə bu gün mətbuata verdiyi açıqlamanda ötən 24 saat ərzində 312 yeni yoluxmanın aşkar edildiyini bildirib. Onun sözlərinə görə,  bununla da pandemiya başlayandan bu günə kimi əyalətdə COVİD-19-a yoluxanların ümumi sayı 120 min 204 nəfərə çatıb.

O, ötən sutka ərzində daha 9 nəfərin vəfat etdiyini,  ümumi ölü sayının 3 min 738 nəfər olduğunu bildirib.

Onun sözlərinə görə, hal-hazırda əyalət xəstəxanalarında 447 nəfər müalicə olunmaqdadır. Onlardan 132 nəfəri reanimasiya şöbələrində yerləşdirilib, 32 nəfər isə süni tənəffüs aparatlarına qoşulub.

Ərdəbil əyalətinin Tibb Elmləri Universitetinin rektoru Şəhram Həbibzadə COVİD-19-a yoluxmada artımın davam etdiyini, ötən 24 saat içində yeni yoluxanlardan 31 nəfərinin xəstəxanalara yerləşdirildiyini və hazırda müalicə altında olan xəstələrdən 49 nəfərinin reanimasiya şəbələrində olduğunu bildirib.

O, ötən gecə vəfat edən xəstə ilə birlikdə bu günə kimi əyalətdə koronavirusdan ölənlərinin sayının 1439 nəfərə yüksəldiyini qeyd edib.

Şərqi Azərbaycan əyalətinin Koronavirusa Qarşı Mübarizə Qərargahı isə əyalətin bir neçə şəhərində olan qonaqlara xəbərdarlıq edib. 

Xəbərdarlıqda qonaqlardan qeyd olunan şəhərləri 72 saat ərzində tərk etmələri tələb edilib. Əks təqdirdə onlara qarşı qanuni tədbirlər görüləcəyi bildirilib.

Qərargahın sözçüsü Əlyar Rastqu Sarab Əcəbşer və Culfa şəhərlərinin vəziyyətinin dəyişdiyini, COVİD-19-un yayılma səviyyəsinə görə onların təhlükəli və çox təhlükəli göstərici ilə ölçüldüklərini deyib.

Qəzvin əyalətində ötən 24 saatda 142 nəfərin COVİD-19-a yoluxduğu bəlli olub. Onlardan 35 nəfəri xəstəxanalara yerləşdirilib. Bu günə kimi əyalətdə yoluxma hallarının sayı 18 min 781-ə çatıb.

Ötən sutka ərzində 4 xəstə vəfat edib. Bununla da Qəzvində koronavirus xəstəliyindən ölənlərin ümumi sayı 1350 nəfərə yüksəlib.

Həmədan əyalətinin İbn Sina Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Tahiri ötn 24 saat ərzində 255 nəfərin müraciə edənlərdən 38 xəstənin ümumi palatalarda, 14 nəfərinin isə reanimasiya şöbələrində yerləşdirildiyini açıqlayıb.

Tahiri son sutkada 2 xəstənin vəfat etdiyini və bu günə kimi Qəzvində koronavirus xəstəliyindən ölənlərin ümumi sayının 1558 nəfər olduğunu deyib.


C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17

gun az article

Milli fəal Davud Şiri məhkəməyə çağrılıb

2021-05-17

gun az article

Güney Azərbaycanda mədən işçiləri tətilə başladı

2021-05-17

gun az article

Həbs müddəti bitən Həmid Mənafi sürgünə göndərilir

2021-05-17

gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15