Güney Azərbaycanın müxtəlif əyalətlərində koronavirus pandemiyası ilə bağlı yeni rəqəmlər açıqlanıb

2020-07-13 13:35

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində 756 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə məlumat verib. Ağazadənin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 326 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

O bildirib ki, son 24 saatda infeksiyaya yoluxmuş daha 101 nəfər xəstəxanaya yerləşdirilib, 7 nəfər dünyasını dəyişib.

Tibb Universitetinin rəisi Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 578 nəfərə çatdığını bildirib.

 

 

 “İnfeksiyaya yoluxanlardan 165 nəfər reanimasiya şöbəsində müalicə alır. Onların 48 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdırlar,” deyə Ağazadə qeyd edib.

 

 

Zəncan əyalətində də son 24 saatda daha 53 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayının 2 min 202 nəfərə çatdığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 4 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 216 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1748 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 654 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.

 

 

Güney Azərbaycanın Ərdəbil əyalətində də son 24 saatda 44 yeni koronavirusa yoluxma faktı aşkar edilib. Bu barədə məlumat verən Ərdəbil Tibb Universitetinin rektor müavini Məhəmmədrza Rzayi qeyd edib ki, hazırda əyalətdə xəstəliyə yoluxan 235 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 43 nəfəri reanimasiya şöbəsindədir.

Həbibzadə son 24 saatda daha 5 nəfərin koronavirusdan öldüyünü bildirib.

 

 

Həmədan əyalətində də 627 nəfər  koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə almaqdadır. Həmədan Tibb Universitetinin müavini Mənuçehr Kərəminin mətbuata verdiyi açıqlamaya əsasən, əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayı 2 min 269 nəfərə çatıb.

O, Həmədanda koronavirusdan ölənlərin ümumi sayının isə 240 nəfərə çatdığını bildirib.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə koronovirus qadağaları, parklar və kütləvi dincəlmə yerləri bağlandı

2020-11-24

gun az article

Quzey Xorasan əyalətində çox sayda türk kitabələr tapılıb

2020-11-24

gun az article

Dünya şöhrətli fotoqraf azərbaycanlıların multikulturalizm mədəniyyətini yüksək dəyərləndirib- FOTO

2020-11-24

gun az article

Güney Azərbaycanın qocaman sənətçisi Əkbər Yəzadani dünyasını dəyişib

2020-11-24

gun az article

Behnam Şeyxi və Həmid Mənafi Evin Həbsxanasına qayıtdılar

2020-11-24

gun az article

Qarabağın azad edilməsini dəstəkləyən 10 məhkum Urmiya İnqilab Məhkəməsinə çağrılıb

2020-11-24

gun az article

GünazTV Nov.23.2020: PARLAQ GƏLƏCƏK:Qafqaz’da Yeni Jeopolitik Dəyişikliyin Son Durumu

2020-11-24

gun az article

GünazTV Nov.23.2020 : “Xarici diplomatlar Ermənistanın vəhşiliyinə şahid oldular”

2020-11-23

gun az article

Qərbi Azərbaycan əyalətində çoxlu sayda silah və döyüş ləvazimatı ələ keçirilib

2020-11-23

gun az article

“Radio Fərda” Güneyli milli-mədəni fəal Səhənd Məali haqqında veriliş hazırlayıb

2020-11-23

gun az article

İranın cavan Rabitə və İnformasiya Texnologiyaları nazirinin Azərbaycan adı ilə düşmənliyi davam edir- FOTO

2020-11-23

gun az article

İranın təhlükəsizlik qüvvələri dini azlıqların evlərinə basqın edib

2020-11-23

gun az article

Kürd qaçaqmalçılar əfqan mühacirləri işgəncələrə məruz qoyublar- VİDEO

2020-11-23

gun az article

Urmiya gölündə suyun azalması davam edir

2020-11-23

gun az article

42 ay mübarizədən sonra güneyli “Onur” öz adını sənədləşdirə bilib

2020-11-23

gun az article

Türklərin tarixi əsəri İsfahanın metal tullantıları arasında tapılıb

2020-11-23

gun az article

Güney Azərbaycanın 3 milli-mədəni fəalının məhkəmə iclası keçirilib

2020-11-23

gun az article

Təbrizin “Traxtur” futbol Klubunun yeni icraçı direktoru seçilib

2020-11-23

gun az article

Mühəndis Əlirza Fərşinin Böyük Tehran Həbsxanasından azadlıq mesajı

2020-11-22

gun az article

"Həmədan Əyalətinin Mətbuat Tarixi" kitabı nəşr olunub

2020-11-22