SON XƏBƏRLƏR

Güney Azərbaycanın məşhur kolleksioneri bu səbəbdən həbs olunub

2021.10.20, 07:36
Güney Azərbaycanın məşhur kolleksioneri bu səbəbdən həbs olunub

Gunaz.tv

GünAz TV: İran rejimi məsullarının laqeyd münasibəti və yalan vədləri nəticəsində Güney Azərbaycanın məşhur kolleksioneri həbsxanalıq olub.

 

Ömrünü Təbriz və Azərbaycanın keçmişinə aid əsərlərin toplanmasına həsr edən məşhur kolleksioner Rza Sarabi Əqdəm eyni halda heykəltəraş, yazıçı və araşdırmaçı alimdir. O hökumət rəsmilərinin laqeyd münasibəti nəticəsində iyulun 2-dən dəmir barmaqlıqlar arxasındadır.

 

Eyvaz Taha bu barədə yazıb: “Deyilənlərə görə, məsullar maddi yardım vədi verərək onun topladığı bir çox tarixi əsəri peşə muzeyinə aparıb, lakin bunun qarşılığında maliyyə vədlərinə əməl etməyiblər. Bu məsələ səbəb olub ki, cənab Sarabi şəxsi maliyyə öhdəliklərini yerinə yetirə bilməsin və sonda həbsxanalıq olsun. O tarixi əsərləri çox sevir. Milli Hökumət (Azərbaycan Milli Hökuməti nəzərdə tutulur) dövründən topladığı çoxlu sənədlər onun tarixi əsərlərə sevgisindən irəli gəlir.  Sevgi olmasaydı, bu qədər əsəri toplamaq mümkün olmazdı.

Birinci addım kimi, təklif olunur ki, Təbriz Şəhər Şurası və bələdiyyə başqanı ilə müzakirə etmək imkanı olan şəxslər bu məsələni həll etməyə çalışsınlar.”

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar