Güney Azərbaycanın Muğan bölgəsində neft axtarışlarına başlanılır

2021-05-03 14:30

​​​​​​​İran hökuməti Güney Azərbaycanın Muğan bölgəsində neft axtarışları üçün qazıntılar aparmağa başlayıb.

Gunaz.tv Quote | Gunaz article

Bununla bağlı Muğan bölgəsinin İran parlamentindəki nümayəndəsi Abbas Cahangirzadə məlumat verib. Onun sözlərinə görə, neft quyularının qazılması üçün ağır texnika və lazimi avadanlıq yüklənib və bir neçə gün içində bölgəyə çatacaq.

"Qazıntı və neft yataqlarının araşdırılmas üçün xüsusi ağır texnika yüklənib, onlar 12 xüsusi ağır yükdaşıma nəqliyyatı vasitəsi ilə qrup şəklində Muğana gətirilməkdədir”-deyə, Parsabad, Biləsuvar və Aslandüz mahallarının İran parlamentindəki nümayəndəsi Abbas Cahangirzadə bildirib.

Təbrizin “azərəncümən” xəbər saytı ilkin mərhələdə100-ə yaxın ağır və yüngül texnikanın Muğana gətirildiyini yazıb.

Bundan öncə aprelin əvvəllərində Təbrizin Səhənd Texnologiya Universitetinin Neft və Qaz Tədqiqat İnstitutunun rəhbəri Əlirza Təbatəbayinejad Şərqi Azərbaycanın Ocan (Bostanabad) və sarab mahallarında da neft yataqlarının olma ehtimalından danışaraq bu istiqamətdə tədqiqat işlərinin davam etdirildiyini bildirib.

Qeyd edək ki, ötən ilin sentyabr ayında İranın Milli Neft Şirkətinin Yataqların Kəşfiyyatı Departamentinin rəisi Güney Azərbaycanın Muğan bölgəsində neft yataqlarının axtarışına başlanılacağını bildirmişdi.

Seyid Saleh Hendi Ərdəbil əyalətinin Muğan mahalındakı axtarış əməliyyatının payızdan etibarən başalanacağını demişdi.
 
"Muğan yatağı həm də ona görə önəmlidir ki, bu yataq Təbriz neft emalı zavodunun neftini təmin etməklə ölkənin cənubundan şimalına neft ötürülməsi ehtiyacını ortadan qaldıra bilər"-deyə, deyə, Hendi bildirmişdi. Onun sözlərinə görə, Muğanda neft istehsalının gerçəkləşməsi strateji əhəmiyyət daşıyır.

İyul ayında Şərqi Azərbaycanın Sarab şəhərinin İran parlamentindəki millət vəkili Yusif Davudi yaxın gələcəkdə Sarab vilayətində neft və qaz yataqlarının axtarışına başlanılacağını bildirmişdi.
 
Davudi İranın Neft Nazirliyi ilə Təbrizdə fəaliyyət göstərən Səhənd Texniki Universiteti arasında bu sahədə razılaşma imzalandığını açıqlamışdı.
 
Xatırladaq ki, Güney Azərbaycanda neft yataqlarının axtarışı məsələsi uzun illərdən bəri gündəmdədir.
 
8 il öncə Muğan bölgəsində neft yataqları axtarışları ilə bağlı beynəlxalq səviyyədə tender keçirilməli idi. Lakin bölgədə bu günə kimi ciddi bir əməli iş görülməyib.
 
Ekspertlərin fikrincə, Cənubi Azərbaycanda neft çıxarılması bu bölgədəki problemləri həll etməyəcək və Azərbaycanın nefti də digər yeraltı və yerüstü sərvətləri kimi İran hökuməti tərəfindən talan ediləcək.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu İran Premyer Liqasında dördüncü dəfə çempion oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12

gun az article

Milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib

2021-05-12

gun az article

Salmasda cinayətkar dəstənin üzvləri həbs olunub

2021-05-12

gun az article

Məzuniyyət müddəti bitən syasi məhbus Əlirza Fərşi həbsxanaya qayıdıb

2021-05-12

gun az article

Parsabadda həbslər: Bələdiyyə məmurları saxlanıldı

2021-05-12

gun az article

"Keçmişdən günümüzə Güney Azərbaycan”-Türkiyədə konfrans keçiriləcək

2021-05-12

gun az article

Güneydə tarixi abidələrə qarşı vandalizm: Vərziğanda 700 illik tarixi məzar daşları dağıdılıb-VİDEO

2021-05-12

gun az article

Urmu gölünə su buraxılmayacaq-Mühafizə Şurası qərar verdi

2021-05-12

gun az article

Futzal üzrə İran Premyer Liqası: Azərbaycan klubu çempion ola bilər

2021-05-12

gun az article

GünazTV May.11.2021-Özümüz: Urartular

2021-05-11